Icma.az
close
up
RU
Azərbaycanın iqtisadi mənzərəsi RƏQƏMLƏRDƏ

Azərbaycanın iqtisadi mənzərəsi RƏQƏMLƏRDƏ

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

"2026-cı ilin ilk 6 ayında Azərbaycanın xarici iqtisadi mövqeyində ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli dəyişiklik baş verib. 

Cari əməliyyatlar balansının profisiti 2,3 milyard dollardan 4,7 milyard dollara yüksəlib. Başqa sözlə, profisit təxminən 2 dəfə artıb. Onun ümumi daxili məhsula (ÜDM) nisbəti də 6,3%-dən 12,4%-ə yüksəlib". 

"Cebheinfo.az" xəbər verir ki, bunu iqtisadçı- ekspert Eldəniz Əmirov sosial şəbəkə hesabında yazıb. 

O əvvəlcə dinamikanın müsbət və mənfilərinə toxunub: 

"Birinci müsbətləri deyək. Deməli, neft-qaz sektoru üzrə cari əməliyyatlar balansının profisiti 23,6% artaraq 7,3 milyard dollardan 9 milyard dollara yüksəlib. Qeyri-neft-qaz sektoru üzrə cari əməliyyatlar balansının kəsiri 13,7% azalaraq 5 milyard dollardan 4,3 milyard dollara düşüb. 

Bu, ümumi tədiyə balansı baxımından mühüm müsbət dəyişiklikdir. Xarici ticarət dövriyyəsi 20,3 milyard dollardan 22,4 milyard dollara yüksəlib. Xarici ticarət balansının profisiti isə 4,1 milyard dollardan 6,2 milyard dollara çatıb. Artım təxminən 51% təşkil edir. 

Əmtəə ixracı 16,9% artaraq 12,2 milyard dollardan 14,3 milyard dollara yüksəlib. Bunun əsas hissəsi neft-qaz ixracının 10,5 milyard dollardan 12,3 milyard dollara yüksəlməsi ilə bağlıdır". 

O vurğulayıb ki, burada vacib bir məqamı nəzərə almaq lazımdır: 

"2026-cı ilin aprel ayında əvvəlki illərdə alınmış qızılın böyük həcmdə satışı həyata keçirilib. İlk 3 ayda Azərbaycanın qeyri-neft ixracı 862 milyon dollar olduğu halda, aprel ayındakı satışdan sonra ilk 4 ay üzrə qızıl ixracının özü 3,6 milyard dollara çatıb. 

Buna görə də 2026-cı ilin ilk yarısında xarici sektor göstəricilərində müşahidə edilən güclü dinamikanı qiymətləndirərkən bu birdəfəlik iri qızıl satışının yaratdığı effekti də nəzərə almaq lazımdır. 

Yəni göstəricilərdəki yaxşılaşmanın müəyyən hissəsi istehsal və ənənəvi ixracın genişlənməsindən deyil, aprel ayında həyata keçirilmiş böyük həcmli qızıl satışından qaynaqlanır. 

Xam neft ixracı 6,5 milyard dollardan 7,6 milyard dollara, təbii qaz ixracı 3,7 milyard dollardan 4,2 milyard dollara, neft emalı məhsullarının ixracı isə 0,3 milyard dollardan 0,5 milyard dollara yüksəlib. 

Qeyri-neft-qaz ixracında da müsbət dinamika davam edib. 2025-ci ilin ilk 6 ayında 7,6% artım qeydə alınmışdısa, 2026-cı ilin eyni dövründə artım 18% olub və ixracın həcmi 2 milyard dollara çatıb". 

İqtisadçı qeyd edib ki, digər mühüm müsbət göstərici nəqliyyat xidmətləridir: 

"Nəqliyyat xidmətlərinin ixracı 6,6% artıb, idxalı 1,7% azalıb. Nəticədə bu sahədə profisit 9,9% artaraq 856,4 milyon dollardan 941,1 milyon dollara yüksəlib. Nəqliyyat artıq xidmətlər balansına davamlı müsbət töhfə verən əsas istiqamətlərdən birinə çevrilir. 

Qeyri-neft-qaz sektoruna birbaşa xarici investisiyaların cəlbi də 19,6% artaraq təxminən 0,9 milyard dollara çatıb. Ehtiyat aktivlərinin reallaşmış hissəsində də ciddi dəyişiklik var. 2025-ci ilin ilk yarısında 274,9 milyon dollar azalma olduğu halda, 2026-cı ilin ilk yarısında 1,4 milyard dollar artım qeydə alınıb. 

Mənfi dinamika isə bir neçə istiqamətdə müşahidə edilib və bunlardan biri turizm sektorudur. Turizm xidmətlərində ciddi zəifləmə müşahidə olunur. Qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 14,7% azalaraq 1,7 milyard dollardan 1,4 milyard dollara düşüb. Turizm xidmətləri üzrə ixrac 946,4 milyon dollardan 747,8 milyon dollara enib. 

Turizm balansının profisiti isə 194,3 milyon dollardan cəmi 47,2 milyon dollara düşüb. Bu, təxminən 76% azalma deməkdir. Azərbaycana gələn xarici vətəndaşların sayının 10,3% azalması da bu dinamikanı izah edən amillərdən biridir. 

Neft-qaz sektoru üzrə xidmətlər balansının kəsiri də böyüyüb. 2025-ci ilin ilk yarısında 705,2 milyon dollar olan kəsir 2026-cı ildə təxminən 1 milyard dollara yüksəlib". 

E.Əmirov qeyd edib ki, birbaşa investisiyalar üzrə diqqət çəkən başqa məqam xaricə yönəldilən investisiyaların kəskin artmasıdır: 

"Azərbaycanın xarici iqtisadiyyata yönəltdiyi birbaşa investisiyalar 1,3 milyard dollardan 5 milyard dollara yüksəlib. Eyni zamanda, ölkəyə cəlb edilən birbaşa xarici investisiyalar 3,2 milyard dollardan 3,7 milyard dollara yüksəlsə də, xaricə kapital yönəldilməsi daha sürətli olub.

Əlqərəz, 2026-cı ilin ilk yarısında tədiyə balansının ümumi mənzərəsi 2025-ci ilin eyni dövründən xeyli güclüdür. Əsas yaxşılaşma neft-qaz gəlirlərinin artması, qeyri-neft-qaz sektorunun cari əməliyyatlar kəsirinin azalması, xarici ticarət profisitinin genişlənməsi, qeyri-neft ixracının və nəqliyyat xidmətlərinin artması hesabına baş verib. 

Eyni zamanda, turizm gəlirlərinin azalması, neft-qaz sektoru üzrə xidmətlər kəsirinin böyüməsi və xaricə yönəldilən birbaşa investisiyaların kəskin artması diqqət tələb edən əsas istiqamətlərdir". 

Gülər 
"Cebheinfo.az"

Açar sözlər: xarici iqtisadi mövqe Eldəniz Əmirov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 16 Sentyabr 2026 17:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see365

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see328

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see320

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see315

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see313

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see309

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see301

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see294

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see291

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see266

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see262

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see254

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see252

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see245

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see245

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see241

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see227

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see208

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see202

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri