Icma.az
close
up
RU
Azərbaycanın Maliyyə Nazirliyi ilə Koreyanın Fiskal İnformasiya Xidməti arasında Memorandum imzalanıb

Azərbaycanın Maliyyə Nazirliyi ilə Koreyanın Fiskal İnformasiya Xidməti arasında Memorandum imzalanıb

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 18 noyabr, AZƏRTAC

Noyabrın 18-də Azərbaycan Respublikasının maliyyə naziri Sahil Babayev Koreya Fiskal İnformasiya Xidmətinin (KFIS) prezidenti Seok Ho Yoonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan ilə Koreya arasında maliyyə idarəetməsi sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları, o cümlədən ölkəmizdə yeni İnteqrasiya olunmuş Maliyyə İdarəetmə İnformasiya Sisteminin (IFMIS) inkişafı, Koreyanın dövlət maliyyə sistemi olan “dBrain+” və hökumət subsidiyalarının idarəetmə sistemi olan “e-Naradoum” üzrə təcrübələrin öyrənilməsi barədə müzakirələr aparılıb. Bu kontekstdə Koreya nümayəndə heyətinin iştirakı ilə Maliyyə Nazirliyində IFMIS üzrə keçirilmiş birgə seminarın əhəmiyyəti qeyd olunub.

Nazir Sahil Babayev Maliyyə Nazirliyində son dövrlərdə aparılan genişmiqyaslı rəqəmsallaşma prosesləri haqqında məlumat verərək Prezident İlham Əliyevin “Dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı ilə maliyyə idarəetməsi sahəsində rəqəmsal islahatların daha da sürətləndiyini və maliyyə idarəetmə arxitekturasının müasir tələblərə uyğun şəkildə yenidən qurulduğunu qeyd edib.

O, Koreya təcrübəsinin bu proseslərdə praktiki əhəmiyyət daşıdığını və innovativ, dayanıqlı maliyyə idarəetmə modellərinin formalaşdırılmasına ciddi töhfə verəcəyinə əmin olduğunu bildirib.

Görüşdə iki ölkə arasında maliyyə idarəetməsi sahəsində təcrübə mübadiləsinin genişləndirilməsi, xüsusilə “dBrain+” təcrübəsi əsasında proses və iş axınlarının təkmilləşdirilməsi, xarici vendor asılılığının azaldılması istiqamətində bilik və texnoloji transferin gücləndirilməsi, data əsaslı qərarvermə mexanizmlərinin tətbiqi, audit və nəzarət infrastrukturunun, eləcə də kibertəhlükəsizlik çərçivəsinin inkişaf etdirilməsi kimi gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub.

KFIS prezidenti Seok Ho Yoon Koreyanın IFMIS sahəsində təcrübə və qabaqcıl texnoloji həllərin paylaşılması, eləcə də Azərbaycanın rəqəmsal maliyyə informasiya sisteminin qurulmasına ölkəsinin müvafiq qurumlarının dəstək göstərməyə hazır olduğunu bildirib.

Görüşün sonunda Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Rəqəmsal Maliyyə Mərkəzi ilə Koreya Respublikasının Fiskal İnformasiya Xidməti arasında Rəqəmsal Dövlət Maliyyə İnformasiya Sisteminin hazırlanması, tətbiqi və istismarı sahələrdə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Memorandum birgə tədqiqat və texniki dəstəyin göstərilməsi, kibertəhlükəsizlik, dayanıqlılıq və audit standartlarına uyğunluq sahələrində təcrübənin öyrənilməsi, həmçinin təlim və təcrübə proqramları vasitəsilə kadr potensialının gücləndirilməsini nəzərdə tutur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Noyabr 2025 19:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see200

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see160

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see156

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see143

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see136

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see134

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see129

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri