Icma.az
close
up
RU
Nəvəsi milyonçu Ağa Musa Nağıyevin xarici banklarda qalan milyonlarından danışdı...

Nəvəsi milyonçu Ağa Musa Nağıyevin xarici banklarda qalan milyonlarından danışdı...

Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Bu il babam - neft milyonçusu-xeyriyyəçi Ağa Musa Nağıyevin anadan olmasının 175 ili tamam olur. Bu münasibətlə  layihəm əsasında çəkilmiş  "Ağa Musa Nağıyev - 175" sənədli filmin ilk təqdimatı Azərbaycan Milli Elmlər Akademiyasının elm kitabxanasında keçirildi. Hər filmdə olduğu kimi bu filmdə də görkəmli alimlər, mütəxəssislər iştirak ediblər. Film çox gözəl alınıb. Neft buruqlarına qədər gedib kadrlar çəkdirmişdim. Sevinirəm ki, bu gün də Ağa Musa Nağıyevin yaratdığı buruqların hər biri gündəlik 4-5 ton neft çıxarır. Neft tükənmir, qara qızıl həmişə olub, olacaq. Azərbaycan Bakı nefti ilə hər zaman fəxr edir və fəxr etməlidir. Məlumatınız olsun ki, babamın həyata keçirdiklərinə rəğmən 9 kitab yazmışam. Bu yaxınlarda "Tarix yaşadan binalar"  adlandırdığım 10-cu kitabım  işıq üzü görəcək. Bakının 11 milyonçusu  arasında  98 bina tikdirən, 413 milyon yatırımı olan yeganə Ağa Musa Nağıyev olub. Bakının  11 məşhur milyonçuları arasında birincilik qazanıb".  

Milli.Az xəbər verir ki, bu sözləri Pravda.az-a müsahibəsində Azərbaycanın  milyonçu xeyriyyəçisi Ağa Musa Nağıyevin nəvəsi, "Milli dəyərlərin qorunması" İctimai Birliyinin təsisçisi Dilarə Ağamusa Nağıyeva deyib.  

O, babasının indiyədək İsveçrə bankında qalan milyonları barədə də danışıb:  "Aldığım məlumatlara görə, pullar İngiltərə və İsveçrə banklarındadır. Bu, 90% doğru məlumatdır. Müəyyən sənədlərə görə hələ də bir az əlçatmazdır..."

84 yaşlı Dilarə Ağamusa gözəl və gümrah qalmasının sirrini belə açıqlayıb: "Məndə həyata eşq, məhəbbət var. İnsanları, həyatı çox sevirəm. Gün ərzində işimlə əlaqədar  piyada və ya  avtobuslarla nə qədər gedib-gəlirəmsə, yorulmaq bilmirəm. Saysız-hesabsız tədbirlər keçirirəm, babamın fəaliyyəti ilə əlaqədar çəkilən 6 sənədli filmin layihə rəhbəriyəm, "musanaqiyev.az" saytını yaratmışam, "Milli Dəyərlərin Qorunması" İctimai Birliyinin təsisçisi, sədriyəm. Təşkilatın departament rəhbəri və üzvləri ilə  tez-tez şəhid, qazi ailələrini ziyarət edirik. Yeni kitabımda ziyarətində olduğumuz 25-dən çox şəhid, qazi haqqında esselər var. Həyatı həqiqətən sevəndə hər şey əldə etmək olar. "Ağa Musa Nağıyevin sahibkarlıq, xeyriyyəçilik və ictimai fəaliyyəti" mövzusunda yazdığım dissertasiyamın üzərində  2009-cu ildən işləyirdim. "Müəyyən səbəblərdən" müdafiəm 2022-ci ildə baş tutdu. 82 yaşımda tarix üzrə fəlsəfə doktoru-alimlik dərəcəsinə yiyələnmişəm. İstəyimə nail olmayana qədər heç bir işdən əl çəkmirəm. Üç ildən bir yeni kitabım çıxır. Son 7 kitabımı (hər biri 400-450 səhifədir) kompüterdə özüm yazıram və əməyimdən xüsusi zövq alıram. Bütün bunlar yuxusuz keçirdiyim gecələrimin bəhrəsidir. Mən Ağa Musa Nağıyevin təkcə nəvəsi deyil, həm də tədqiqatçısıyam. Babam Şollar suyunun Bakıya çəkilməsində 75% ödənişi  üzərinə götürmüş, 33 milyona başa gələn "su çəkmənin" 24 milyonunu Ağa Musa Nağıyev ödəmişdir. 35 imkansız ailənin vəsiyyətinə əməl edərək, onların nəşini Kərbəlaya  göndərib. O, səhiyyəyə, təhsilə də böyük önəm verib. Onun xeyriyyə işləri çox olub, sadəcə, hamısını sadalamaq çətindir. Xeyriyyəçiliyinin sübutudur ki, gənc yaşında dünyasını dəyişmiş  oğlu İsmayılın xatirəsinə tikdirdiyi - Bakının tacı sayılan, "İsmailiyyə" binasını (indiki AMEA) ilk Xeyriyyə Cəmiyyətinə hədiyyə etmişdir. Fəxr edirəm ki, məhz Ağa Musa Nağıyev Bakının 11 milyonçusu arasında birincilik qazanıb. Gənclərimizə tövsiyəm budur ki, tariximizi yaşatsınlar. Kimin əlindən nə gəlirsə, zərrə qədər də olsa, keçmişimizi yazıb məqaləyə, kitablara çevirsə, tariximiz daha da  genişlənər, daha da oxunaqlı olar. Milyonçu-xeyriyyəçilərin nəslindən olan  şahidlər məni flaqman adlandırırlar.  Dövrün "tələbinə" görə Kərbəlada dəfn edilməsi niyyəti ilə Ağa Musa Nağıyevin "əmanət" qəbrinin yeri 3 dəfə: 1919, 1931 və 1938-ci illərdə dəyişdirilmişdir. Nəhayət, 1998-ci ildə  qəbrini daimiləşdirmək məqsədilə nəşini kəfənə tutaraq Biləcəri qəbiristanlığında dəfn olunmasını həyata keçirmişəm. İsmailiyyə binasının maketini məzarı üzərinə qoyulandan düşünürdüm ki, onun məzarüstü  heykəli ucalmalıdır. 2016-cı ildə bu arzuma da çatdım.  İş adamı Zülfüqar Muxtarzadənin xeyriyyəçiliyi ilə Ağa Musa Nağıyevin məzarı üstündə heykəli qoyuldu. AMEA-nın loqosunun yenilənməsi  məqsədilə AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin yeni loqotipin yaradılması üçün elan etdiyi müsabiqəyə əsasən, "İsmailiyyə" binasının təsviri Akademiyanın loqotipi olaraq təsdiqlənib. Tikdirdiyi 98 binanın sayını sıralayan rəqəmlərin arxasında fenomen şəxsiyyətin dəyərli xidmətlərı dayanır. Arzusuna  çatmağa tikmədiyi iki bina qaldı. Bu arzunun reallaşdırmaq - Ağa Musa Nağıyevi tarixə 100 bina tikdirən milyonçu kimi gətirmək bu günümün düşüncəsidir. Bu gün məni  "98 + 2 düsturu"nun müəllifi də adlandırırlar". 
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:93
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 19 Noyabr 2024 08:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri