Icma.az
close
up
RU
Azərbaycanın geosiyasi mövqeyi və yeni dünya nizamındakı rolu Prezident İlham Əliyevin strateji baxışı

Azərbaycanın geosiyasi mövqeyi və yeni dünya nizamındakı rolu Prezident İlham Əliyevin strateji baxışı

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Abbas Pənahov,

YAP Nəsimi rayon təşkilatının sədr müavini

Prezident İlham Əliyev 2025-ci il aprelin 9-da ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” adlı beynəlxalq forumda etdiyi çıxışla Azərbaycanın geosiyasi mövqeyinin və regional proseslərdəki həlledici rolunun əsas konturlarını bir daha ortaya qoydu. Onun çıxışı həm regional əməkdaşlıq, həm də beynəlxalq münasibətlər müstəvisində Azərbaycanın artan əhəmiyyətinə dair geniş və əhatəli baxış təqdim etdi.

Prezident çıxışında vurğuladı ki, Azərbaycanın formalaşdırdığı xarici siyasət strategiyası onun yerləşdiyi coğrafiya və tarixi inkişaf yolu ilə sıx bağlıdır. Azərbaycanın həm Şərq, həm də Qərb mədəniyyətinə aid olması, onu müxtəlif regionlar arasında körpü rolunu oynayan unikal bir ölkəyə çevirir. Bu baxımdan, Azərbaycanın coğrafi mövqeyi hər zaman strateji əhəmiyyət kəsb edib, lakin ölkənin siyasəti yalnız coğrafi reallıqlara deyil, həm də milli maraqlara əsaslanır.

Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan həm Xəzər dənizinin o tayındakı qonşularla, xüsusilə Mərkəzi Asiya ölkələri ilə, həm də Yaxın Şərq regionu və Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrlə dərin və qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurmuşdur. Bu əlaqələr yalnız siyasi dialoqla məhdudlaşmır, eyni zamanda, iqtisadi əməkdaşlıq və birgə investisiya layihələri ilə də gücləndirilir. Xüsusilə, Mərkəzi Asiya və Körfəz ölkələri ilə yaradılmış birgə investisiya fondları regional sinerjinin və qarşılıqlı inkişafa yönəlmiş yeni modellərin təməlini qoyur.

Azərbaycanın bu gün Mərkəzi Asiya və Avropa arasında nəqliyyat və enerji körpüsü kimi çıxış etməsi regionda sabitliyin təmin olunmasında və iqtisadi inteqrasiyanın sürətlənməsində mühüm rol oynayır. Prezident qeyd etdi ki, Azərbaycanın Xəzər dənizi üzərindən keçən enerji və logistika layihələri bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Qazaxıstan və Özbəkistanla birlikdə həyata keçirilən Xəzərin dibi ilə yaşıl enerji kabeli layihəsi isə bu əməkdaşlığın yeni mərhələsidir. Bu layihə təkcə regional enerji təhlükəsizliyini deyil, həm də Avropa ölkələrinin enerji tələbatının qarşılanmasını hədəfləyir.

Enerji məsələlərinə toxunan Prezident İlham Əliyev Azərbaycanın artıq yalnız neft və qazla deyil, yaşıl enerji ilə də Avropa bazarına çıxış üçün önəmli platforma yaratdığını qeyd etdi. O bildirdi ki, Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının son iclasında da yaşıl enerji məsələləri müzakirə olunub və bu, Azərbaycanın gələcək enerji strategiyasının əsas istiqamətlərindən biridir.

Forumda Prezident Əliyev Cənubi Qafqazda baş verən proseslərə də geniş yer ayırdı. Ermənistanın uzun illər işğalçılıq siyasətinə görə regionun inteqrasiyası baş tutmayıb. Lakin bu gün Azərbaycan və Gürcüstan arasında inkişaf etmiş münasibətlər, enerji və nəqliyyat sahəsindəki sıx əməkdaşlıq nümunəvi bir model yaradır. Ermənistan isə özünü bu proseslərdən təcrid etmiş vəziyyətdədir. Prezident bildirdi ki, Ermənistan vaxtında düzgün qərarlar versəydi, bu prosesin bir hissəsi ola bilərdi. Lakin reallıqda təcavüzkar siyasət nəticəsində iqtisadi üstünlüklərdən və tranzit imkanlarından məhrum olub.

Bununla belə, Azərbaycan tərəfi gələcəyə ümidlə baxır və sülh sazişi imzalandıqdan sonra Ermənistanla əməkdaşlığın başlanmasına heç bir maneənin qalmayacağını bildirir. Prezident sülh prosesinə dair fikirlərini ifadə edərək vurğuladı ki, top Ermənistan tərəfindədir. Azərbaycan tərəfi öz mövqeyini dəfələrlə açıq şəkildə bəyan edib və bu mövqe konstitusiyaya və ərazi bütövlüyünə hörmət prinsipinə əsaslanır.

Cənubi Qafqazın inteqrasiyası üçün Prezident Əliyev etimadın tədricən qurulmasının vacibliyini vurğuladı. O qeyd etdi ki, dostluq münasibətləri qısa müddətdə qurula bilməz, lakin etimadsızlığı azaltmaq mümkündür. Bu istiqamətdə jurnalist və ziyalı mübadiləsi, transsərhəd çaylarla bağlı əməkdaşlıq kimi kiçik, lakin mühüm addımların atılması təklif olunub. Ermənistanın Araz və Kür çaylarını çirkləndirməsi məsələsinin gündəmdə qalması isə Azərbaycanın ətraf mühit və su təhlükəsizliyi sahəsindəki narahatlıqlarını bir daha gündəmə gətirir.

Prezidentin çıxışında səsləndirdiyi fikirlər Azərbaycanın regional lider və qlobal aktor kimi mövqeyinin gücləndiyini təsdiqləyir. Azərbaycanın enerji, logistika, diplomatiya və təhlükəsizlik sahəsindəki fəaliyyəti onu yalnız region üçün deyil, bütövlükdə Avrasiya üçün əvəzsiz tərəfdaşa çevirir. Bu baxımdan, Azərbaycanın nəzərə alınmaması artıq mümkün deyil – bunu anlamaq üçün sadəcə xəritəyə baxmaq kifayətdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 14 Aprel 2025 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see306

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see245

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see234

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see211

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see192

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see187

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see173

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see173

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see172

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see164

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

21 Oktyabr 2025 13:54see163

“Azərkosmos” peyk istehsalına hazırlaşır kosmik sənayenin inkişafında yeni mərhələ

21 Oktyabr 2025 19:12see163

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see154

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see154

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see133

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see129

Ruslar Çin avtomobillərindən narazılıq edirlər...

21 Oktyabr 2025 23:06see128

Daha 8 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

21 Oktyabr 2025 17:38see126

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see124

Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı Foto

22 Oktyabr 2025 07:17see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri