Icma.az
close
up
RU
Azərbaycanın maliyyə sistemində nazir dəyişdi, növbə strukturdadır...

Azərbaycanın maliyyə sistemində nazir dəyişdi, növbə strukturdadır...

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Maliyyə nazirlikləri hər bir ölkənin iqtisadiyyatında mühüm vəzifələrini yerinə yetirən dövlət qurumlarıdır. Bu qurumlar dövlət büdcəsinin hazırlanması və icrası, maliyyə siyasətinin müəyyən edilməsi, vergi və dövlət borcu ilə bağlı məsələlərin həlli, eləcə də ölkə iqtisadiyyatının inkişafına yönəlmiş strateji qərarların qəbul edilməsini təmin edir. Hər bir ölkədə Maliyyə Nazirliyi ölkənin əsas maliyyə siyasətini formalaşdırsa da fərqli səlahiyyətlərə də malikdir.

Modern.az xatırladır ki, Azərbaycanda Maliyyə Nazirliyində rəhbər şəxsin əvəzlənməsindən sonra bu qurum ətrafında müzakirələr gündəmə gəlib. Ehtimal edilir ki, yeni nazirin - Sahil Babayevin təyinatından sonra Maliyyə Nazirliyinin səlahiyyətləri artırıla bilər. Xüsusilə vergi və gömrük yığımları üzrə fəaliyyət Nazirliyin səlahiyyətlərinə verilə bilər.  

Hesab edilir ki, vergi və gömrük yığımlarının bir mərkəzdə toplanması gəlirlərin daha şəffaf və nəzarət olunan şəkildə toplanmasına imkan yaradar. Eyni zamanda vergi və gömrük siyasətinin bir yerdən idarə olunması ölkənin iqtisadi siyasətinə uyğun vahid və daha effektiv strategiyalarının hazırlanmasını təmin edə bilər. Bu həm də biznes mühitinin yaxşılaşdırılmasına, bürokratik maneələrin azalmasına və xarici investisiyaların cəlb olunmasına müsbət təsir göstərə bilər. Yaxşı idarə olunan vergi və gömrük yığımları iqtisadiyyata daha çox resurs yönəldilməsini və büdcənin daha dayanıqlı olmasını təmin edər.

Sosial sığorta yığımlarının Maliyyə Nazirliyinə verilməsi məsələsi bir qədər mübahisəlidir.  Maliyyə Nazirliyi dövlət büdcəsinin idarə edilməsi məsələlərində böyük təcrübəyə malikdir. Bu təcrübənin DSMF-nin idarə edilməsində tətbiq edilməsi, sosial sığorta və sosial müdafiə sisteminin daha şəffaf və səmərəli olmasına kömək edə bilər. Büdcə planlaması və resursların düzgün bölüşdürülməsi sahəsində təcrübəli olduğu üçün fondun maliyyə idarəçiliyini daha da təkmilləşdirə bilər. Amma nəzərə almaq lazxımdır ki,  DSMF-nin əsas məqsədi sosial müdafiəni təmin etməkdir və bu, təkcə maliyyə aspektinə deyil, həm də sosial və humanitar amillərə əsaslanır.

Müxtəlif ölkələrdə maliyyə siyasətini həyata keçirən qurumların səlahiyyətləri fərqlidir. Onlardan bir neçəsi ilə tanış olaq.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi


Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət maliyyəsinin idarə olunması və maliyyə siyasətinin həyata keçirilməsi üçün əsas qurumdur. Nazirlik dövlət və icmal büdcələrinin layihələrinin hazırlanması, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, dövlət maliyyə nəzarətinin həyata keçirilməsi, mühasibat uçotunun təşkili və auditin həyata keçirilməsi kimi vacib vəzifələri həyata keçirir. Eyni zamanda nazirlik xarici və daxili kreditlərin cəlb edilməsi sahəsində də fəaliyyət göstərir.

RusiyaFederasiyası Maliyyə Nazirliyi (Министерство финансов Российской Федерации)


Rusiyanın Maliyyə Nazirliyi ölkənin maliyyə və büdcə siyasətini tənzimləyir, federal büdcənin hazırlanması və icrasını təmin edir. Nazirlik dövlət borcunun idarə edilməsi, vergi və büdcəyə məcburi ödənişlərin daxil olması, qiymətli metalların və daşların istehsalı və dövriyyəsi üzrə nəzarət, həmçinin pensiya fondlarının maliyyə siyasətini formalaşdırmaq kimi vacib funksiyalara sahibdir. Nazirlik həmçinin dövlət mülkiyyətinin idarə edilməsi və maliyyə təminatı məsələləri ilə məşğul olur.

QazaxıstanRespublikasınınMaliyyə Nazirliyi


Qazaxıstanın Maliyyə Nazirliyi büdcə icrası, vergi ödənişlərinin təmin edilməsi, dövlət borcunun və dövlət zəmanəti ilə borc alınmasının idarə edilməsi kimi əsas vəzifələri yerinə yetirir. Nazirlik həmçinin dövlət əmlakı üzərində sərəncam verir, dövlət satınalmalarının tənzimlənməsi və daxili maliyyə nəzarətinin həyata keçirilməsi məsələləri ilə məşğul olur. Qazaxıstanın Maliyyə Nazirliyi mühasibat və maliyyə hesabatlarının tənzimlənməsi və audit sahəsində də mühüm rol oynayır.

Türkiyə Xəzinə və Maliyyə Nazirliyi (Hazinevə MaliyeBakanlığı)


Türkiyənin Maliyyə Nazirliyi maliyyə və iqtisadiyyat siyasətini hazırlayır və həyata keçirir. Nazirlik dövlət hesablarını tutmaq, vergi yoxlamaları və mühasibatlıq siyasətini tənzimləmək, dövlət xərclərinin effektivliyini təmin etmək kimi mühüm vəzifələrə malikdir. Eyni zamanda nazirlik maliyyə bazarlarında sabitliyin təmin edilməsi və beynəlxalq iqtisadi əlaqələrin inkişaf etdirilməsi sahəsində də fəaliyyət göstərir.

Almaniyanın Maliyyə Nazirliyi (Bundesministerium der Finanzen)

Almaniyada Maliyyə Nazirliyi vergi və gəlir siyasətini hazırlayır və federal büdcənin icrasını təmin edir. Nazirlik dövlətin əmlakını idarə edir və özəlləşdirmə siyasətini həyata keçirir. Gömrük və aksiz vergilərinin tətbiqini həyata keçirir və maliyyə bazarlarının tənzimlənməsini təmin edir. Almaniya Maliyyə Nazirliyi eyni zamanda dövlət borcunun idarə edilməsi və müvafiq hüquqi çərçivənin yaradılması sahəsində də vacib rol oynayır.

Böyük Britaniyanın İqtisadiyyat və Maliyyə Nazirliyi (Her Majesty's Treasury - HMT)


Böyük Britaniyanın İqtisadiyyat və Maliyyə Nazirliyi (HMT) hökumətin büdcəsini hazırlayır və dövlət xərclərinə  nəzarət edir. Eyni zamanda nazirlik vergi sistemini optimallaşdırır, iqtisadi artımı dəstəkləyən ədalətli vergi sisteminin yaradılmasına kömək edir. HMT iqtisadi böhran dövrlərində maliyyə stimullarını tətbiq edərək iqtisadiyyatın dayanıqlığını artırmağa çalışır.

ABŞ-nin Maliyyə Nazirliyi (Department of the Treasury)

ABŞ-nin  Maliyyə Nazirliyi ölkənin maliyyə sistemini idarə edir, vergi yığımlarını toplayır və dövlət orqanlarının fəaliyyətinin maliyyələşdirilməsini təmin edir. Nazirlik milli banklar və əmanət qurumları üzərində nəzarət edir, dövlət maliyyə hesabatlarını dərc edir və federal maliyyə qanunvericiliyini icra edir. Eyni zamanda ABŞ Maliyyə Nazirliyi dövlət borcunun idarə olunması və daxili və beynəlxalq iqtisadiyyatla bağlı məsləhətlər vermək kimi vacib funksiyaları yerinə yetirir.

Dünya təcrübəsi göstərir ki, hər bir ölkə maliyyə siyasətini müəyyən edərkən, bu siyasətin ölkənin iqtisadi və sosial inkişafını təmin edəcək şəkildə qurulmasına diqqət yetirir. Hər ölkə öz maliyyə siyasətini, iqtisadi vəziyyətinə və sosial ehtiyaclarına uyğunlaşdırmağa çalışır. Azərbaycanda da Maliyyə Nazirliyinin gücləndirilməsi və ona yeni səlahiyyətlər verilməsi iqtisadi problemlərini daha sürətli və effektiv şəkildə həll etməyə kömək edər.

Modern Təhlil və Araşdırma Qrupu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:316
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 Fevral 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri