Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Azərbaycanın hər hansı missiyada heç bir iştirakı nəzərdə tutulmur...

Azərbaycanın hər hansı missiyada heç bir iştirakı nəzərdə tutulmur...

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Prezident İlham Əliyev: Biz kiminsə naminə azərbaycanlıların həyatını və sağlamlığını riskə atmaq niyyətində deyilik

Müasir beynəlxalq münasibətlər sistemində sülh və təhlükəsizlik anlayışları getdikcə daha mürəkkəb xarakter alır. Regional münaqişələrin qlobal təsirlərə malik olduğu, geosiyasi maraqların humanitar dəyərlərlə toqquşduğu indiki mərhələdə dövlətlərin məsuliyyətli mövqe nümayiş etdirməsi xüsusi əhəmiyyət daşıyır. Azərbaycan bu baxımdan uzun illərdir beynəlxalq hüquqa, suverenliyə və dövlətlərin ərazi bütövlüyünə hörmət prinsiplərini əsas götürən siyasi xətt yürüdür. Xarici siyasətimizin əsas sütunlarından biri qlobal və regional sülhün təşviqi, münaqişələrin danışıqlar yolu ilə həllinə töhfə verməkdir.

İkinci Qarabağ müharibəsində əldə olunan tarixi Qələbəyə baxmayaraq, Azərbaycanın revanşizmə deyil, sülhə və əməkdaşlığa üstünlük verməsi ölkəmizin məsuliyyətli aktor olduğunu bir daha sübut etdi. Bu yanaşma təkcə Cənubi Qafqazla məhdudlaşmır, Azərbaycanın beynəlxalq sülhməramlı fəaliyyətlərə prinsipial yanaşması ilə qlobal miqyasda da özünü göstərir. Qəzza və Yaxın Şərqdə baş verən son hadisələr fonunda Bakının mövqeyi məhz bu strateji və hüquqi yanaşmanın məntiqi davamıdır. Ölkəmiz Yaxın Şərqdə sülhün bərqərar olması üçün hətta vasitəçilik missiyası belə yerinə yetirməyə hazır olduğunu bəyan edir.

Qlobal sülhə verilən ardıcıl töhfələr...

Bəli, Azərbaycan müstəqillik əldə etdikdən sonra beynəlxalq sülh və təhlükəsizlik təşəbbüslərinə məsuliyyətlə yanaşan ölkə kimi tanınıb. Xarici siyasət kursumuzun əsas xətti münaqişələrin güc yolu ilə deyil, dialoq və beynəlxalq hüquq çərçivəsində həllinə dəstək verməkdir. Hətta 30 ilə yaxın işğala məruz qalan tərəf olmağımıza baxmayaraq, Azərbaycan hər zaman sülh çağırışlarını ön planda saxlayıb. Vurğulandığı kimi, İkinci Qarabağ müharibəsindən sonra da Bakı qalib mövqedən çıxış edərək regionda davamlı sülhün təmin olunmasını strateji məqsəd kimi müəyyənləşdirib.

Azərbaycan eyni zamanda beynəlxalq sülhməramlı missiyalarda iştirak etməklə qlobal təhlükəsizliyə real töhfələr verib. Ölkəmizin hərbi kontingenti müxtəlif regionlarda sülhün qorunması missiyalarında iştirak edib. Lakin bu iştirak heç vaxt formal xarakter daşımayıb. Azərbaycan üçün əsas prinsip mandatın beynəlxalq hüquqa uyğunluğu, aydınlığı və təhlükəsizlik risklərinin minimum səviyyədə olmasıdır. Bu yanaşma ölkəmizin sülhməramlı fəaliyyətinin legitimliyini və etibarlılığını təmin edir. Bu missiya üzrə yeni müraciətlər belə edilir. Prezident İlham Əliyev yanvarın 5-də yerli televiziyalara müsahibəsində bildirib ki, bizə belə müraciətlər daxil olub: “Təbii, bununla bağlı qərar qəbul etməzdən əvvəl biz aydın şəkildə başa düşməliyik ki, əməliyyatların mandatı necə olacaq və hansı növ əməliyyatlar ola bilər. Bizim İraqda, buna qədər isə həm Kosovoda, həm də özlüyündə Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak etmək təcrübəmiz var, ona görə də fəaliyyətin strukturunu çox gözəl bilirik. Əfqanıstanda bizim sülhməramlı missiyamıza gəldikdə, xoşbəxtlikdən və o cümlədən mövqeyimiz sayəsində bizim heç bir zərərçəkənimiz olmadı. Yəni bütün bu illər ərzində qurban vermədik, məhz ona görə ki, öz funksiyamızı strateji obyektlərin qorunmasında görürdük. Biz heç vaxt döyüş əməliyyatlarında iştirak etmədik və Azərbaycanın hüdudlarından kənarda döyüşlərdə iştirak etmək mənim tərəfimdən, ümumiyyətlə, nəzərdə tutulmur. Amerikalı tərəfdaşlarımızın diqqətinə çatdırdığımız ikinci amil ondan ibarət idi ki, mənim ölkəm təcavüzdən zərər görüb, Birinci Qarabağ müharibəsində böyük qurbanlar verib. Bununla belə, az olmasına baxmayaraq, İkinci Qarabağ müharibəsində də qurbanlar olub. Azərbaycanın hər bir vətəndaşı bizim üçün qiymətlidir”.

Azərbaycanın prinsipial mövqeyi...

Hazırda dünya bir sıra ciddi geosiyasi sınaqlarla üz-üzədir. Müxtəlif regionlarda silahlı toqquşmalar, humanitar böhranlar və siyasi qeyri-sabitlik müşahidə olunur. Azərbaycan bu proseslərə münasibətdə emosional deyil, rasional və beynəlxalq hüquqa əsaslanan mövqe tutur. Bakı bütün münaqişələrin danışıqlar yolu ilə, siyasi mexanizmlər vasitəsilə həllinin tərəfdarıdır. Bununla yanaşı, ölkəmiz mandatı qeyri-müəyyən olan, hüquqi bazası formalaşmamış hərbi əməliyyatlarda iştirak etməyi yolverilməz hesab edir.

Qəzza sektorunda mövcud vəziyyət buna nümunədir. Hazırkı mərhələdə bölgədə mümkün sülhməramlı missiyanın mandatı, mexanizmi və hüquqi çərçivəsi konkret deyil. Bu səbəbdən Azərbaycan heç bir döyüş əməliyyatına qoşulmaq niyyətində deyil. Bunun əvəzində Bakı humanitar yanaşmanı ön plana çəkir. Dinc əhalinin müdafiəsi, humanitar yardımın göstərilməsi və beynəlxalq təşkilatlar çərçivəsində siyasi səylərin dəstəklənməsi Azərbaycanın əsas prioritetləri sırasındadır. Dövlət başçısı müsahibəsində deyib ki, biz kiminsə naminə azərbaycanlıların həyatını və sağlamlığını riskə atmaq niyyətində deyilik. Bizim başımız bəlada olanda öz taleyimizin hökmünə buraxılmışdıq. Heç kim bizi müdafiə etmirdi. O cümlədən Fələstinə bütün hörmətimə və dərdlərinə şərik olmağıma rəğmən. Axı, Fələstin də bizi elə də müdafiə etmirdi. Bəli, İslam Əməkdaşlıq Təşkilatının hamının dəstəklədiyi qətnamələri var idi. Biz buna görə bütün ölkələrə minnətdarıq, eynilə Azərbaycan da həm BMT-də, həm Qoşulmama Hərəkatında, həm də İslam Əməkdaşlıq Təşkilatında həmişə Fələstini və Fələstin dövlətinin yaradılmasını dəstəkləyib”.

Ərəb ölkələrinin məsələlərini ərəb dövlətlərinin özləri həll etməlidir

Azərbaycan beynəlxalq platformalarda Fələstin məsələsində ardıcıl və dəyişməz mövqe sərgiləyir. BMT, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Bakı Fələstin xalqının legitim hüquqlarını və iki dövlətli həll prinsipini daim dəstəkləyib. Bu mövqe Azərbaycanın beynəlxalq hüquqa sadiqliyinin və ədalətli yanaşmasının göstəricisidir.

Prinsipial siyasi mövqe real addımlarla da tamamlanır. Məhz Azərbaycanın maliyyə dəstəyi hesabına Fələstin Dövlətinin Bakıdakı səfirliyi fəaliyyət göstərir. Bu fakt ölkəmizin Fələstin məsələsinə yalnız bəyanatlarla deyil, konkret diplomatik və institusional dəstək verdiyini sübut edir. Azərbaycan üçün Fələstin məsələsi beynəlxalq hüquq və humanitar ədalət məsələsidir. Prezident bildirib ki, Azərbaycanda Fələstinin səfirliyi də fəaliyyət göstərir, həm də Azərbaycanın maliyyə yardımı sayəsində: “Ona görə də mənim mövqeyim həmişə ondan ibarət olub ki, ərəb ölkələrinin məsələlərini ərəb dövlətlərinin özləri həll etməlidir”.

Regional məsələlərin həlli üçün...

Azərbaycan hesab edir ki, Yaxın Şərq və ərəb dünyasında baş verən proseslərin həlli ilk növbədə region ölkələrinin iradəsinə əsaslanmalıdır. Bu məsələlərdə kənar müdaxilələrin əksər hallarda vəziyyəti daha da gərginləşdirdiyi təcrübədə sübuta yetirilib. Bakı diplomatik kanallarla vəziyyəti diqqətlə izləyir və ərəb dövlətlərinin mövqeyinə hörmətlə yanaşır.

Ərəb Dövlətləri Liqasının rolu, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, İordaniya kimi əsas regional aktorların təşəbbüsləri xüsusi əhəmiyyət daşıyır. Azərbaycan bu ölkələrin səylərini dəstəkləyir və hesab edir ki, dayanıqlı sülh yalnız regionun öz daxilində formalaşan siyasi iradə əsasında mümkündür. Bu yanaşma Bakının suverenliyə və regional məsuliyyət prinsipinə verdiyi önəmi bir daha nümayiş etdirir. Prezident bildirib ki, indiyədək dərindən inanıram ki, qeyri-ərəb müsəlman ölkələr parovozun önündə qaçmamalıdır: “Bu, heç bir yaxşı nəticə verməz. Ərəb Liqası var, Ərəb Liqasının mövqeyi mövcuddur, o, yetərincə aydındır və biz buna uyğun hərəkət edirik. İslam Əməkdaşlıq Təşkilatının qərarları var və biz də, o cümlədən bu qərarları qəbul etmişik və buna əməl edirik. Ona görə də lazımsız fəallıq göstərmək və yenə də parovozun önündə qaçmaq o qədər də yaxşı məşğuliyyət deyil”.

Biz razılıq verməmişik...

Azərbaycanın qlobal və regional proseslərə yanaşması prinsipiallıq, məsuliyyət və beynəlxalq hüquqa sadiqlik üzərində qurulub. Ölkəmiz sülhü yalnız bəyanat səviyyəsində deyil, real siyasət və praktiki addımlar vasitəsilə dəstəkləyir. Qələbə qazanan dövlət kimi revanşizmə yox, dialoqa üstünlük verməyimiz Azərbaycanın beynəlxalq imicini gücləndirib və onu etibarlı tərəfdaş kimi tanıdıb. Təəssüfləndirici haldır ki, bəzi ölkələrin hansısa nümayəndəsi yalan bəyanatlar üzərindən manipulyasiya yaratmağa çalışırlar. Bu, yolverilməzdir. Prezident müsahibəsində deyib ki, Yaxın Şərqdə hansısa fəaliyyətlərdə mümkün iştiraka gəldikdə, ABŞ-ın BMT-dəki səfirliyinin Azərbaycanın razılıq verməsi ilə bağlı bəyanatı bizi təəccübləndirdi: “Biz razılıq verməmişik və diplomatik kanallarla Amerika administrasiyasına çatdırdıq ki, bu cür yalan bəyanatlar qəbuledilməzdir, onlar yanlış mənzərə yaradır. Ola bilər ki, belə bir cəhd olub, kimi isə bu prosesə cəlb etmək üçün Azərbaycanın razılıq verdiyini deyiblər. İstisna etmirəm ki, əgər belə olubsa, bu, ümumiyyətlə heç bir vəchlə qəbul edilə bilməz. Biz 20 sualdan ibarət müraciət tərtib etdik və onu Amerika tərəfinə çatdırdıq. Bu məsələlərə aydınlıq gətirilməyincə, Azərbaycanın hər hansı missiyada heç bir iştirakı nəzərdə tutulmur”.

Beləliklə, Qəzza və ümumilikdə Yaxın Şərq məsələsində Bakının mövqeyi özünün tutduğu strateji xəttin davamıdır: qeyri-müəyyən mandatlı hərbi macəralardan uzaq durmaq, humanitar yardımı və diplomatik səyləri ön plana çəkmək. Bütün bunlar göstərir ki, Azərbaycan qlobal sülh gündəliyində sözlə deyil, ölçülmüş və məsuliyyətli siyasəti ilə iştirak edir.

P.İSMAYILOV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:212
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 08 Yanvar 2026 10:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see367

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see289

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see270

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see250

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see249

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see233

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see227

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see224

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see214

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see211

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see206

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see204

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see203

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see201

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see200

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see199

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see195

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see188

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see179

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri