Icma.az
close
up
RU
Azərbaycanın inkişafına maneçilik törədən qüvvələri kəsib atmalıyıq Deputat

Azərbaycanın inkişafına maneçilik törədən qüvvələri kəsib atmalıyıq Deputat

Azxeber.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.

""Vaşinqton razılaşmaları” ciddi nailiyyətdir. Xarici siyasətdə İlham Əliyev və komandasının apardığı uğurlu siyasət bu nəticələrin alınmasında mühüm rol oynayıb. Buna görə də Prezident və komandasının gördüyü işləri rəhbərlik etdiyim Milli Cəbhə Partiyası yüksək qiymətləndirir".

AZXEBER.COM xəbər verir ki, bu fikirləri deputat Razi Nurullayev deyib.

O bildirib ki, Zəngəzur dəhlizinin açılması ölkəmiz üçün ciddi iqtisadi imkanlar yaradacaq: 

"ABŞ-də əldə olunan nəticələr regionun geopolitik mənzərəsini dəyişəcək. Zəngəzur dəhlizi doğurdan da ciddi iqtisadi imkanlar yaradacaq, o həm də Azərbaycanla Naxçıvan arasında maneəsiz gediş-gəliş təmin edəcək. Yekun sülh müqaviləsinin bağlanması regiona, ölkəmizə milyardlarla sərmayənin yatırılması, yüz minlərlə iş yerlərinin açılması deməkdir.

Deməliyik ki, Azərbaycan Prezidenti xarici siyasətdə zirvələri fəth edib. Azərbaycan üçün vətəndaşların yaddaşından silinməyən və tarix kitablarının səhifəsində dünya durduqca qalacaq nəticələr əldə edib. Iqtidarın onilliklər ərzində bütün resurslarının, məhz bu nəticələri almağa yönəldiyinin fərqindəyəm. Biz, xalq, hər kəs bunu qəbul edib. Indi isə, növbəti uğurları daxili siyasətimizdə qazanmalıyıq. Daxili siyasət sahəsində də ciddi uğurlara, barışa, əməkdaşlığa, milli maraqların qorunması naminə digər maraqlardan imtina cəsarətinə nail olmuşuq. Milli Cəbhə Partiyası bütün proseslərdə milli maraqlar naminə dövlətin yanında olub. Bu gün iqtidarla siyasi partiyalar arasında ciddi dialoq yaranıb, əməkdaşlıq var və məhz bu cür dialoq mühiti, etibarlılıq və qarşılıqlı hörmət mühiti ölkəmizdə siyasi stabilliyin və milli maraqların qorunmasının kökündə dayanan əsas faktorlardan biridir. Elə bu dediklərimi də nəzərə alaraq Prezident Administrasiyası Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə iş şöbəsinin rəhbərliyinə və bütün əməkdaşlarına minnətdarlığımı bildirirəm".

Deputat qeyd edib ki, bütün həll edilən məsələlərdən sonra artıq diqqətimizi ölkənin daxili işlərinə yönəltməliyik:

"Indi isə nəzərimiz ölkənin içinə yönəltməli, qalib xalqın ləyaqətli yaşayışını təmin etməliyik. Ölkəmizin içində inkişafa maneçilik edən qüvvələri kəsib atmalı, tam şəffaf, aşkar və hər bir məsələdə konstitusion hüquqlara söykənən cəmiyyət quruculuğunda səylərimizi daha da gücləndirməliyik".

Mikayıl Mirzəzadə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:110
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 09 Sentyabr 2025 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see219

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see217

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see195

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see178

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see175

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see171

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see170

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see170

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see170

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see169

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see165

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see156

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see151

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see147

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see146

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see144

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see143

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see142

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see142

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri