Dursun Özbekin şikayəti nəticə vermədi Yasin Kol yenidən təyinat aldı
Icma.az bildirir, Fanat portalına istinadən.
“Qalatasaray” rəhbərliyinin, xüsusilə də klub prezidenti Dursun Özbekin hakim Yasin Kol ilə bağlı etdiyi rəsmi şikayət təsirsiz qalıb.
Fanat.Az xəbər verir ki, "sarı-qırmızı"ların etirazına baxmayaraq, Türkiyə Futbol Federasiyası hakimə növbəti tur üçün yeni oyun tapşırığı verib.
Məlumata görə, “Qalatasaray”ın “Fənərbağça” derbisindəki idarəçiliyinə görə TFF-yə rəsmi şəkildə şikayət etdiyi Yasin Kol bu həftə “Eyüpspor” – “Kayserispor” matçında meydançaya çıxacaq. TFF-nin bu qərarı İstanbul klubunun azarkeş kütləsində və idarəçiləri arasında narazılıq yaradıb.
Qeyd edək ki, derbidəki bir neçə epizodun mübahisə doğurması “Qalatasaray”ın hakim idarəçiliyinə etiraz etməsinə səbəb olmuşdu.
Kamil Xudiyev
Baxış sayı:29
Bu xəbər 05 Dekabr 2025 19:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















