Paşinyan tələdən çıxmaq istəyirsə, azərbaycanlıların geri qayıdış hüququnu qəbul etməlidir
Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.
"Ermənistanın Baş naziri Nikol Paşinyan iddia edir ki, Ermənistanı tədricən iqtisadi blokadadan çıxarıb və ölkəni böyük geosiyasi tələdən qurtarmağa nail olub. Onun fikirlərinin alt məzmunu belədir: Ermənistan nə qədər ki Rusiyanın “forpostu” kimi çıxış edirdi və öz qonşularına qarşı düşmən mövqedə durmağa məcbur edilirdi, ölkə həmin geopolitik oyunların aləti sayılırdı. İndi isə onun iddiasına görə, Ermənistan artıq bu oyunlara alət olmur. İlk baxışdan bu fikirlər müsbət təsir bağışlaya bilər. Amma təəssüf ki, sistem yaddaşı və siyasi davranış stereotipləri hələ də mövcud gerçəkliyi tam qəbul etmək niyyətində deyil. Əks halda, çoxdan sülh əldə olunardı".
Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu Ermənistanın Baş naziri Nikol Paşinyanın parlamentdə çıxışı zamanı "Ən əsası iqtisadi göstəricilər deyil, ən əsası odur ki, biz Ermənistanı geosiyasi tələdən çıxarmışıq" fikrinə münasibət bildirərkən dedi.
"Həmin strateji geosiyasi tələdən çıxmağın əsas komponentlərindən biri də ondan ibarət idi ki, Ermənistanı idarə edən qüvvələr ölkəni qonşularla müharibəyə sürükləyən mərkəzlərin təsirindən xilas etməli idilər. Çünki məhz həmin mərkəzlər Ermənistanı digər xalqları, o cümlədən azərbaycanlıları deportasiya etməyə və etnik təmizləmə siyasətinə məcbur edirdilər. Bu baxımdan, əgər Paşinyan doğrudan da Ermənistanı həmin strateji tələdən tam çıxarmaq istəyirsə, azərbaycanlıların geri qayıdış hüququnu, onların Ermənistan vətəndaşlığı hüququnu qəbul etməlidir. Bu addım həm sülh və etimad mühitini yaradacaq, həm də Ermənistanın monoetnik dövlət statusundan uzaqlaşmasına imkan verəcək. Dünyada demək olar ki, monoetnik dövlət yoxdur. Etnik müxtəliflik dövlətlərin inkişafı, sabitliyi və təhlükəsizliyi üçün mühüm amildir. Ermənistan da məhz bu məsələlər barədə düşünməli və həm sülh yolu ilə, həm də demoqrafik baxımdan özünü uzun illər davam edən geosiyasi tələdən xilas etməlidir", - deyə millət vəkili vurğuladı.
Xədicə BAXIŞLI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 05 Dekabr 2025 19:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















