Icma.az
close
up
RU
Azərbaycanın kriptovalyuta indeksi açıqlanıb EKSKLÜZİV

Azərbaycanın kriptovalyuta indeksi açıqlanıb EKSKLÜZİV

Icma.az, Apa.az saytına istinadən bildirir.

Azərbaycan kripto adaptasiyası üzrə qlobal reytinqdə 151 ölkə arasında 90-cı yerdə qərarlaşıb.

“APA-Economics” xəbər verir ki, bu barədə “Chainalysis” şirkətinin hesabatında bildirilib.
Qlobal kriptovalyuta reytinqinə görə Azərbaycan Salvador (89) və İrlandiya (91) arasında qərarlaşıb.

Hesabata əsasən, Azərbaycan adi fərdi istifadəçilərin mərkəzləşdirilmiş platformalarda (məsələn, Binance, Coinbase və s.) apardıqları kripto əməliyyat həcminə görə orta aktivlik səviyyəsinə malikdir və bu göstərici üzrə 83-cü olub. Kriptovalyuta üzrə ümumi tranzaksiya dəyərinə görə ölkə mərkəzləşdirilmiş kripto bazarda orta səviyyəli oyunçu kimi qiymətləndirilir və 81-ci olub. Mərkəzləşdirilməmiş maliyyə (məsələn, Uniswap, Aave, Curve) sektorunda Azərbaycanın kripto üzrə göstəriciləri (97-ci yer) zəif olub. Bu, texnoloji biliklər və hüquqi infrastrukturun inkişaf səviyyəsi ilə əlaqələndirilir.

Ölkə iri investorlar və şirkətlərin kripto əməliyyatlarının həcminə görə 82-ci yerdə qərarlaşıb. Bu isə o deməkdir ki, kripto bazarında şirkətlərin, fondların və ya iri investorların mərkəzləşdirilmiş platformalarda etdiyi əməliyyatların həcmi azdır. Yəni, ölkədə əsasən fərdi istifadəçilər aktivdir, amma böyük maliyyə institutları hələ kütləvi şəkildə daxil olmayıb.

Ümumi nəticələr göstərir ki, Azərbaycan kriptovalyuta bazarına tədricən daxil olma mərhələsindədir. Ölkədə fərdi istifadəçilər tərəfindən kripto əməliyyatları müəyyən fəallıqla aparılır, lakin mərkəzləşdirilməmiş maliyyə və institusional seqmentlərdə inkişaf potensialı yüksək olaraq qalır.

Qeyd edək ki, hesabatda Hindistan, ABŞ və Pakistan kripto adaptasiyası üzrə ilk üç yeri bölüşüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://apa.az
archiveBu xəbər 29 Oktyabr 2025 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see458

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see382

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see368

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see365

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see337

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see334

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see323

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see322

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see319

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see315

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see302

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see292

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see287

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see277

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see275

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see266

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see264

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see259

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see259

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see247
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri