Icma.az
close
up
RU
Azərbaycanın kənd təsərrüfatının yeni uğuru: Ölkəmizdə bol olan yumurta üstündə dünyada davadır

Azərbaycanın kənd təsərrüfatının yeni uğuru: Ölkəmizdə bol olan yumurta üstündə dünyada davadır

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanın kənd təsərrüfatı sektoru yeni bir uğura imza atıb. Artıq ölkəmiz Amerika Birləşmiş Ştatlarına müntəzəm süfrə yumurtası ixracına başlayır. ABŞ-da quş qripi səbəbindən yaranan yumurta qıtlığı və qiymət artımı fonunda Azərbaycanın aparıcı quşçuluq təsərrüfatlarından biri beynəlxalq standartlara uyğun sertifikatlaşmadan keçərək bu böyük bazara daxil olmağa hazırdır. Bu addım həm yerli istehsalçılar üçün yeni imkanlar açır, həm də Azərbaycan məhsullarının keyfiyyətini dünyaya nümayiş etdirir. Bəs ixrac perspektivlərimizin artırılması daxili bazara hər hansı mənfi təsir göstərə bilərmi? Bu sahədə gələcək imkanlarımız necə görünür?

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

"Artıq ixrac reallaşıb"

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası İctimai Birliyinin sədri Mürvət Həsənlinin sözlərinə görə, bu sahədə istehsalımız tələbatımızı ödəməyə imkan verir. Məhz bunun sayəsində ixrac potensialımızı da genişləndirə bilirik: "Bu gün ölkədə 5,5-6 milyon ədəd arasında süfrə yumurtası istehsal olunur. Gündəlik yumurtaya olan tələbatımız isə dörd milyona yaxındır. İstehsal olunan yumurtanın 1,5 milyonu ixrac edilir. Hazırda yumurta ixrac etdiyimiz ölkələr əsasən Yaxın Şərq ölkələridir. Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Qətər, Küveyt bu siyahıya daxildir. Bir müddət Rusiyaya da yumurta ixracımız olmuşdu. Lakin hazırda dayandırılıb".

Sədr qeyd etdi ki, hazırda ABŞ-də toyuqlarda virus yayılıb. Bu səbəbdən ölkədə yumurta ilə bağlı qıtlıq müşahidə olunur: "Bu yaxınlarda ABŞ iş adamları bizə müraciət etdilər. Yumurtaların keyfiyyəti, toyuqların bəslənməsi və sair ilə maraqlandılar. Quşçuluq şirkətimiz yoxlamalardan sonra ABŞ-nin federal sertifikatına layiq görüldü. Məndə olan məlumata görə, 11 mart tarixində ABŞ-yə ilk yumurta ixracımız artıq reallaşıb. Bizdən 70-80 konteyner yumurta aldılar. Təxmini bir ay üçün 21 milyon yumurta ixrac olunacaq. Bu proses minimum 6-7 aydan bir ilə qədər davam edəcək. Amma fikrimcə, bu bazar Yaxın Şərq ölkələri kimi daimi olmayacaq".

"Anbarlarda yumurta ehtiyatımız kifayət qədərdir"

M.Həsənli bildirdi ki, birlik olaraq bu yeniliyin daxili bazara hər hansı təsir etməməsi üçün maksimum şəkildə çalışırlar: "İxracın daxili yumurta bazarımıza heç bir əks təsiri yoxdur. Çünki anbarlarda yumurta ehtiyatımız kifayət qədərdir. İstehsalın da yüksək olduğunu nəzərə alsaq, heç bir narahatlığın olmayacağını demək mümkündür. İxrac etdiyimiz ölkələrə də kifayət qədər yumurta göndərə bilirik. Qiymət artımı olsaydı, Novruz bayramının təsiri ilə olardı. Amma çalışdıq ki, buna da şərait yaratmayaq. Yumurtaların fabrikdən çıxış qiymətləri 11-12 qəpik təşkil edir. Marketlərə də həmin qiymətə satılır. Lakin ondan sonrakı qiymət prosesi artıq marketlər tərəfindən tənzimlənir".

"Tezliklə yeniliklərin şahidi olacağıq"

Sədrin sözlərinə görə, tezliklə həm ixrac, həm istehsal sahəsində yeniliklərin şahidi olacağıq: "Yaxın gələcəkdə digər ölkələrə də ixrac düşünürük. Məsələn, Belçika və İsrailə. Hazırda bu sahədə sertifikatlaşma mərhələsindəyik. Həmçinin Cənubi Afrika, Somalidən də süfrə yumurtamızla maraqlanırlar. Yəqin ki, qısa zamanda bu ölkələrə də məhsullarımızı ixrac edəcəyik. Gələcəkdə istehsal gücümüz də artacaq. Belə ki, hazırda bu rəqəm 5-6 milyondursa, onu 8-10 milyon etməyə çalışacağıq. Çünki bu sahəyə xeyli dəstək göstərilir".

"Tələbat yerli istehsal hesabına ödənilir"

İqtisadçı Rauf Qarayev də düşünür ki, istehsalımız və tələbatımız bir-birinə tam uyğun gəlir: "2023-cü ildə Azərbaycanda ümumilikdə 2,2 milyard yumurta istehsal edilib. Ən çox yumurta istehsalı Hacıqabul rayonunun payına düşüb (414,4 milyon ədəd). Xızı rayonu 407,8 milyon ədəd göstərici ilə ikinci olub. Sabirabad rayonunda isə 215,8 milyon yumurta istehsal edilib. İşğaldan azad edilmiş Xocalı rayonu sonuncu pillədə olsa da, bu rayon üzrə göstərici 50 min ədəd təşkil edib. Yumurtlayan toyuqların orta illik yumurta verimi 2022-ci ildə 235 ədəd, 2023-cü ildə 242 ədəd olub. Adambaşına 2023-cü ildə 215 yumurta düşüb, 2022-ci ildə bu göstərici 200 ədəd olub. İstehlakda adambaşına düşən yumurta isə 2022-ci ildə 179, 2023-cü ildə 189 ədəd olub".

İqtisadçı bildirdi ki, quş yemi artıq neçə ildir ki, ƏDV-dən azaddır. Bundan əlavə, quşçuluq sənayesində istifadə olunan bir sıra mal və materiallara da dövlət güzəşt tətbiq edir: "Məhz bunun nəticəsidir ki, ölkəmizin yumurtaya olan tələbatı 100 faiz yerli istehsal hesabına ödənilir".

"Gərək tələb təklifi üstələsin"

R.Qarayevin sözlərinə görə, istehsalımız tələbatımızı kifayət qədər qarşılaya bildiyi üçün indiki dövrdə qıtlıqdan söhbət gedə bilməz: "Hazırda yumurta istehsalı daxili bazarın tələbini ödəyir. Qıtlığın olması üçün gərək tələb təklifi üstələsin. Bu o vaxt baş verər ki, sahibkara yumurta istehsalı baha başa gələr. Sahibkar bu halda qiyməti artırmalıdır və ya məhsulu üçün yeni bazar axtarmalıdır. Hazırda belə bir vəziyyət mövcud deyil".

Ekspert bu sahədəki çatışmazlıqlardan da bəhs etdi: "Yumurta və quş əti istehsalı əsasən müəssisələrin deyil, fərdi sahibkar, ailə-kəndli və ev təsərrüfatçılarının üzərinə düşür. Çətin məsələ müəssisələrin rentabelliyi ilə bağlıdır".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://oxu.az
archiveBu xəbər 23 Mart 2025 10:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see261

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see240

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see226

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see215

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see183

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see168

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see163

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see158

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see156

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see153

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see152

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see147

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see145

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see144

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see142

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see140

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see140

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see139

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see136

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri