Icma.az
close
up
RU
Azərbaycanın ictimai və mədəni inkişafında Ağa Musa Nağıyevin rolu elmi konfrans

Azərbaycanın ictimai və mədəni inkişafında Ağa Musa Nağıyevin rolu elmi konfrans

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 11 iyun, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) “Azərbaycanın ictimai və mədəni inkişafında Ağa Musa Nağıyevin rolu” mövzusunda elmi konfrans keçirilib.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli konfransı açaraq Prezident İlham Əliyevin “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” 2025-ci il 18 mart tarixli Sərəncamı işığında bir sıra tədbirlər keçirildiyini bildirib. Qeyd edib ki, dövlətimizin başçısının Sərəncamından irəli gələrək bu günlərdə Qarabağ Universitetində Elm və Təhsil Nazirliyi və AMEA-nın birgə təşkilatçılığı ilə akademiyanın 80 illiyinə həsr olunmuş “Azərbaycan Milli Elmlər Akademiyasında Qarabağnamə ənənəsi və müasir dövr” mövzusunda elmi konfrans keçirilib.

Akademik İsa Həbibbəyli bildirib ki, AMEA Rəyasət Heyətinin tarixi binası məhz Ağa Musa Nağıyev tərəfindən vaxtsız vəfat edən oğlu İsmayılın şərəfinə 1908-1913-cü illərdə tikilib. Vurğulayıb ki, bina Şərq və Qərb memarlıq elementlərini özündə əks etdirir və yunan-roma memarlığının incəliklərini, həmçinin Azərbaycan memarlığının xüsusiyyətlərini burada görmək mümkündür.

Ağa Musa Nağıyevin xeyriyyəçilik fəaliyyətinin ictimaiyyətə və gənc nəslə çatdırılmasında nəvəsi, Milli Dəyərlərin Qorunması İctimai Birliyinin sədri tarix üzrə fəlsəfə doktoru Dilarə Nağıyevanın böyük xidmətləri olduğunu deyən akademik İsa Həbibbəyli onun bu missiyanı şərəflə yerinə yetirdiyini vurğulayıb. Bildirib ki, Dilarə Nağıyevanın “Tarix yaşadan binalar” kitabı Azərbaycan tarix elmi, ictimai və humanitar elmlərimiz üçün etibarlı mənbədir.

Daha sonra Akademiya muzeyinin baş mütəxəssisi sənətşünaslıq üzrə fəlsəfə doktoru Aynurə Həşimovanın müəllifi olduğu, Ağa Musa Nağıyevin və oğlu İsmayılın əksini tapdığı tablo konfrans iştirakçılarına təqdim edilib.

Tədbir AMEA-nın İctimai Elmlər Bölməsinin Elmi şurasının sədr müavini akademik Nərgiz Axundovanın moderatorluğu ilə davam etdirilib.

Konfransda AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun şöbə müdiri professor Hacı Həsənovun “Baba irsi və tədqiqatçısı” və Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti Taleh Cəfərovun “Neft kralı Ağa Musa Nağıyev neftdən xeyriyyəçiliyə uzanan yol” mövzusunda məruzələri dinlənilib. Həmçinin Milli Məclisinin deputatı filologiya elmləri doktoru Jalə Əliyeva, Azərbaycan Qadınları Respublika Cəmiyyəti İctimai Birliyinin sədri Bahar Qasımova və Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitutunun əməkdaşı biologiya elmləri doktoru Yeganə Mahmudova çıxış edərək Ağa Musa Nağıyevin xeyriyyəçilik fəaliyyətindən və xalqımıza xidmətlərindən danışıblar.

Sonda çıxış edən Dilarə Nağıyeva Ağa Musa Nağıyevin 98 bina tikdirdiyini, təkcə ölkəmizdə deyil, Türkiyə və Rusiyada da xeyriyyəçiliklə məşğul olduğunu bildirib. O, Milli Dəyərlərin Qorunması İctimai Birliyinin fəaliyyəti nəticəsində Ağa Musa Nağıyevin xatirəsinə yaddaqalan işlərin görüldüyünü diqqətə çatdırıb. O, çıxışının sonunda tədbirin təşkilinə və babasının xatirəsinə verilən dəyərə görə AMEA rəhbərliyinə minnətdarlığını bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 İyun 2025 18:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see237

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see223

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see193

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see182

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see178

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see162

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see162

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see153

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see152

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see150

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see147

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see147

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see141

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see137

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see137

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see136

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see135

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri