Azərbaycanın həndbol millisinin rəqibləri müəyyənləşib
Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Kişi həndbolçulardan ibarət Azərbaycan millisinin beynəlxalq turnirdəki rəqibləri bəlli olub. SİA-nın məlumatına görə, yığmanın inkişaf etməkdə olan ölkələrin çempionatında üz-üzə gələcəyi komandalar müəyyənləşib.
Martın 11-dən 16-dək Bolqarıstanın Varna şəhərində təşkil olunacaq yarışa 4 qitəni təmsil edən 8 ölkənin kollektivi qatılacaq.
Bu komandalar ilkin mərhələdə iki qrupda mübarizə aparacaqlar. Püşkatmanın nəticəsinə əsasən, Azərbaycan seçməsi ABŞ, Nigeriya və Moldova milliləri ilə birgə B qrupunda yer alıb.
A qrupunda isə ev sahibi Bolqarıstan, Böyük Britaniya, Kipr və Paraqvay komandaları yarışacaqlar.
Qeyd edək ki, 2023-cü ildə keçirilən son analoji çempionatın qalibi Kuba kollektivi olub.
Baxış sayı:43
Bu xəbər 06 Mart 2025 11:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















