Icma.az
close
up
RU
Azərbaycanın geostrateji mövqeyi: “Ən cəlbedici marşrutlardan biridir”

Azərbaycanın geostrateji mövqeyi: “Ən cəlbedici marşrutlardan biridir”

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Yanvarın 8-də Bakıda, “Gülüstan” sarayında Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən inşa edilmiş 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilib. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edib: 

“Ölkəmizdə gözəl investisiya iqlimi vardır. Biz ölkəmizə 300 milyard dollardan çox xarici sərmayə cəlb edə bilmişik. Bu gün ölkəmizin maliyyə vəziyyəti çox müsbətdir. Mən bu yaxınlarda bu məsələ ilə bağlı geniş danışmışam. 

Sadəcə olaraq, onu bildirməliyəm ki, bizim bu sahədə apardığımız islahatlar, əldə edilmiş uğurlar dünyanın aparıcı reytinq agentlikləri tərəfindən də qiymətləndirilir. 

Təsadüfi deyil ki, bu gün bizim kredit reytinqimiz daha da artırılıb, investisiya və müsbət proqnozu olan reytinq səviyyəsinə qaldırılıb”. 

 “Cebheinfo.az”-a açıqlamasında iqtisadçı Fuad İbrahimov bildirib ki, Azərbaycan həm geostrateji mövqeyinə, həm də göstəricilərə görə böyük üstünlüklərə malikdir. 

İqtisadçı qeyd edib ki, burada bir neçə göstəriciyə diqqət yetirmək lazımdır: 

“300 milyard dollardan artıq investisiyanın cəlb edilməsi, eyni zamanda, dövlətin xarici borcunun aşağı səviyyədə olması və maliyyə dayanıqlılığı ölkənin investisiya cazibədarlığını formalaşdıran əsas amillərdəndir. Biz bu üstünlüklərdən mütləq şəkildə istifadə etməliyik. 

Bu gün investisiyalar davam edir. Xüsusilə ənənəvi enerji mənbələri ilə yanaşı alternativ enerji sahəsində hər hansı bir problem yoxdur. İnvestisiya mühiti hələ də cazibədar olaraq qalır. 

Lakin hazırda biz əsas rəqabətqabiliyyətli istehsal proseslərinə diqqət yetirməliyik. Xarici investorları məhz bu istiqamətdə hərəkətə gətirməliyik. Bunun üçün isə həm daxili bazarda, həm də idxaldan asılılığın azaldılması istiqamətində rəqabət yönümlü mühit formalaşdırılmalı, istehsal proseslərinin həyata keçirilməsi üçün mövcud imkanların elastikliyi düzgün qiymətləndirilməlidir”. 

Fuad İbrahimov əlavə edib ki, burada əsas məqsəd bu imkanların düzgün istiqamətləndirilməsi və praktik mexanizmlərin qurulmasıdır: 

“Geostrateji mövqe dedikdə, Qərblə Şərq arasında yerləşən və yüksək çevikliyə malik Orta Dəhlizin mövcudluğu nəzərdə tutulur. Bu dəhliz Çinlə Avropa arasında illik ticarət dövriyyəsi bir trilyon dollardan artıq olan ticarət dövriyyəsi baxımından daşınma nöqteyi-nəzərindən ən cəlbedici marşrutlardan biridir. 

Biz bu potensialdan istifadə etməklə paralel şəkildə rəqabətqabiliyyətli istehsal müəssisələrinin yaradılmasına və idxaldan asılılığın azaldılması istiqamətində mühüm addımlar atmalıyıq. Bunun üçün zəruri göstəricilər də var. Sadəcə əsas məsələ bu mexanizmləri effektiv şəkildə hərəkətə gətirməkdir”. 

Əfsanə Rəcəb 
“Cebheinfo.az”

Açar sözlər: investisiya Fuad İbrahimov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:40
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 09 Yanvar 2026 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see175

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see159

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see155

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see154

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see151

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see135

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see133

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see128

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri