Azərbaycanın faktik müstəqilliyi: sınaqlar və nəticələr
Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Prezidentin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin mediaya verdiyi bu açıqlama nədənsə geniş şərh olunmadı.
İki ölkə deyərkən, Azərbaycan və Rusiya nəzərdə tutulur və Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi xüsusi olaraq vurğunu qonşuluq münasibətlərinin üzərinə salıb. Yəni davam edən əlaqələr qonşuluq formatında davam edəcək.
Hikmət Hacıyev deyib ki, Azərbaycan Düşənbədə Rusiyanın 2024-cü ilin dekabrında AZAL aviaşirkətinin Qroznı şəhəri üzərində vurulan təyyarəsi ilə bağlı suallara cavab alıb.
Görünür, bu cavablar Azərbaycanı tam olaraq qane etməyib, ona görə dostluq, müttəfiqlik münasibətləri deyil, yalnız qonşuluq münasibətləri ön plana çıxıb. Təyyarənin vurulması və ardınca baş verən hadisələr Rusiyanın Azərbaycanla 2024-cü ilin dekabrından bəri nəinki müttəfiq, hətta dost kimi davranmadığını göstərib. Halbuki 2022-ci ilin fevralında Azərbaycanla Rusiya arasında Müttəfiqlik birgə fəaliyyəti haqqında bəyannamə imzalanıb. Deməli, ən azı son bir ilə yaxın müddətdə Rusiya Azərbaycana bu bəyannamə çərçivəsində yanaşma sərgiləməyib; rəsmi Bakının əsaslı suallarından və haqlı tələblərindən yayınırdı. Yalnız bu ilin oktyabrında Tacikistanın paytaxtında - MDB-nin qeyri-rəsmi sammiti vəsiləsi ilə Azərbaycan və Rusiya prezidentləri görüşdülər. Həmin görüşdə Azərbaycanın suallarına ən yüksək rəsmi səviyyədə cavab verildi.
Prezidentlər arasında görüşün yekunlarına və Azərbaycan prezidentinin köməkçisinin açıqlamasına əsaslanaraq, belə qənaətə gəlmək olar ki, verilən cavablar tam qanedici olmasa da, hər halda əsas nəticə əldə olunub: Rusiya Azərbaycanın öz dövlət müstəqilliyini de-fakto tanımaq tələbini qəbul edib.
Bəlkə bu mülahizə qəribə görünür. Ancaq yalnız ilk baxışdan belədir: Sovet İttifaqı dağıldıqdan və Rusiya özü də daxil olmaqla 15 yeni müstəqil dövlət yarandıqdan sonra Moskva bu respublikaların hamısının suverenliyini de-yure tanıyıb, ancaq heç birisini de-fakto tanımayıb. Xüsusilə, Vladimir Putin hakimiyyəti dövründə bu siyasi xətt özünü daha qabarıq göstərib.
Putinin dövründə Rusiyanın daxilindəki mərkəzdənqaçma prosesi- federasiya subyektlərinin, xüsusilə, milli reslublikaların Boris Yeltsin dövründən qalmış "suverenlik paradı" dayandlrıldığı kimi, keçmiş Sovet respublikaların da beynəlxalq birliyin tamhüquqlu üzvlərinə çevrilməsinin də qarşısını almaq üçün müxtəlif cəhdlər edilib.
Rusiya hətta öz qardaşlarına - slavyanəsilli xalqların müstəqillik xəyallarına da tolerantlıq göstərməyib, onları da de-fakto müstəqil dövlət kimi tanımayıb ( o da qalsın, Moldova, yaxud Baltik ölkələri, Cənubi Qafqaz və Mərkəzi Asiya respublikaları). Kreml Belorusu faktik olaraq öz vassalına çevirib. Ukrayna da Viktor Yanukoviçin dövründə eyni statusda idi, ancaq ondan sonrakı hakimiyyətlər Qərb vektorlu geosiyasi xətt seçdilər, Avropa İttifaqına və NATO-ya inteqrasiya yolunu tutdular. Buna görə Moskva Ukraynanı bu gün ən sərt formada cəzalandırır. Putinin Ukraynanı "süni dövlət" adlandırmışdı. Təxminən eyni ifadəni Qazaxıstan haqqında da işlətmişdi. Azərbaycanı da "praktik olaraq rusdilli ölkə" kimi təqdim etməyə çalışmışdı.
Sovet İttifaqı dağılhadağılda və ondan sonra - bu günə qədər Moskva hansı müttəfiq respublikaya, sonradan yeni - az-çox müstəqil olan hansı dövlətəəin ərazisinə qoşun yeritməyib ki?!
Bugünkü Ukrayna göz qabağındadır. Belorus da həmçinin. Baltikyanı bölgənin lokomativi olan Litvaya, Cənubi Qafqazın "freqat"ı olan Azərbaycana, eləcə də, Gürcüstana zaman-zaman qoşun yeridilib. Bundan başqa Kreml Mərkəzi Asiyanın mərkəzi dövlətinə - Qazaxıstana KTMT adı ilə soxulmuşdular. Çinin və Türkiyənin təsiri ilə oradan çıxmaq zorunda qaldı Rusiya. Ermənistan çoxdan könüllü olaraq Moskvanın forpostuna çevrilmişdi, indi-indi bu vassallıqdan yaxa qurtarmağa çalışır.
