Azərbaycanın MDB ölkələrindən məhsul idxalının dəyəri 48 faizdən çox azalıb
525.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Cari ilin yanvar-may aylarında Azərbaycandan MDB ölkələrinə 787 milyon 289,71 min dollar dəyərində məhsul ixrac olunub. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 20,6 faiz və ya 134 milyon 208,94 min dollar artım deməkdir.
525.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) yaydığı məlumatda deyilir.
Hesabat dövrü ərzində Azərbaycan MDB ölkələrindən 1 milyard 396 milyon 742,6 min dollar dəyərində məhsul idxal edib ki, bu da illik müqayisədə 48,5 faiz və ya 1 milyard 316 milyon 404,28 min dollar azdır.
Hesabata əsasən, bu göstəricilər Azərbaycanın ümumi ixracının 5,64 faizini, ümumi idxalının isə 20,49 faizini təşkil edib.
Bu mövzuda digər xəbərlər:Azərbaycanın Rusiyadan idxalının dəyəri 2 dəfə azalıb
18 Fevral 2026 12:00
Azərbaycanın xam neft ixracının dəyəri 16 faizdən çox azalıb
22 Yanvar 2026 11:57
Azərbaycana körfəz və MDB ölkələrindən gələnlərin sayı azalıb
19 Dekabr 2025 12:15
Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb QRAFİK
28 Sentyabr 2026 18:23
MDB ölkələrindən Azərbaycana investisiyalar artıb
22 İyun 2026 15:18
Baxış sayı:170
Bu xəbər 08 İyul 2026 14:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















