Icma.az
close
up
RU
Azərbaycanın hava məkanından keçən təyyarələrin sayı 2030cu ilədək gündəlik 1 300ə çata bilər

Azərbaycanın hava məkanından keçən təyyarələrin sayı 2030cu ilədək gündəlik 1 300ə çata bilər

Report.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan beynəlxalq aviasiyanın əsas tranzit mərkəzi kimi mövqeyini möhkəmləndirməkdə davam edir.

"Report" bu barədə “Azərbaycan Hava Yolları” QSC-yə istinadən xəbər verir.

Ölkənin strateji yerləşməsi və qabaqcıl aeronaviqasiya xidməti Azərbaycanın hava məkanını Avrasiya regionunda ən tələb olunan məkanlardan birinə çevirir.

2014-cü ildən etibarən ölkənin hava məkanı üzərindən tranzit daşımaların həcmi 350 % artıb. Gündəlik olaraq Azərbaycanın hava məkanından 900-ə yaxın təyyarə keçir ki, onların yarısından çoxu dünyanın aparıcı aviaşirkətlərinin tranzit uçuşlarıdır. "Eurocontrol"un proqnozlarına görə, 2030-cu ilədək orta gündəlik trafik axını 1 032-yə, pik günlərdə isə 1 300-ə çata bilər.

Hava hərəkətinin təhlükəsizliyini və səmərəliliyini təmin etməkdə əsas rolu “Azərbaycan Hava Yolları” QSC-nin “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi oynayır. İstifadə edilən "AIRCON 2100" hava hərəkətinə nəzarət sistemi, aeronaviqasiya texnologiyaları sahəsində dünya lideri olan "INDRA" şirkəti tərəfindən hazırlanıb və həm milli, həm də beynəlxalq aeronaviqasiya xidmətlərinin sabit işləməsini təmin edir.

Bununla belə, hava hərəkətinin intensivliyinin artması daha müasir həllərin tətbiqini tələb edir. Uzunmüddətli modernləşdirmə strategiyası çərçivəsində, 17 dekabr 2024-cü il tarixində “Azərbaycan Hava Yolları” QSC və "INDRA" şirkəti arasında hava hərəkətinə nəzarətin ən müasir sisteminə - "MANAGAIR"ə keçidi nəzərdə tutan müqavilə imzalanıb.

Yenilənmiş "MANAGAIR" sistemi yalnız uçuşların təhlükəsizliyini və səmərəliliyini artırmayacaq, həm də aviasiyanın ətraf mühitə təsirinin azaldılmasına töhfə verəcəkdir. Sistem, Avropa ATM Master Planında nəzərdə tutulmuş müasir standartlara uyğundur və aşağıdakı xüsusiyyətləri özündə birləşdirir:

- Uçuş vaxtının qısaldılması və karbon qazı emissiyalarının azaldılması məqsədilə marşrutların optimallaşdırılması;
- Hava hərəkətində konfliktlərin avtomatik aşkarlanması və qarşısının alınması;
- Qərarların qəbuluna dəstək və müəyyən edilmiş standartlara uyğunluğun monitorinqi;
- Səsli rabitə və mesajların ötürülmə protokollarının modernləşdirilməsi;
- Aerodromlar üçün meteoroloji məlumat mübadiləsinin təkmilləşdirilməsi;
- Dəqiq naviqasiya məlumatlarına əsaslanan müasir eniş prosedurları.

“INDRA" ilə əməkdaşlıq ən müasir texnologiyaların tətbiqinə imkan yaradır və bu texnologiyalar dünya standartlarına tam cavab verir. Bu addım Azərbaycanın beynəlxalq aeronaviqasiyada lider kimi inkişafında və ən yüksək keyfiyyətli xidmətlərin təqdim edilməsində əhəmiyyətli mərhələ olacaq”, - deyə “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Samir Rzayev bildirib.

Hava hərəkətinə nəzarət sisteminin modernləşdirilməsi yalnız texnoloji irəliləyiş deyil, həm də Azərbaycanın aviasiya sektorunun strateji inkişafı, onun Avrasiyada aparıcı aviasiya qovşağı statusunun möhkəmləndirilməsidir. Hava hərəkətinə nəzarət, müdafiə sistemləri və rəqəmsal transformasiya sahəsində qlobal lider olan INDRA dünyada təhlükəsiz və dayanıqlı aviasiya sektorunun yaradılmasında əsas rol oynamağa davam edir.

Bizim Telegram kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://report.az
archiveBu xəbər 18 Dekabr 2024 13:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see287

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see184

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see178

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see167

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see165

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see155

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri