Icma.az
close
up
RU
Azərbaycanın enerji dilomatiyasının uğurları

Azərbaycanın enerji dilomatiyasının uğurları

Newscenter.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


"Azərbaycan təkcə Avropanın deyil, artıq Yaxın Şərqin də təhlükəsiz enerji təminatçısına çevrilib. Qoca qitə ilə yanaşı Suriyanın da Azərbaycan qazının tədarükçüsünə çevrilməsi, eyni zamanda Mərkəzi Asiya respublikaları üçün enerji resurslarının tranzitçisi rolunda çıxış etməsi bunun sübutudur. Prezident İlham Əliyevin də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında çıxışı zamanı dediyi kimi artıq Suriyaya 1,5 milyard kubmetr həcmində Azərbaycan qazının tədarükü həyata keçirilir ki, bu da həm Suriya, həm region, həm də Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edirdi. Çünki qaz təchizatının şaxələndirilməsi hər bir ölkə kimi, bizim üçün də xüsusi əhəmiyyət daşıyır”.
Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İlham Məmmədov Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarını şərh edərkən səsləndirib. Millət vəkili bildirib ki, sözügedən toplantı həm də qlobal səviyyədə Azərbaycana, onun enerji resursları və tranzit imkanlarına marağın artmasının göstəricisidir:
“İldən-ilə Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında iştirakçı sayının artması fonunda belə qənaətət gəlmək mümkündür. Ən son keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında Azərbaycan və Avropa İttifaqı daxil olmaqla, 24 ölkə, 7 beynəlxalq maliyyə institutu və 42 enerji şirkəti iştirak etmişdisə, bu dəfəki toplantıda həm iştirakçı ölkələr, həm də şirkətlərin sayında artım qeydə alınıb. Belə ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında Azərbaycan və Avropa İttifaqı daxil olmaqla, 27 ölkə, 11 beynəlxalq maliyyə institutu və təşkilat iştirak edir. Həmçinin, 49 enerji şirkəti bu tədbirə qatılıb. Bu öz-özlüyündə yalnız Qaz Dəhlizi Məşvərət Şurasına marağın artması deyil, eyni zamanda Azərbaycana, onun enerji resursları və imkanlarına həddən artıq olan marağın sübutudur”.
Deputat qeyd edib ki, bu kimi tədbirlər və Azərbaycanın təhlükəsiz enerji tədarükü imkanları ölkəmizin enerji resurslarının alıcılarının sayını artırır. Millət vəkilinin sözlərinə görə, Almaniya və Avstriya da Azərbaycan qazının tədarükçüsü olmaqla ölkəmizdən təbii qaz alan Avropa İttifaqı ölkələrinin sayı 10-a çatıb. Avropa İttifaqının 27 üzvündən 10-nun Azərbaycan qazının tədarükçüsünə çevrilməsi kifayət qədər böyük rəqəmdir. Bu demək olar ki, qoca qitənin 50 faizə yaxının Azərbaycan qazı ilə qidalanması deməkdir. Ölkəmizin təbii qaz və digər enerji resurslarına olan marağının getdikcə artması bu siyahının genişlənəcəyi əminliyi yaradır”.
İlham Məmmədov qeyd edib ki, bütün bunlar Azərbaycan liderinin uğurlu siyasətinin nəticəsidir:
“Cənab İlham Əliyev təkcə hərb və diplomatiya sahəsində deyil, eləcə də enerji sektorunda atdığı uğurlu addımlarla Azərbaycanı dünyanın diqqət mərkəzinə çevriməyi bacarıb və ölkəmizi enerji diplomatiyasının zirvəsinə çatdırıb”.
Süleyman
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 04 Mart 2026 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see500

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see451

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see350

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see291

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see286

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see275

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see257

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see249

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see242

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see235

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see228

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see224

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see220

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see217

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see215

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see208

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see205

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see204

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see187

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri