Icma.az
close
up
RU
Milli iqtisadiyyatın gələcək yol xəritəsi

Milli iqtisadiyyatın gələcək yol xəritəsi

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Dövlət siyasəti rəqəmsal keçidi inkişafın üstün hədəfinə çevirib

Müasir dünyada rəqəmsal keçid informasiya texnologiyalarının inkişafını sürətləndirməklə bərabər, həm də dövlət idarəçiliyinin səmərəliliyini, iqtisadi rəqabət qabiliyyətini, milli təhlükəsizliyi və insan kapitalının keyfiyyətini müəyyənləşdirən əsas strateji amillərdən biri kimi diqqət çəkir. Güclü iqtisadiyyatı olan aparıcı dövlətlərdə süni intellekt bulud texnologiyaları və rəqəmsal xidmətlər əsasında yeni inkişaf modeli formalaşdırır.

Bu prosesdə uğur qazanan ölkələrin iqtisadiyyatında artımın sürətlənməsi, dövlət xidmətlərinin keyfiyyətinin getdikcə yüksəlməsi və beynəlxalq rəqabətdə üstün mövqelərin əldə edilməsi özünü daha qabarıq büruzə verir. Azərbaycan da son illərdə həyata keçirdiyi məqsədyönlü siyasətlə rəqəmsal inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq müəyyənləşdirib. Prezident İlham Əliyevin 2026-cı il 27 fevral tarixli sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı” isə bu istiqamətdə keyfiyyətcə yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilib.

4 strateji istiqamət – vahid məqsəd

Fəaliyyət Planı təsadüfi tədbirlər toplusu deyil. Bu sənəd ölkənin uzunmüddətli rəqəmsal inkişaf strategiyasının sistemli davamı kimi hazırlanıb. Burada dövlət idarəetməsinin səmərəliliyinin yüksəldilməsi, beynəlxalq rəqabət qabiliyyətinin gücləndirilməsi, rəqəmsal iqtisadiyyatın ÜDM-də xüsusi çəkisinin artırılması və innovasiya əsaslı iqtisadi modelin formalaşdırılması əsas prioritetlər sırasında yer alıb.

Sözügedən plan digər strateji sənədlərlə tam uzlaşdırılaraq hazırlanıb. İnformasiya Təhlükəsizliyi və Kibertəhlükəsizlik, habelə Süni İntellekt strategiyaları və Rəqəmsal İnkişaf Konsepsiyasında müəyyənləşdirilən məqsədlər vahid platformada birləşdirilərək koordinasiyalı icra mexanizmi yaradılıb.

Əslində, bu yanaşma dövlət idarəçiliyində parçalanmış qərarvermə modelindən inteqrasiya olunmuş idarəetmə sisteminə keçidin göstəricisidir. Bu isə resurslardan daha səmərəli istifadə olunmasına, dövlət qurumları arasında koordinasiyanın güclənməsinə və qərarların operativ qəbul edilməsinə imkan yaradır.

Xatırladaq ki, Fəaliyyət Planı 4 əsas istiqamət – rəqəmsallaşma, süni intellekt, innovasiya ekosistemi və kibertəhlükəsizlik üzrə qurulub. Bu istiqamətlərin hər biri ayrıca layihə kimi deyil, qarşılıqlı əlaqədə fəaliyyət göstərən vahid inkişaf modelinin tərkib hissəsi kimi nəzərdə tutulub.

Yeri gəlmişkən, süni intellektin inkişafı güclü rəqəmsal infrastruktur olmadan mümkün deyil. İnnovasiya ekosistemi isə yüksəkixtisaslı insan kapitalı və müasir hüquqi tənzimləmə tələb edir. Kibertəhlükəsizlik isə bütün bu sistemin etibarlı fəaliyyətinin təminatçısı rolunu oynayır. Məhz buna görə də Fəaliyyət Planında infrastruktur, qanunvericilik, insan kapitalı və idarəetmə əsas dəstəkləyici istiqamətlər kimi müəyyənləşdirilib.

Bu məsələdə diqqətçəkən məqamlardan biri də dövlət başçısının tapşırığı ilə bütün hökumət qurumlarında rəqəmsallaşma proseslərinə rəhbər müavini səviyyəsində məsul şəxslərin təyin edilməsidir. Bu yanaşma rəqəmsal transformasiyanın ayrıca informasiya texnologiyası layihəsi deyil, həm də idarəetmənin əsas komponenti kimi qəbul olunduğunu göstərir.

Rəqəmsal İnkişaf Şurası – yönəldici mərkəz

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə iyunun 29-da keçirilən Rəqəmsal İnkişaf Şurasının ilk iclası bu sahədə dövlət strukturlarının şəffaf, səmərəli və hesabatlı şəkildə fəaliyyətə başlamasının əsasını qoydu. Mehriban xanım Əliyevanın çıxışında rəqəmsallaşmanın tətbiqi ilə bağlı səsləndirilən fikirlər də dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi xüsusi diqqət çəkdi.

Şuranın əsas fəaliyyət istiqaməti məhz 2026–2028-ci illər üzrə Fəaliyyət Planının icrasının təmin edilməsidir. Prioritetlər isə dövlət idarəçiliyində rəqəmsallaşmanın genişləndirilməsi, süni intellekt texnologiyalarının tətbiqi, kibertəhlükəsizliyin gücləndirilməsi, innovasiya və startap ekosisteminin inkişafı və investisiyaların təşviqi məsələlərini əhatə edir.

Birinci vitse-prezident iclasda xüsusilə vurğuladı ki, süni intellekt sahəsində qəbul ediləcək bütün qərarlar Azərbaycanın milli maraqlarına uyğun olmalıdır. Bu yanaşma son dərəcə vacibdir. Çünki bu gün dünyada süni intellekt təkcə texnoloji deyil, həm də geosiyasi və iqtisadi üstünlük vasitəsinə çevrilir. Dövlətlərin rəqəmsal suverenliyi artıq informasiya təhlükəsizliyinin ayrılmaz hissəsi hesab olunur.

Bu gün texnologiyalar nə qədər sürətlə inkişaf etsə də, onların tətbiqi üçün uyğun hüquqi baza formalaşdırılmadan davamlı nəticələr əldə etmək mümkün deyil. Bu baxımdan Rəqəmsal İnkişaf Şurasının prioritetlərinə uyğun həyata keçirilən qanunvericilik islahatları xüsusi əhəmiyyət daşıyır. Hazırlanan hüquqi mexanizmlər isə rəqəmsal xidmətlərin hüquqi statusu, elektron identifikasiya, şəxsi məlumatların qorunması, süni intellekt texnologiyalarının tətbiqi, rəqəmsal iqtisadiyyatın stimullaşdırılması və innovasiya fəaliyyətinin təşviqi kimi prioritetləri əhatə edir.

Burada ən mühüm məqam isə bu islahatların qabaqcıl beynəlxalq təcrübə əsasında hazırlanmasıdır. Bu yanaşmanın Azərbaycanın qlobal rəqəmsal bazara inteqrasiyasını sürətləndirəcəyi, xarici investisiyalar üçün daha əlverişli hüquqi mühit formalaşdıracağı gözlənilir. Mütəxəssislər tərəfindən belə bir uğurun təhsilin rəqəmsallaşması zamanı özünü qabarıq büruzə verəcəyi bildirilir.

İnkişaf etmiş ölkələrin təcrübəsi də göstərir ki, rəqəmsal transformasiyanın uğuru, ilk növbədə, insan kapitalından asılıdır. Məhz buna görə də Azərbaycanda təhsil sisteminin rəqəmsallaşdırılması dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi diqqətdə saxlanılır. Bu baxımdan “Rəqəmsal məktəb”, elektron təhsil xidmətləri, rəqəmsal tədris platformaları, “Rəqəmsal bacarıqlar” və “STEAM Azərbaycan” layihələri gələcəyin əmək bazarı üçün tamamilə yeni kompetensiyalara malik nəslin formalaşdırılmasına xidmət edir.

Bu layihələr şagirdlərdə təkcə kompüter istifadə bacarıqları deyil, eyni zamanda, proqramlaşdırma, analitik düşüncə, mühəndislik, robototexnika və süni intellekt üzrə ilkin biliklərin formalaşdırılmasını nəzərdə tutur. Müasir iqtisadiyyat isə artıq məhz belə bacarıqlara malik insan resursu tələb edir.

Vətəndaş məmnunluğu

Rəqəmsal transformasiya texnologiyanın tətbiqi olmaqla yanaşı, həm də vətəndaşların gündəlik həyatının sadələşdirilməsi deməkdir. Bu baxımdan son dövrdə istifadəyə verilən elektron xidmətlər xüsusi diqqət çəkir. Belə ki, artıq ali təhsil müəssisələrinə qəbul olunan, təxminən, 75 min nəfər qeydiyyat prosesini tam şəkildə onlayn həyata keçirə bilir.

Eyni zamanda, 225 minə yaxın valideynin övladlarını məktəbəqədər təhsil müəssisələrinə qəbulunu “mygov” platforması vasitəsilə elektron formada reallaşdıracağı nəzərdə tutulur. Bu xidmətlər isə bir neçə mühüm üstünlük yaradır, məsələn, vaxt itkisini minimuma endirir, insan amilini azaldır, şəffaflığı artırır, korrupsiya risklərini minimumlaşdırır və vətəndaş məmnunluğunu yüksəldir.

Beynəlxalq təcrübə də göstərir ki, Estoniya, Sinqapur, Cənubi Koreya, Finlandiya və Danimarka kimi ölkələr rəqəmsal dövlət xidmətlərinin inkişafı hesabına həm dövlət xərclərini əhəmiyyətli dərəcədə azaldıb, həm də biznes mühitini yaxşılaşdırıb. Azərbaycan da inkişaf modeli seçərkən məhz bu uğurlu təcrübələrə istinad edib.

Rəqəmsal inkişafın görünməyən dayağı olan kibertəhlükəsizlik isə rəqəmsallaşmanın sürətlənməsi ilə yanaşı, yeni təhlükələr də meydana çıxarır. Belə ki, son illər dünya üzrə dövlət qurumlarına, banklara, enerji sistemlərinə və mühüm infrastruktur obyektlərinə qarşı kiberhücumların sayı sürətlə artır. Belə şəraitdə kibertəhlükəsizlik artıq təkcə texniki məsələ deyil, eyni zamanda, milli təhlükəsizlik amilinə çevrilir.

Azərbaycanın yeni Fəaliyyət Planında kibertəhlükəsizlik əsas prioritetlərdən biri kimi müəyyən edilib. Burada əsas məqsəd dövlətin, biznesin və vətəndaşların rəqəmsal mühitdə təhlükəsiz fəaliyyətini gerçəkləşdirən dayanıqlı milli kibertəhlükəsizlik ekosistemini yaratmaq olub.

Bu istiqamətdə həyata keçirilən hüquqi islahatlar mühüm informasiya infrastrukturunun qorunmasına, rəqəmsal xidmətlərin etibarlılığının artırılmasına, müasir kiberhücumlara qarşı səmərəli müdafiə mexanizmlərinin formalaşdırılmasına xidmət edir. Əslində isə rəqəmsal iqtisadiyyatın inkişafı ilə kibertəhlükəsizliyin gücləndirilməsi paralel aparılmalıdır. Əks halda, rəqəmsallaşmanın yaratdığı üstünlüklər ciddi risklərlə üzləşə bilər.

Azərbaycanın rəqəmsal transformasiya siyasəti çərçivəsində kibertəhlükəsizliklə bağlı hüquqi və struktur islahatlar həyata keçirilir. Bu dəyişikliklər dövlətin, biznesin və vətəndaşların rəqəmsal mühitdə təhlükəsizliyinin gerçəkləşdirilməsinə, mühüm önəm daşıyan informasiya infrastrukturunun qorunmasına və müasir kibertəhdidlərə qarşı səmərəli mübarizə mexanizmlərinin yaradılmasına xidmət edir.

Paket əsasən 5 istiqaməti əhatə edir. Burada, ilk növbədə, hüquqi bazanın təkmilləşdirilməsi xüsusi yer tutr. Bununla əlaqəfar ilk dəfə olaraq qanunvericilikdə kiberdayanıqlılıq, kibergigiyena, kiberməkan və kibertəhlükəsizlik kimi müasir anlayışların hüquqi əsasları müəyyən edilir. Bu yanaşma ilə rəqəmsal mühitdə təhlükəsizlik standartlarının formalaşdırılmasına və kiberrisklərin daha səmərəli idarə olunmasına imkan yaradılacağı nəzərdə tutulur.

Kibertəhlükəsizlik üzrə vahid idarəetmə modelinin tətbiqi də qarşıya mühüm vəzifə kimi qoyulur. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Milli Kibertəhlükəsizlik Agentliyinin yaradılması isə məhz bu prinsipdən qaynaqlanır. Agentliyin fəaliyyəti çərçivəsində Milli Təhlükəsizlik Əməliyyatları Mərkəzi (SOC), Milli Kiber İnsidentlərə Qarşı Mübarizə Mərkəzi (CERT) və Rəqəmsal Tədqiqat Mərkəzinin fəaliyyət göstərəcəyi nəzərdə tutulur.

Cəmiyyətin normal fəaliyyətini gerçəkləşdirən zəruri informasiya infrastrukturunun qorunması da kibertəhlükəsizlik üzrə vahid idarəetmə modelində önəmli istiqamətlərdən biridir. Bank, sığorta, energetika, nəqliyyat və digər ictimai əhəmiyyətli informasiya infrastrukturu subyektləri üçün yeni kibertəhlükəsizlik tələblərinin müəyyənləşdirilməsi də bu yanaşmanın prinsipləri sırasında yer alır.

Mühüm önəm daşıyan bir sıra qurumlarda CERT və SOC funksiyalarının yaradılması və ya müvafiq xidmətlərin cəlb olunması da nəzərdə tutulur. Kibertəhlükəsizlik insidentləri barədə məlumatların Milli CERT-ə operativ təqdim edilməsi hüquqi öhdəlik kimi müəyyən edilir.

Hazırda kibertəhlükəsizlik sahəsində süni intellekt texnologiyalarının tətbiqi genişləndirilir və potensial təhdidlərin qabaqcadan aşkarlanması imkanları artırılır. Dövlət qurumları, özəl sektor və digər tərəflər arasında real vaxt rejimində məlumat mübadiləsini reallaşdıran vahid milli kibertəhlükəsizlik platformasının yaradılması nəzərdə tutulur.

Bu gün dövlət informasiya sistemlərinin Hökumət Buludu (G-Cloud) platformasına mərhələli miqrasiyası davam etdirilir ki, bu da məlumatların təhlükəsizliyinin və idarəetmə səmərəliliyinin artırılmasına xidmət edir. Ali və peşə təhsili müəssisələrində beynəlxalq kibertəhlükəsizlik sertifikatlaşdırma proqramlarının tətbiqi genişləndirilir. Əhalinin rəqəmsal savadlılığının artırılması və kiberrisklər barədə məlumatlandırılması məqsədilə kibergigiyena üzrə maarifləndirmə tədbirləri həyata keçirilir.

Beləliklə, qlobal iqtisadiyyatda əsas rəqabət təbii resurslarla bərabər, həm də deyil, rəqəmsal texnologiyalar, məlumat resursları, süni intellekt və innovasiya potensialı üzərində qurulur. Azərbaycanın qəbul etdiyi 2026–2028-ci illər üçün Fəaliyyət Planı da məhz bu yeni reallıqlara uyğun hazırlanmış strateji inkişaf sənədidir.

Bu sənəd dövlət idarəçiliyinin modernləşdirilməsi, vətəndaş xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, rəqəmsal iqtisadiyyatın genişləndirilməsi, innovasiya mühitinin gücləndirilməsi və kibertəhlükəsizliyin təmin edilməsi istiqamətində kompleks yanaşmanı özündə birləşdirir.

Ən vacib cəhət isə odur ki, burada rəqəmsal inkişaf yalnız texnoloji yenilənmə kimi deyil, iqtisadi artımın, sosial rifahın, dövlət idarəçiliyinin səmərəliliyinin və milli təhlükəsizliyin mühüm elementi kimi qiymətləndirilir. Bu baxımdan “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı” ölkəmizin rəqəmsal gələcəyinə hesablanmış strateji yol xəritəsi olmaqla yanaşı, həm də postneft dövründə innovasiya əsaslı iqtisadi modelə keçidinin də mühüm təminatlarından biri kimi çıxış edir.

Bu sənədin uğurlu icrası Azərbaycanın regional rəqəmsal mərkəzə çevrilməsi, yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli iqtisadiyyat formalaşdırması və qlobal rəqəmsal transformasiya prosesində mövqeyini daha da gücləndirməsi üçün möhkəm zəmin yaradır.

Vaqif BAYRAMOV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 İyul 2026 09:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see375

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see336

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see330

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see323

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see322

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see317

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see309

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see302

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see299

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see275

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see267

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see259

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see257

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see251

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see250

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see246

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see233

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see213

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see209

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri