İqtisadiyyat Nazirliyi ilə Latviyanın Dövlət Gəlirlər Xidməti arasında Memorandum imzalanıb
Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
İqtisadiyyat naziri Mikayıl Cabbarov və Latviyanın Azərbaycandakı səfiri Edqars Skuya arasında görüş keçirilib.
Oxu.Az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Tərəflər ikitərəfli iqtisadi əlaqələrin inkişafının önəmini vurğulayaraq, yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.
Görüş çərçivəsində "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Latviya Respublikasının Dövlət Gəlirlər Xidməti arasında məlumat mübadiləsi və vergi tələblərinin alınmasında yardım haqqında Anlaşma Memorandumu" imzalanıb. Sənəd Azərbaycan və Latviya vergi orqanları arasında məlumat mübadiləsinin daha səmərəli və effektiv təşkili, vergi sahəsində təcrübə mübadiləsi kimi məsələləri nəzərdə tutur.
Memoranduma əsasən, tərəflər vergi borclarının ödənilməsi, vergidən yayınma halları ilə mübarizədə qarşılıqlı əməkdaşlıq edəcəklər.
Latviyanın Azərbaycandakı səfiri Edqars Skuya ilə keçirdiyimiz görüşdə ölkələrimizin #iqtisadi münasibətlərinin gücləndirilməsi istiqamətində faydalı müzakirələr apardıq.
— Mikayil Jabbarov (@MikayilJabbarov) January 16, 2025
Görüş çərçivəsində "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Latviya Respublikasının Dövlət… pic.twitter.com/7ccpmCVLdz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 16 Yanvar 2025 15:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















