Icma.az
close
up
RU
Reallığa çevrilən arzular: Zəngəzurun üfüqləri görünür

Reallığa çevrilən arzular: Zəngəzurun üfüqləri görünür

Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Ağ Evdə keçirilən bu tarixi görüş Azərbaycanın tərcümeyi-halında ən mühüm, ən şərəfli səhifələrdən biridir. Zəfər və əzmimizin siyasət meydanında qürurla taclandırılan zirvə məqamıdır. Vaşinqtonun bu iki Cənubi Qafqaz ölkəsi arasında uzunmüddətli və davamlı sülhə nail olunması üçün göstərdiyi təşəbbüslər Tramp administrasiyasının hakimiyyətə gəlişiylə başlamışdı.


Bakupost.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Elnarə Akimova Vaşinqtonda keçirilən üçtərəfli görüş haqqında danışarkən bildirdi.

Onun sözlərinə görə, Ağ Evdə baş tutan bu üçtərəfli görüş Prezident Trampın Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması istiqamətində birbaşa və ilk iştirakı ilə oldu.

"Görüşdə əsas məqsəd Azərbaycan və Ermənistan arasında sülh sazişinin prinsiplərini müəyyən edən birgə bəyannamənin imzalanması və Vaşinqtonun dəstəyi ilə iqtisadi əməkdaşlığın genişləndirilməsi idi. Bu görüş əlbəttə ki, Azərbaycan–ABŞ strateji münasibətlərində, həm də Azərbaycan–Ermənistan sülh prosesində yeni bir mərhələnin başlanğıcına çevrildi. Xüsusilə, Azərbaycan və ABŞ liderlərinin regional əlaqəlilik, qabaqcıl texnologiyalara və süni intellektə iqtisadi investisiyalar, enerji, ticarət və təhlükəsizlik sahələrində əməkdaşlığı dərinləşdirmək məqsədilə Strateji Tərəfdaşlığın yaradılması üzrə Anlaşma Memorandumu imzalaması irəli doğru inkişaf üçün çox mühüm addım sayılmalıdır. ABŞ-ın Azərbaycana yardımına uzun illər mane olan Azadlığa Dəstək Aktının 907-ci düzəlişinin tətbiqinin dayandırılması barədə qərarı ölkə başçımıza, Azərbaycan xalqına qarşı ən qiymətli, ən mühüm jestlərdən biridir.

Prezident Trampın iştirakı ilə Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanın imzaladığıı Birgə Bəyannamə dünya tarixinin ən nadir hadisələrindəndir. Arxada 30 ildən artıq işğal dönəmi, müharibə ağrıları, tökülən qanlar, axıdılan göz yaşları. Nəhayət, bunların sonuclanma mərhələsindəyik. Şəhid oğularımızın ruhu şad olsun!

Azərbaycan Prezidenti İlham Əliyev bütün çıxışlarında bildirirdi ki, əsas prinsiplər razılaşdırılıb paraflandıqdan sonra tam sülh müqaviləsi üzərində işə başlamaq mümkündür. Vaşinqtonda imzalanacaq birgə bəyanat bu baxımdan mühüm strateji və geriyə yol qoymayan bir addımı ifadə eləyir. Bu bəyannamə həm Cənubi Qafqaz xalqlarının həyatında ən yeni mərhələnin başlanğıcı oldu.

Sülh gündəmindəki ən çətin məsələlərdən biri Zəngəzur dəhlizi adlandırılan Naxçıvana quru bağlantı mövzusu idi. Azərbaycan illərdir tələb edir ki, Azərbaycanla Naxçıvan arasında Zəngəzur bölgəsindən keçən yol “maneəsiz” olmalı, yəni Ermənistanın heç bir sərhəd və gömrük nəzarəti tətbiq etməməsi təmin edilməlidir. Dünənki tarixi görüş, Azərbaycan ilə Naxçıvan arasında maneəsiz quru əlaqəsini təmin edərək Zəngəzur dəhlizinin reallaşmasını nəzərdə tutur.

Minsk Qrupu uzun illər Qarabağ münaqişəsinin vasitəçisi olsa da, zəfərimizi qazandığımız 2020-ci ildən sonra artıq gərəksiz və faydasız olduğu göz önündə idi. Nəhayət, ATƏT-in Minsk Qrupunun ləğvi üçün birgə məktub ünvanlandı. Həmçinin 2026-cı ildə keçiriləcək referendumla Ermənistan Konstitusiyasına dəyişiklik edilərək Azərbaycana qarşı ərazi iddialarının çıxarılması baş verəcək. Bununla da, tərəflərin sülh müqaviləsini imzalamasına heç bir maneə qalmayacaq.

Azərbaycan və Ermənistan xarici işlər nazirləri tərəfindən sülh sazişinin mətninin paraflanması, mətnin özünün artıq tam razılaşdırıldığını təsdiqləyir. Paraflama müqaviləni imzalama ilə eyni olmasa da, sülhə doğru atılmış mühüm addımdır. Azərbaycan və Ermənistan indi yekun və dayanıqlı sülhün bir addımlığındadır.

Bütün bunlar Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin illərdən bəri apardığı dürüst, ləyaqətli, uzaqgörən siyasətinin şərəfli yekunudur. İlham Əliyevin bəşər tarixinin sülhə, harmoniyaya xidmət edən unikal liderlərindən oldu. Xalqına zəfərlə bərabər beynəlxalq miqyasda sözün çəkisi necə olur, - bunun qürurunu yaşatdı. Sülh istəyi və insanlıq ləyaqətini bir araya cəm edib öz liderlik tərcümeyi-halının əsas xəttinə çevirməyi bacaran Azərbaycanın gücü - İlham Əliyev bu əzmlə ən uzaq tarixləri yaxına gətirdi, ən əlçatmaz arzuları reallığa çevirməyi bacardı. Və bu yaxınlaşan uzaqlıqlardan artıq açılacaq Zəngəzur dəhlizinin üfüqləri görünür".
Ayxan, BakuPost


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 09 Avqust 2025 13:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see310

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see304

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see300

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see285

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see284

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see277

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see268

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see266

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see265

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see251

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see237

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see227

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see226

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see223

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see221

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see219

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see212

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see211

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see187

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri