Icma.az
close
up
RU
Azərbaycanın enerji diplomatiyası yeni strateji marşrutla daha da güclənə bilər POLİTOLOQ RƏY BİLDİRDİ

Azərbaycanın enerji diplomatiyası yeni strateji marşrutla daha da güclənə bilər POLİTOLOQ RƏY BİLDİRDİ

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Suriya prezidenti və nümayəndə heyətinin Azərbaycana rəsmi səfəri bir sıra mühüm geosiyasi və enerji əməkdaşlıqlarının gündəmə gəlməsi ilə diqqət çəkdi. Səfər çərçivəsində müzakirə olunan məsələlərdən biri də Azərbaycan qazının Suriyaya, oradan isə İordaniya və Misirə qədər çatdırılması ehtimalıdır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Polad Mehdiyev deyib.

Onun sözlərinə görə, bu marşrutun reallaşması Azərbaycanın enerji siyasətində yeni və strateji əhəmiyyətli bir mərhələnin başlanğıcı ola bilər: "İlk növbədə, bu təşəbbüs Azərbaycanın enerji ixrac marşrutlarını diversifikasiya etməsi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan uzun illərdir Avropa bazarlarına çıxış üçün əsasən Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) qaz kəmərləri vasitəsilə qaz nəql edir. Lakin yeni Cənub marşrutu - yəni Suriya üzərindən ərəb ölkələrinə qaz ixracı - ölkəmizə əlavə bazarlara çıxış imkanı yaradaraq enerji diplomatiyasını daha da gücləndirə bilər. Bu marşrutun reallaşması həm də Azərbaycanla ərəb dünyası arasında enerji sahəsində əməkdaşlığın dərinləşməsinə xidmət edəcək. Bu, yalnız iqtisadi deyil, siyasi baxımdan da ölkəmizin mövqeyini gücləndirə bilər. Xüsusilə Misir və İordaniya kimi mühüm ərəb ölkələri ilə enerji əməkdaşlığı, Azərbaycanın regional təsir imkanlarını artıracaq. Lakin bu layihənin reallaşması bir sıra riskləri də özündə ehtiva edir. Suriyada hələ də davam edən siyasi qeyri-sabitlik, bəzi bölgələrin nəzarətsiz olması və sanksiya riski bu layihənin icrasını çətinləşdirə bilər. Bundan əlavə, bu marşrutun təhlükəsizliyi və maliyyə dayanıqlılığı da ciddi planlaşdırma və beynəlxalq tərəfdaşlıq tələb edir.

Ümumilikdə, əgər bu marşrut uğurla reallaşarsa, bu, Azərbaycanın enerji strategiyasında yeni bir səhifənin açılması, Yaxın Şərqə çıxış qapısının əldə olunması və ölkəmizin enerji ixracatçısı olaraq geosiyasi çəkisinin artması anlamına gələcək".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:44
embedMənbə:https://sia.az
archiveBu xəbər 15 İyul 2025 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see256

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see239

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see226

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see223

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see213

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see204

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see194

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see183

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see174

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see168

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see167

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see165

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see157

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see154

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see152

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see150

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see149

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see147

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri