Icma.az
close
up
RU
Menu

Bakıda yolun hərəkət hissəsi parkinqə çevrilib Nişanları heçə sayıb yolu bağlayırlar VİDEO

Azərbaycan və Türkmənistan qarşılıqlı əməkdaşlığı Avrasiya logistik sisteminin dayanıqlı inkişafı üçün mühüm amilə çevrilə bilər EKSPERT

Sertifikasiyada müəllimə əlavə vaxt verilir Bu hallarda...

Kiyevdə məşhur amerikalının başına balkon düşdü Foto

Rusiya Serbiyanı Ukraynaya gizli sursat verməkdə ittiham edir...

Ruslar bu yay uğursuz olsa, üsyan başlayacaq Xarebin

Çin Kiyevə Mavic dronlarının satışını dayandırır

Xaricdə Azərbaycan əleyhinə çıxışlar edən mühacirlərin ölkəyə ekstradisiyası yalnız bu yolla mümkündür VACİB AÇIQLAMA KONKRET

Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təşviqi” adlı layihə çərçivəsində ekspert görüşü FOTOLAR

Super Liqa klubunun yeni baş məşqçisi müəyyənləşib

Çelsi Joao Feliksdən qurtulmağın yollarını axtarır

İspaniya təmsilçisi Fernando Torreslə müqavilə müddətini uzadıb

Paşinyan kilsələri tikinti tullantıları ilə dolu anbarla müqayisə edir

Ən sağlam səhər içkisinin adı açıqlandı Çay və qəhvə deyil

Sosioloq: Getdikcə sırf əyləncə üçün yaşayan insanların sayı artır

İsrail və HƏMAS arasında tarixi razılaşma...

Kreml Ukrayna ilə bağlı şərtlərini açıqladı: Zəmanət verilməlidir

Fidan: Rusiya və Ukraynanın atəşkəslə bağlı tələbləri fərqlidir

Serj Sarqsyan və kürəkəni 3 milyon dollar rüşvət almaqda ittiham olunur

Tramp Harvarda 30 gün vaxt verdi

Ağa Musa Nağıyevin memarlıq irsi: Gəlir evləri və ictimai binalar

Ağa Musa Nağıyevin memarlıq irsi: Gəlir evləri və ictimai binalar

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Bakının neft bumu dövrü şəhərin görkəmini kökündən dəyişdirən və onun gələcək taleyini müəyyən edən heyrətamiz bir tarixi mərhələdir. XIX əsrin ikinci yarısında Bakının dünya neft hasilatının mərkəzinə çevrilməsi şəhərin sürətli inkişafına və müasirləşməsinə səbəb oldu. Belə ki, Bakının küçələri əzəmətli binalarla bəzəndi, zəngin insanların sayı xeyli artdı. Həmin uğurlu sahibkarlar səxavətli mesenatlar kimi tanındılar, kapitallarını şəhərin abadlaşdırılmasına və çiçəklənməsinə yatırdılar. Onların verdiyi mühüm töhfə Bakının regionun mühüm mədəniyyət və memarlıq mərkəzinə çevrilməsinə kömək oldu. Şəhər möhtəşəm saraylar, teatrlar, məscidlər, xəstəxanalar və digər ictimai iaşə binaları ilə zənginləşdi. Caliber.az qeyd edir ki, mesenatların arasında öz nəcibliyi və alicənablığı seçilən görkəmli şəxslərdən biri də Musa Nağıyev olmuşdu. Onun dəstəyi sayəsində bu gün də Bakının fəxri siması hesab edilən bir çox memarlıq şedevrləri inşa edilib.

Ağa Musa Nağıyev 1842-ci ildə (digər versiyaya görə, 1849-cı ildə) Bakı quberniyasının Biləcəri kəndində anadan olub. Anası Ruqiyə Məşədi Məmmədyar qızı evdar qadın, atası Hacı Əlinağı Məhəmməd saman alverçisi olub. Musa ailədə dörd uşağın ən böyüyü idi. 11 yaşında limanda hambal işləməyə başlayıb. 18 yaşında kapital toplayıb əkinçiliklə məşğul olmaq niyyəti ilə torpaq sahəsi alıb. Lakin tale başqa cür qərar verib: onun mülkündə su quyusu qazarkən qəfildən neft fontanı fışqırır. Bu an onun neft sənayesinə səyahəti başlayır və Musa Nağıyev regionun ən böyük neft istehsalçılarından biri statusuna sahib olur.

Müəllif qeyd edir ki, qazandığı pullar Musa Nağıyevə səriştəli neft mütəxəssislərini işə götürməyə və biznesini əsaslı şəkildə təşkil etməyə imkan verir. Bir neçə il ərzində Binəqədi kəndində, demək olar ki, bütün quyular ona məxsus olur. Gəlirləri artdıqca Sabunçu, Ramana və Suraxanıda yeni yataqlar alıb işlədir, istehsalın yaxşılaşdırılmasına böyük diqqət yetirir. Rusiya imperatoru II Nikolay onu neft sənayesinin inkişafındakı xidmətlərinə və neft hasilatının mexaniki üsullarının tətbiqinə görə üzərində qızıl medal olan Andreyev lenti və 3-cü dərəcəli "Müqəddəs Stanislav" ordeni ilə təltif etmişdi. Musa Nağıyev Bakıda ən böyük inşaat işi məşğul olan daşınmaz əmlak sahiblərindən biri olub. Onun tikintiyə qoyduğu investisiyalar sabit gəlir mənbəyinə çevrilib. Nağıyevin vəsaiti ilə çoxsaylı yaşayış binaları, ictimai binalar, mehmanxanalar və digər mühüm tikililər ucaldılıb. Musa Nağıyev şəhərə yüzlərlə gözəl bina bəxş edib və bu onu adını irimiqyaslı şəhərsalmanın rəmzinə çevirib. Onun bir çox memarlıq şedevrləri Bakıda öz əzəməti və özünəməxsus üslubu ilə heyranlığa səbəb olmaqda davam edir və bu günə qədər gəlib çatıb.

"İsmailiyyə" binası

Şərq və Qərb mədəniyyətlərinin sintezini təcəssüm etdirən tikililərdən biri də "İsmailiyyə" binası oldu. Əsrlər boyu Bakı qala divarları içərisində inkişaf edib və yalnız XIX əsrdə qalanın bayır hissəsi genişlənməyə başlayıb. 1883-cü ildə qalanın xarici divarları söküldükdən sonra "İsmailiyyə" binasının yerləşdiyi hazırkı ərazi uzun müddət boş qalıb. "Qapan dibi" ("tərəzi yeri") adlanan bu yer mənzərəli şərq bazarı idi. 1905-ci il dekabrın 1-də Bakı Şəhər Duması müsəlman xeyriyyə cəmiyyətinin sədri Hacı Zeynalabdin Tağıyevin xahişini nəzərə alaraq bu ərazini xeyriyyə cəmiyyəti üçün bina tikmək üçün ayırır. Beləliklə, şəhərin ən gözəl binalarından biri ucalır. Binaya Ağa Musa Nağıyevin mərhum oğlunun şərəfinə (İsmayıl Nağıyev gənc yaşında vəfat edib - red.) "İsmailiyyə" adı verilir. Möhtəşəm tikili Venesiya sarayları klassikasının təcəssümüdür və 1430-cu ildə tikilmiş məşhur "Qızıl saray"ı (Ca d'oro) təkrar edir. Detalların oxşarlığını hər iki binanın fasadlarını müqayisə etməklə asanlıqla müşahidə etmək olar. Bina şərq naxışları ilə zəngin şəkildə bəzədilib. Təməl daşının təntənəli şəkildə qoyulması 1908-ci ildə baş tutub. Tikinti 1913-cü ilin əvvəlində başa çatıb. Fasadın memarlıq tərkibi şaquli xətt üzrə rizalit (binanın gövdəsində çıxıntı şəklində olan və hündürlüyü boyu gedən hissə - red.) proyeksiyalar şəklində inkişaf edir. Binanın memarlıq layihəsinin müəllifi memar İosif Ploşko öz yaradıcılığında bu üslubdan tez-tez istifadə edirdi. Həcmli kütlələr, fasadın ümumi memarlıq kompozisiyası ilə ahəng təşkil edən üfüqi və şaquli hissələrin itiliyi - bütün bunlar klassik qanunauyğunluğa əsaslanır. Zəngin ornamentli quruluşa malik binanı iki qüllə bəzəyir. Binanın həcmli məkan strukturu diqqətlə düşünülüb. Birinci mərtəbədə iki vestibül var: biri uzunsov düzbucaqlı formadadır, digərində ionik sütunlar var, ondan sonra isə mərkəzdə üçhissəli pilləkən yerləşir. Binanın interyeri zəngin dekorasiyası və dəbdəbəli işləmələri ilə insanı heyran edir. Nəfis dekorasiyalarından tutmuş zərif dekorativ elementlərə qədər hər bir detal memarlıq nümunəsinin möhtəşəmliyini nümayiş etdirir. Bu interyerlər binanın statusunu vurğulamaqla yanaşı, həm də əsl zəriflik və harmoniya mühiti yaradır.

Bu binanın divarları bir çox tarixi hadisələrin şahidi olub. Birinci Dünya müharibəsi illərində və 1917-ci il Fevral inqilabına qədər burada yaralı rus zabitlərinin müalicə olunduğu hərbi tibb məntəqəsi yerləşib. 1918-ci ilin mart qırğını zamanı ictimai həyatda mühüm yer tutan müsəlman cəmiyyətlərinin yerləşdiyi "İsmailiyyə" binası erməni quldurlar tərəfindən kütləvi hücuma və atəşə məruz qalıb, binanı talan edərək yandırıblar. "İsmailiyyə" binası atılan mərmilər və atəş nəticəsində ciddi ziyan görüb. Sovet hakimiyyəti qurulduqdan sonra binanın qalıqlarının dağıdılması barədə qərar qəbul edilib. Lakin yerli əhalinin etirazı hökuməti bu planlardan əl çəkib bərpa prosesinə başlamağa məcbur edib.

Memarlıq abidəsi 1922-23-cü illərdə memar Aleksandr Dubovun rəhbərliyi ilə bərpa edilib. Təəssüflər olsun ki, bərpa prosesində binanın fasadında və kənarlarında olan bəzi şərq ornamentləri, həmçinin Qurandan olan ayələr silinərək, əvəzində qızılı rəngli beşguşəli ulduzlar peyda olub. Bundan başqa, Ağa İsmayılın xatirəsinə qoyulan heykəl də yoxa çıxıb. Bərpa olunduqdan sonra bina Türk Mədəniyyəti Evinin ixtiyarına verilmişdi. 1926-cı ildə burada Birinci Türkoloji Qurultay öz işinə başlayıb. Şəhərdə ilk radio yayımı bu binadan həyata keçirilib. Binada Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti, Arxeologiya Komissiyası, Türk Mədəniyyəti Cəmiyyəti kimi müxtəlif təşkilat və qurumlar yerləşib. Əlyazmalar Fondu da uzun müddət burada yerləşmiş və 1960-cı ildə M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasına köçürülmüşdü. Müharibədən sonrakı illərdə "İsmailiyyə" binası Azərbaycan Milli Elmlər Akademiyasının ixtiyarına verilib. Hazırda burada Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti yerləşir. Möhtəşəm "İsmailiyyə"nin artıq 100 ildən artıq yaşı var, bina memarlıq simfoniyası ilə bu gün də memarları heyran qoyur.

Ağa Musa Nağıyevin inşa etdirdiyi xəstəxana

Musa Nağıyev tərəfindən inşa etdirilən digər mühüm tikili də xəstəxana binası olub. Ağa Musa Nağıyev vərəmdən dünyasını dəyişən yeganə oğlunu itirdikdən sonra ümid və ağır xəstəliklərlə mübarizənin simvoluna çevriləcək tibb müəssisəsi tikmək qərarına gəlir. Onun arzusu tibb müəssisəsində təkcə xəstəliyə tutulanları müalicə etmək deyil, həm də xəstəliyin profilaktikasını həyata keçirmək, yayılan xəstəliyin vaxtında tapılıb qarşısını almağa xidmət etmək olub.

1914-cü ildə Bakının kənarında 13,5 hektar ərazidə yerləşməli olan şəhər xəstəxanasının layihəsi üzərində işlərə başlanılır. Musa Nağıyev bu möhtəşəm layihəni həyata keçirmək üçün 300 min rubl qızıl bağışlayır. Kompleks 1 000 çarpayıya hesablanıb və onun tikintisi təxminən 10 il çəkib. Xəstəxananın mərkəzi binası "N" hərfi formasındadır. Geniş dəhlizlərlə bir-birinə birləşən xəstəxana dəhlizləri palatalarla təmin edilib və iki paralel qanaddan ibarətdir.

Binanın memarlığı öz incəliyi ilə diqqəti cəlb edir. Bina modern dövrünün elementlərini, intibah memarlığını və eklektizmi (Qədim Yunanıstanda meydana gələn fəlsəfə - red.) nümayiş etdirir. Fasadın simmetrik və şaquli istiqamətli kompozisiyasını pəncərələr, proyeksiyalar və yüksək daş emalı mədəniyyəti ilə hazırlanmış dekorativ detallar tamamlayır. Qüllələr, arkadalar və qalereyalar binaya mənzərəli və axıcı görünüş verir, üzlük üçün istifadə olunan əhəngdaşından ibarət plitələr tikilinin harmoniyasını vurğulayır. Yenilikçi memarlıq üsulları, o cümlədən arkalar, terraslar və dekorativ beton elementlər o dövrün tikinti təcrübələrində cəsarətli addım idi.

Bina Bakının tarixi məhəllələri sistemində fəal həcm-məkan və memarlıq-planlaşdırma vahididir və eyni zamanda şəhərin bədii simasının formalaşmasında yeni mərhələni nümayiş etdirir. Xəstəxana nəinki mühüm tibb, eyni zamanda mədəniyyət məkanına çevrildi. 1918-ci ildə istifadəyə verilən xəstəxanaya Musa Nağıyevin adı 1992-ci ildə qaytarılıb, 2010-cu ildən etibarən Azərbaycan Səhiyyə Nazirliyi burada yerləşir. Keçmiş xəstəxananın binası bu gün şəhərin tarixi görkəminin ayrılmaz hissəsi, memarlıq abidəsi və Musa Nağıyevin Bakının inkişafındakı müstəsna xidmətlərinin nümunəsidir.

"Avropa" hoteli

Musa Nağıyevin memarlıq irsinin parlaq nümunələri arasında Bakı memarlığının zərifliyini və əzəmətini təcəssüm etdirən "Avropa" hotelinin binası xüsusi yer tutur. Bu gözəl tikili öz dövrünün simvoluna çevrilib. Yeddimərtəbəli bina 1913-cü ildə memar İosif Ploşkonun layihəsinə əsasən, modern üslubda inşa edilib. "Avropa" o vaxt Bakıda azsaylı mehmanxanalardan biri idi və liftlə təchiz edilmiş möhtəşəm memarlıq nümunəsi idi. Bina təsirli quruluşu ilə diqqəti cəlb edir; ətrafdakı tikililərin fonunda seçilir, onlara xüsusi miqyas və əhəmiyyət verir. Binanın künc hissəsinin qübbəli elementlə yarımdairəvi tamamlanması onun monumentallığını vurğulayır və qüdrət hissi yaradır. Dekorativ elementlər fasada yumşaq axıcılıq verir və kompozisiyanın unikal ritmini yaradır. Pəncərələrin üstündəki ornamentlər bədii ifadəliliyi artırır.

Bu gün binada interyerə parlaqlıq və işıq əlavə edən, onun bədii əhəmiyyətini vurğulayan rəngarəng vitraj (şüşədən və sair şəffaf materiallardan düzəldilən ornamentli və ya süjetli dekorativ kompozisiya - red.) pəncərələri görmək olar. Həmin hissələr istedadlı rəssam Altay Hacıyev tərəfindən ərsəyə gətirilib. Sovet hakimiyyətinin ilk illərində Sergey Yesenin, Ryurik İvnev (rus şairi, dramaturq və nasir - red.), Vasili Kaçalov (rus və sovet aktyoru, bədii söz ustası (qiraətçi), müəllim - red.) Yakov Blumkin (sovet kəşfiyyatçısı və dövlət xadimi, sovet kəşfiyyatının yaradıcılarından biri - red.) kimi məşhur şəxsiyyətlər mehmanxanada qonaq olublar. 1950-ci ildə Bakıya işləməyə gələn ümummilli lider Heydər Əliyev də bu hotelin nömrələrindən birində qalıb. 1999-cu il oktyabrın 3-də təmir edilmiş binada Rusiyanın "LUKOIL-Azərbaycan" neft şirkətinin yeni ofisinin təntənəli açılışı olub. Bu bina şəhərin əzəmətli memarlıq obyektlərindən biridir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamına əsasən, yerli əhəmiyyətli tarix və mədəniyyət memarlıq abidəsi kimi tanınıb.

"Qış evi" (indiki "Mərkəzi Zabitlər evi")

Ağa Musa Nağıyevin səyi ilə ucaldılan daha bir möhtəşəm bina Bakının mədəni-tarixi görkəminin mühüm tərkib hissəsinə çevrilmiş, memarlığın şah əsərlərindən biri sayılan məşhur "Mərkəzi Zabitlər evi"nin binasıdır.

1890-cı il oktyabrın 2-də xalq yığıncağı üzvlərinin iştirakı ilə Musa Nağıyevin evində yeni qış sığınacağının təqdimetmə mərasimi keçirilib. Layihənin müəllifi məlum deyil, lakin onun memar Edel İvan Vasilyeviç olduğu güman edilir. Bəzi tədqiqatçılar isə müəllifliyin memar Anton Kondinova aid olduğunu yazırlar. Bina Bakının tarixi mərkəzinin şəhər quruluşuna ahəngdar şəkildə uyğun gəlir. Fasadın mərkəzi hissəsi kompozisiyanın monumentallığını və ifadəliliyini vurğulayaraq, mərtəbələrin böyüklüyü ilə seçilir. Memarlıq nümunəsi fasada zəriflik və incəlik verən italyan intibahının elementləri ilə işlənilib. Bina sərt xətləri, pəncərə haşiyələrinin intensiv ritmi və detallara diqqət çəkir. O dövrün qəzetləri tikilini belə təsvir edirdilər: "Musa Nağıyevin ictimai görüş yeri olan ev geniş, rahat, dəbdəbəli məbəddir. Həm zahiri, həm də daxili görkəminə görə böyük bədii zövqlə ucaldılan bu bina, şübhəsiz ki, Bakının ən yaxşılarından biri sayıla bilər".

Sovet illərində burada Zabitlər klubu fəaliyyət göstərirdi. Hazırda binada Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzi yerləşir. Dövrünün ruhunu və memarının məharətini qoruyub-saxlayan bu bina şəhərin memarlıq irsinin qiymətli hissəsi olaraq qalmaqda davam edir.

"Torqovı"da ev

Ağa Musa Nağıyev Bakının memarlıq görkəmində mühüm iz qoyub, eyni zamanda, bir çox yaşayış binaları inşa etdirib. Onların arasında ən görkəmlilərindən biri haqlı olaraq təkcə memarlıq incisi deyil, həm də şəhərin tarixi irsinin mühüm elementi hesab edilən binadır. "Torqovı"da (indiki Nizami küçəsi) və keçmiş Mariinskaya (indiki Rəsul Rza) küçələrinin kəsişməsində 1909-10-cu illərdə tikilmiş əzəmətli dördmərtəbəli yaşayış binası yerləşir. Bu şah əsəri istedadlı mühəndis İosif Ploşko tərəfindən layihələndirilmiş, tikintisini isə məşhur "Kasumovlar qardaşları və K." şirkəti həyata keçirmişdi.

Ev şəhər mərkəzinin tarixi məhəllələrinin strukturunun mühüm elementidir və ətrafdakı inkişafa ahəngdar şəkildə uyğunluq təşkil edir. Bina heyranedici fasadları, zəngin plastikası və barokko memarlığının ifadəli formaları ilə şəhər mərkəzinin tarixi görkəminin kompozisiyasında mühüm rol oynayır. Fasadın hər bir memarlıq elementi yüksək dəqiqliklə işlənib və üç yuxarı mərtəbədəki pəncərə haşiyələrinin ritmi axıcı kütlələrlə birlikdə ahəngdar vəhdət yaradır. Fasadın bərk bloklardan oyulmuş daş elementləri heykəltaraşlıq sənət əsərlərini xatırladır, binaya monumental və zərif görünüş verir. Nizami küçəsindəki qapının üstündə Nağıyevlər ailəsinin gerbi qoyulub, daşdan medalyon şəklində palan (hambalların bellərinə qoyduqları xüsusi yastıq - red.) təsvir edilib. Gerbdə, həmçinin Ağa Musa Nağıyevin atasının məşğuliyyətini simvolizə edən saman çöpləri də yer idi. Bu evə xas olan ali tikinti mədəniyyəti ən yüksək səviyyədə həyata keçirilən tamamlama işlərində xüsusilə aydın görünür. Fasadın hər bir detalı diqqətlə işlənilib və XX əsrin əvvəllərindəki yaşayış evinin təsvirini yaradır.

Yaşayış binasının daxili məkanları öz genişliyi və incəliyi ilə diqqəti cəlb edir, sahibinin zənginliyini və zövqünü əks etdirir. Binanın memarlıq əzəməti və incə üslubu "Torqovı"dakı evi təkcə şəhərin əsl bəzəyinə çevirmir, həm də onu mədəni-tarixi irsin mühüm hissəsi edir, sakinlər və qonaqlar arasında heyranlıq doğurur, həmçinin bütün yaradıcılıq enerjisini və peşəkar bacarığını ona sərf edən İosif Ploşkonun görkəmli sənətkarlığını xatırladır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:51
embedMənbə:https://oxu.az
archiveBu xəbər 27 Fevral 2025 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda yolun hərəkət hissəsi parkinqə çevrilib Nişanları heçə sayıb yolu bağlayırlar VİDEO

29 May 2025 16:23see157

Azərbaycan və Türkmənistan qarşılıqlı əməkdaşlığı Avrasiya logistik sisteminin dayanıqlı inkişafı üçün mühüm amilə çevrilə bilər EKSPERT

29 May 2025 21:48see129

Sertifikasiyada müəllimə əlavə vaxt verilir Bu hallarda...

29 May 2025 17:36see124

Kiyevdə məşhur amerikalının başına balkon düşdü Foto

29 May 2025 19:52see124

Rusiya Serbiyanı Ukraynaya gizli sursat verməkdə ittiham edir...

29 May 2025 19:16see120

Ruslar bu yay uğursuz olsa, üsyan başlayacaq Xarebin

30 May 2025 09:01see119

Çin Kiyevə Mavic dronlarının satışını dayandırır

29 May 2025 21:16see117

Xaricdə Azərbaycan əleyhinə çıxışlar edən mühacirlərin ölkəyə ekstradisiyası yalnız bu yolla mümkündür VACİB AÇIQLAMA KONKRET

30 May 2025 18:04see116

Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təşviqi” adlı layihə çərçivəsində ekspert görüşü FOTOLAR

29 May 2025 21:55see115

Super Liqa klubunun yeni baş məşqçisi müəyyənləşib

29 May 2025 21:23see115

Çelsi Joao Feliksdən qurtulmağın yollarını axtarır

31 May 2025 01:21see114

İspaniya təmsilçisi Fernando Torreslə müqavilə müddətini uzadıb

31 May 2025 02:02see113

Paşinyan kilsələri tikinti tullantıları ilə dolu anbarla müqayisə edir

29 May 2025 15:10see113

Ən sağlam səhər içkisinin adı açıqlandı Çay və qəhvə deyil

29 May 2025 16:23see113

Sosioloq: Getdikcə sırf əyləncə üçün yaşayan insanların sayı artır

29 May 2025 15:22see112

İsrail və HƏMAS arasında tarixi razılaşma...

29 May 2025 21:28see112

Kreml Ukrayna ilə bağlı şərtlərini açıqladı: Zəmanət verilməlidir

29 May 2025 13:21see111

Fidan: Rusiya və Ukraynanın atəşkəslə bağlı tələbləri fərqlidir

29 May 2025 21:45see111

Serj Sarqsyan və kürəkəni 3 milyon dollar rüşvət almaqda ittiham olunur

29 May 2025 21:11see111

Tramp Harvarda 30 gün vaxt verdi

29 May 2025 21:59see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri