Icma.az
close
up
RU
Azərbaycanın əksər bölgələrinə göyərti bu rayondan GÖNDƏRİLİR REPORTAJ/FOTO

Azərbaycanın əksər bölgələrinə göyərti bu rayondan GÖNDƏRİLİR REPORTAJ/FOTO

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Azərbaycanda göyərti əkini ilə məşğul olan bölgələrimiz azdır.
Bizim.Media-nın araşdırmasına görə, Azərbaycanda göyərti əkini və satışı ilə ən çox məşğul olan rayonlardan biri Yevlaxdır. Rayonun Nemətabad, Səmədabad və Yeni Çobankərə kəndlərinin əhalisinin 90 faiz göyərti əkini ilə məşğul olur.
Bu kəndlərdə əkilən göyərtilərin əksər hissəsi Azərbaycanın daxili bazarlarına çıxarılır. Çox az hissəsi isə Rusiya bazarlarına yola salınır.
Nemətabad kənd sakini Maarif  Eyvazovun sözlərinə görə, göyərti əkini çətin prosesdir və ilin 9 ayı çalışırlar. O söhbət zamanı qeyd edib ki, Yevlax göyərtisi dadına görə başqa bölgələrin göyərtisindən fərqlənir.

“Biz ilin 3 ayı, iyun, iyul və avqust aylarında dincəlirik. Qalan aylarda isə çalışırıq. Kəndimizdə insanlar öz həyətyanı və pay torpaqlarında göyərti əkir. Əkdiyimiz göyərtilər əsasən ölkə ərazisindəki bazarlara çıxır. Böyük sahibkarların əkdikləri isə Rusiya bazarlarına  aparılır. Yevlax göyərtisi torpağın duzluluq səviyyəsi çox olduğundan fərqli və dadlı olur. Göyərtilər yanmasın deyə bəzən parniklərdən də istifadə olunur. Bu da sahibkarlar üçün qış aylarında böyük xərc tələb edir”, - deyə kənd sakini vurğulayıb.
Maarif bəyin sözlərinə görə, ən çox satılan göyərtilər göy soğan və şüyüddür.
Məhz ən bahalı olan da bu göyərtilərdir. Əsasən qış aylarında baha satılan göylərdən keşnişin bir dəstəsi 16-20, şüyüdün 25-30 , soğanın 28-30, cəfərinin isə 15-20 qəpikdən başladığını bildirdi. O məhsul Rusiya bazarına çıxarılan zaman isə qiymətlərin 3-5 qəpik olduğunu deyib.
Yevlaxda nə qədər göyərti əkilir?

Mövzu ilə bağlı Yevlax Rayon Dövlət İnkişaf Mərkəzinin müdiri Abbasəli Rüstəmovla da əlaqə saxladıq. Abbasəli müəllim fermerin sözlərini təsdiqləyərək qeyd edib ki, kənd sakinlərinin dolanışığı məhz göy-göyərti əkməklə çıxır:
“Göyərti sadaladığımız kəndlərdə hər hansısa şirkət tərəfindən deyil, pərakəndə şəkildə kənd sakinləri tərəfindən əkilir. Buna görə də, rəsmi şəkildə illik gəliri ortalama faizlə göstərmək mümkün olmur. Bəzi sahibkarlar var ki, 2 hektara yaxına pay torpaqları var ki, bu torpaqdan hektarına 2 tondan artıq məhsul götürə bilir. Amma bu da ilin məhsuldarlığına görə dəyişir”
Söhbət zamanı DAİM-in rəhbəri onu da bildirdi ki, Yevlax göyərtiləri gələcəkdə daha çox xarici ölkə bazarlarına çıxacağına ümid edirlər.


Leyla Vəfadarqızı, Bizim.Media, Mərkəzi Aran bürosu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:166
embedMənbə:https://bizim.media
archiveBu xəbər 27 Yanvar 2025 14:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see238

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see209

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see180

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see170

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see170

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see163

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see159

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see146

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see143

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see139

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri