Icma.az
close
up
RU
Zəngəzur dəhlizi Cənubi Qafqazın geo siyasi xəritəsi mütləq dəyişmiş olacaq” POLİTOLOQ ŞƏRH ETDİ

Zəngəzur dəhlizi Cənubi Qafqazın geo siyasi xəritəsi mütləq dəyişmiş olacaq” POLİTOLOQ ŞƏRH ETDİ

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Zəngəzur dəhlizi məsələsi Azərbaycan-Ermənistan münasibətləri çərçivəsində yox, bütövlükdə regionun geosiyasi balansında mühüm rol oyanaya bilər”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elçin Abdullayev deyib.

Onun sözlərinə görə, dəhlizin açılması Azərbaycanı birbaşa Naxçıvan üzərində Türkiyəyə bağlayacaq:

“Bu bağlantı təbii ki, Bakı-Ankara xəttini daha da gücləndirəcək. Türk dünyasını birləşdirən ilk quru körpü olacaq. Düşünürəm ki, bu reallıq eyni zamanda Azərbaycan və Türkiyəyə həm iqtisadi, həm də siyasi cəhətdən böyük üstünlüklər qazandıracaq. Əgər dəhliz açılsa, Ermənistan regionda nəqliyyat şəbəkələrinə inteqrasiya olmaqla iqtisadi blokadadan çıxma imkanı əldə edə bilər. Beləliklə, İrəvan Moskva və Tehranın təsirindən çıxaraq Azərbaycan və Türkiyədən asılı vəziyyətə düşə bilər”.

Politoloq fikirlərinə davam edərək həmçinin qeyd edib ki, Rusiya dəhlizin təhlükəsizliyinə nəzarət etmək iddiasındadır: “Bu isə Moskva üçün Cənubi Qafqazda mövqelərini qorumaq imkanı deməkdir. Amma eyni zamanda Rusiya üçün burada bir risk də var. Zəngəzur dəhlizi açıldıqdan sonra türk dünyası daha yaxınlaşacaq. Bu da Rusiyanın postsovet məkanındakı təsirinə alternativ məkan olaraq meydana gələcək. İrana gəlincə isə bu ölkə Zəngəzur dəhlizinin açılmasına mənfi yanaşır. Çünki Zəngəzur dəhlizi İranın Ermənistan üzərindən Azərbaycan ilə Naxçıvanı birləşdirən yeganə quru yolunu əhəmiyyətsiz hala salacaq. Tehran bunu özünün regional tranzit imkanlarına vurulan zərbə kimi qiymətləndirir. ABŞ və Avropa İttifaqı üçün isə dəhlizin açılması regionda divesifikasiya olunmuş nəqliyyat xətləri deməkdir. Bu, Çin-Avropa ticarətində yeni alternativ yol kimi qiymətləndirilir. Çin üçün isə Zəngəzur dəhlizi “Bir kəmər, Bir yol” layihəsində mühüm amil ola bilər. Nəticə etibarilə, Zəngəzur dəhlizi açılsa, Cənubi Qafqazın geo-siyasi xəritəsi mütləq dəyişmiş olacaq”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://sia.az
archiveBu xəbər 03 Sentyabr 2025 14:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri