Icma.az
close
up
RU
Azərbaycanın maraqlarına zidd davranışlardan Gürcüstan hər zaman çəkinib ŞƏRH EDİLDİ

Azərbaycanın maraqlarına zidd davranışlardan Gürcüstan hər zaman çəkinib ŞƏRH EDİLDİ

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Gürcüstan prezidentinin ilk rəsmi səfərini Azərbaycana etməsi xüsusi vurğuıanmalıdır". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Onun sözlərinə görə, o, prezident seçildikdən sonra hələ ölkəsindən kənara çıxmamışdı: "İlk səfərini Azərbaycana etdi və bununla da Azərbaycana olan rəğbətini göstərmiş oldu. İkinci bir tərəfdən onu Azərbaycanın baş naziri, milli məclisin sədri ilə eyni zamanda Prezident İlham Əliyevin özü ilə görüşləri, müzakirələri oldu. Təbii ki, bu görüş və müzakirələr iki ölkə arasında münasibətlərin daha irəli aparılması baxımından olduqca vacibdir.

Azərbaycan həmişə Gürcüstanı etibarlı tərəfdaş kimi görmək istəyir və buna da nail ola bilib. Gürcüstan da eyni zamanda Azərbaycana hər zaman arxa, dayaq olmağa çalışıb. Azərbaycanın maraqlarına zidd davranışlardan Gürcüstan hər zaman çəkinib. Özəlliklə vurğulamaq lazımdır ki, həm Azərbaycanın, həm Gürcüstanın ərazi bütövlüyünə qəsd edilib. Bizim Qarabağ və digər torpaqlarımızı Ermənistan işğal edib. Eyni zamanda Gürcüstanın Apxaziya və Guney Osetiya torpaqlarını da Rusiya işğal edib. Təbii ki, belə bir durumda da Gurcüstanla Azərbaycanın ortaq problemi olduğuna görə birlikdə hərəkət etmələri vacib idi. Azərbaycan həmişə Gürcüstanın ərazi bütövlüyünü tanıyıb. Oradakı qondarma rejimlərlə hər hansı iş birliyi etməyib və eyni zamanda da öz torpağını yəni Azərbaycan Respublikası ərazilərinin bütövlüyünün bərpası üçün əlindən gələni edib. Sevindiricidir ki, bu məsələdə Gürcüstan dövləti də Azərbaycana birmənalı dəstək verib. Yəni, ikili növqedən çıxış etməyib, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı konkret mövqe ifadə edib. Bu baxımdan Gürcüstan prezidentinin Azərbaycana səfəri təəccüblü, qəribə gəlməməlidir. Əksinə bu, gözlənilən idi və belə də olması işin xeyrinədir. Yəni o baxımdan düşünürəm ki, Gürcüstan prezidentinin bu səfərini 2 ölkə arasında münasibətlərin daha da irəli aparılması baxımından xüsusi vurğulamaq olar".

"Hələ onu da xatırlatmaq lazımdır ki, Gürcüstanın əvvəlki prezidenti Azərbaycana münasibətdə olduqca aqressiv mövqedən çıxış edirdi. Fransanın diqtəsi ilə anti-Azərbaycan mövqeyində idi. Baxmayaraq ki, ölkənin baş naziri Azərbaycanla yaxın münasibətlərdə idi, dostluq münasibətlərində idi. Amma prezident fərqli davranırdı. İndi isə Gürcüstanda artıq prezident ilə baş nazir arasında fikir ayrılığı yoxdur. Onların hər ikisi Azərbaycana münasibətdə sabit və təqdirəlayiq mövqedən çıxış edir. Bu baxımdan Gürcüstan prezidentinin səfərini dəyərləndirə bilərik" - deyə o, əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:228
embedMənbə:https://sia.az
archiveBu xəbər 18 Aprel 2025 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri