Azərbaycanın ən nadir geoloji hadisə yerindən FOTOREPORTAJ
Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.
Azərbaycan planetimizdə palçıq vulkanlarının ən geniş yayıldığı region kimi tanınır. Dünyada mövcud olan palçıq vulkanının 350-dən çoxu məhz ölkəmizin ərazisində yerləşir.
Milli.Az xəbər verir ki, bu vulkanlar əsasən Qobustan, Abşeron, Şamaxı, Siyəzən, Cəlilabad və Bərdə rayonlarında, həmçinin Xəzər dənizinin dibində müşahidə olunur.
Azərbaycanın palçıq vulkanları həm elmi-tədqiqat baxımından, həm də turizm potensialına görə böyük əhəmiyyət daşıyır. Burada baş verən təbii proseslər Yer qabığının dərin qatlarında gedən geoloji dəyişikliklər barədə mühüm məlumatlar verir.
Eyni zamanda, bu vulkanlar insanlara planetimizin ən maraqlı və nadir təbiət hadisələrindən birini canlı izləmək, təbiətin enerjisini və dinamizmini hiss etmək imkanı yaradır. Son illərdə Qobustanda yaradılmış Palçıq Vulkanları Turizm Kompleksi bu unikal təbiət sərvətlərinin daha geniş auditoriyaya təqdim edilməsinə xidmət edir.
Hazırda əraziyə gələn ziyarətçilər üçün müşahidə meydançaları, istirahət zonaları və məlumat mərkəzləri fəaliyyət göstərir. Burada həm yerli, həm də xarici turistlər üçün fotosessiyalar, ekoturlar və maarifləndirici ekskursiyalar təşkil olunur.
Həmin ərazidən olan görüntüləri təqdim edirik:
Aysel Əkbər
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 31 Oktyabr 2025 17:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















