Icma.az
close
up
RU
Azərbaycanın ilk yerli motosiklet brendi Tufan artıq Xankəndidə istehsal olunur

Azərbaycanın ilk yerli motosiklet brendi Tufan artıq Xankəndidə istehsal olunur

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanın ilk yerli motosiklet brendi olan "Tufan" 2025-ci ilin əvvəlindən Xankəndidə fəaliyyətə başlayan yeni istehsal sahəsinin açılışını elan edib.

"Tufan Motors" şirkətinin baş direktoru və həmtəsisçisi İlkin Ağamirov bildirib ki, azad edilmiş Xankəndi şəhərində yerli motosiklet istehsalı müəssisəsinin fəaliyyətə başlaması şirkət üçün həm şərəfli, həm də qürurverici hadisədir.

Onun sözlərinə görə, son beş ay ərzində "Tufan Motors"un Xankəndidəki müəssisəsində artıq 650 ədəd motosiklet istehsal edilib:

"Hazırda burada 20-dən artıq yerli mütəxəssis çalışır. Şirkətin "İstiqlal", "Yalquzaq", "Pəhləvan", "S250","S150" ,"M50" ,"M50N"və "Cub50" kimi tanınmış modelləri mövcuddur. Xankəndidə bu modellərdən üçü istehsal olunur. Lakin ilin sonunadək ikinci istehsalat xəttinin işə salınması ilə bütün modellərin burada yığılması planlaşdırılır və bu da işçi sayının əhəmiyyətli dərəcədə artmasına səbəb olacaq".

"Yerli istehsalçı olaraq Xankəndidə fəaliyyət göstərmək bizim üçün böyük qürurdur. Eyni zamanda bu bizə böyük məsuliyyət yükləyir. Bu təşəbbüs həm milli sənayemizin inkişafını, həm də azad olunmuş torpaqlarda real iqtisadi canlanmanı əks etdirir. Biz bunu, başda Ali Baş Komandanımız olmaqla, şanlı ordumuza borcluyuq və azad edilmiş ərazilərin dirçəlişinə töhfə vermək üçün əlimizdən gələni edirik", - deyə İlkin Ağamirov qeyd edib.

O əlavə edib ki, bu istehsalat mərkəzi yalnız texniki baxımdan deyil, həm də strateji və simvolik əhəmiyyət daşıyır.

Qeyd edək ki, bu il "Tufan" brendinin fəaliyyətə başlamasının beş ili tamam olur. Şirkət yaxın gələcəkdə həm məhsul çeşidini genişləndirməyi, həm də istehsalatda çalışan işçi sayını artırmağı planlaşdırır. Hazırda daxili bazar üçün motosiklet istehsal edən "Tufan Motors", yaxın zamanda ixraca da başlamağı qarşısına məqsəd qoyub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://oxu.az
archiveBu xəbər 24 İyun 2025 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xoşbəxtlik okeanı Məryəm Bağırova yazır

10 Noyabr 2025 14:10see488

Psixoloqlar aşağı zəkanın əlaməti sayılan 4 vərdişi açıqladı

09 Noyabr 2025 07:07see216

Şamaxı nın forvardı: Azərbaycan Premyer Liqası oynadığım ən çətin liqalardan biridir

09 Noyabr 2025 16:22see202

Zaman beyində işləyir…

09 Noyabr 2025 23:32see163

Ərəb ölkələri ABŞ ın bu planını rədd etdilər

09 Noyabr 2025 06:53see151

Zəfər turu nun qalibi bəlli oldu

09 Noyabr 2025 21:00see133

Ermənistanı revanşizmə həvəsləndirən Makrondur RƏY

09 Noyabr 2025 05:54see132

Rusiyada bu avtomobillərin qiyməti qalxacaq...

09 Noyabr 2025 23:47see132

“Bəziləri düşünür ki, Konstitusiyamıza hansısa ciddi dəyişikliklər ediləcək” DEPUTAT

09 Noyabr 2025 05:35see132

Bayraq artıq əbədi Zəfərin rəmzidir!

09 Noyabr 2025 18:16see130

3I/ATLAS “Kosmik gəmisi” Günəşə yaxınlaşarkən qəribə reaktivlər yayıb...

09 Noyabr 2025 21:06see129

Tramp Putin görüşü yalnız bu halda keçiriləcək Siyarto

09 Noyabr 2025 21:10see128

Gün ərzində tərəvəz yeyin, axşama təsirini görəcəksiniz

09 Noyabr 2025 21:00see126

1 tonluq sirr: Bir balqabaq necə 1000 kiloqrama qədər böyüyür?

10 Noyabr 2025 05:31see126

Maşını Röya alacaq Video

09 Noyabr 2025 21:10see126

“Monqol əti”nin “halal” standartına uyğunluğu yoxlanılır? RƏSMİ AÇIQLAMA

09 Noyabr 2025 09:01see126

“Aynadaki yabancı” da uğursuz oldu

09 Noyabr 2025 14:17see124

Bu, səhv qərar idi Slot Van Deykin qolunun ləğvi barədə

10 Noyabr 2025 00:22see123

La Liqa: Real xal itirdi, Barselona səhv etmədi

10 Noyabr 2025 02:28see120

Xabi Alonso: “Rayo Valyekano” yaxşı formadadır, bizi çətin oyun gözləyir”

09 Noyabr 2025 05:05see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri