Bayraktar: Türkiyə ilə Azərbaycanın enerji sahəsindəki örnək əməkdaşlığında yeni səhifə açılır
Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
"Dünya miqyaslı layihə olan Cənub Qaz Dəhlizi Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın güclü siyasi iradəsi sayəsində həyata keçib".
Oxu.Az xəbər verir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar "Anadolu" agentliyinə deyib.
Onun sözlərinə görə, Cənub Qaz Dəhlizi Türkiyə və Avropanın tədarük təhlükəsizliyinə xidmət edən çox vacib layihəyə çevrilib.
A.Bayraktar diqqətə çatdırıb ki, Türkiyə ilə Azərbaycanın enerji sahəsindəki örnək əməkdaşlığında yeni səhifə açılır:
"Başda bərpaolunan enerji olmaqla, Azərbaycanda və əslində bu coğrafiyada istehsal ediləcək elektrik enerjisinin Gürcüstan və Naxçıvandan Türkiyəyə nəqli üzərində iş aparılır. Bunu Avropa bazarları ilə də birləşdirmək istəyirik".
Xatırladaq ki, aprelin 4-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları keçirilib. Türkiyəli nazir sözügedən iclaslarda iştirak edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 05 Aprel 2025 16:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