Azərbaycanı da, Moskva, dediyim kimi, de-fakto tanımaq istəmirdi. Azərbaycan isə bu tanınmaya doğru addın-addım, mərhələ-mərhələ gedirdi. Bütün çətinliklərə, sınaqlara baxmadan öz yolunda irəliləyirdi. Bir neçə misalla fikrimi əsaslandırmağa çalışacam.
1993-cü ilin mayında Rusiya qoşunlarını Azərbaycandan çıxardı, iyunda isə onu devirdilər. Təbii ki, Rusiyanın qurduğu ssenari ilə. Ardınca Ermənistan 6 rayonu işğal etdi. Yenə də Moskvanın göstərişi ilə. 1994-cü ildə "Əsrin müqaviləsi" imzalandı; Azərbaycan öz iqtisadi istiqlalının əsasını qoydu. Bu dəfə də məlum mərkəzdən idarə olunan qüvvələrin təxribatları, terror, sui-qəsd, dövlət çevrilişi cəhdləri ara vermədi. Azərbaycan öz neft, qaz ehtiyatlarını xarici bazarlara çıxarmağa başladı, yenə oxşar sınaqlarla üz-üzə qaldı. Öz xarici siyasətini, təhlükəsizlik siyasətini, müdafiə sahəsində əməkdaşlığı şaxələndirdikcə cürbəcür formalarda maneələr yaratdı. Azərbaycan xüsusilə 2010-cu illərdən Türkiyə ilə və başqa müttəfiqləri ilə birlikdə ordu quruculuğunda keyfiyyətcə yeni mərhələyə keçdi, təbii ki, məqsəd Silahlı Qüvvələri modernləşdirmək, döyüş qabiliyyətini yüksəltmək və sonda işğal olunmuş əraziləri işğaldan azad etmək idi. Rusiya buna mane olmaq üçün 2013-cü ildəki prezident seçkilərindən istifadə etməyə çalışdı. Məşhur və məşum "Milyarderlər İttifaqı" və onun yan strukturları, bax, bu ehtiyacdan yaranmışdı. Azərbaycan prezidenti İlham Əliyevi hakimiyyətdən kənarlaşdırıb, ölkədə oyuncaq rejim qurmaq planları qurulmuşdu. Ancaq bu planlar pozuldu; Azərbaycanda siyasi liliputların marionet rejimini qurmaq Kremlə nəsib olmadı. Ona görə də yeni təxribatlar işə düşmüşdü. Avropa Oyunları ərəfəsində Bakıdakı yanğınları xatırlayın. O hadisələrin də arxasından Ramiz Mehdiyevin adamları çıxmışdı. Eləcə də, Quba və İsmayıllıdakı iğtişaşları və başqa hadisələri misal gətirmək olar. Siyahını uzatmıram. Son vaxtlar Azərbaycan dövlət olaraq möhkəmləndikcə, məlum mərkəzlərdən qaynaqlanan təxribatlar da artdı. Azərbaycan öz hərbi gücü və diplomatik bacarığı ilə Qarabağı və Şərqi Zəngəzuru işğaldan azad etdikdən sonra, təbii ki, təkcə öz regionunda yox, qlobal miqyasda da çəkisini və təsirini artırdı. Bu reallıqla barışmaq istəməyən aktorlar da Azərbaycanın yoluna əngəllər düzməyə çalışdılar. Bu, təkcə Rusiyadan qaynaqlanmırdı, eləcə də, əvvəlki prezidentin zamanında İrandn da, elə Qərbdən də (xüsusilə Fransadan) qaynaqlanırdı. Azərbaycan bütün bu faktorları neytrallaşdırmaq üçün titanik səylər, çabalar sərf etdi, çox ağır sınaqlardan keçdi. Belə çətin sınaqlardan biri də 2024-cü ildə AZAL-a məxsus sərnişin təyyarəsinin vurulması oldu. Azərbaycan bu sınaq qarşısında da geri çəkilmədi və öz dövlət xarakterini göstərdi. Bu hadisədən keçən 11 ay ərzində Azərbaycan dövləti öz müstəqilliyinin de-fakto tanınması üçün çox iş gördü. Həmin dövrlərdə, Erik Maria Remarkın ifadəsi ilə desək, Qərb cəbhəsindəki təbəddülatları da aşdı. Bayden dövründə ABŞ-la, eləcə də, Avropa İttifaqı ilə, ayrıca Fransa ilə, həmçinin Avropa Şurası ilə problemlər yaşandı. Bunun yanında Azərbaycan Çinlə strateji tərəfdaşlığı real məzmunla doldurdu və sair və ilaxır. Beləliklə, Azərbaycan bir çox başqa ölkələrdən fərqli olaraq, de-fakto tanınma mərhələsini də uğurla keçdi və qalib gələ bildi. Bu, şübhəsiz, ən əsas Rusiya ilə münasibətlərə, o cümlədən, öz daxili siyasi təhlükəsizliyinə də aiddir.
Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi
Bahəddin Həzi,
Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 03 Dekabr 2025 21:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















