Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

İsrail bu aviabazadan personalı təxliyə edir

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Sumqayıt ın Antalya toplanışı

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

Ermənistan Naxçıvanla sərhəddə gömrük postu tikəcək

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

Azərbaycanın yeni dünya vizyonu

Azərbaycanın yeni dünya vizyonu

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan prezidenti İlham Əliyev dünən yerli telekanallara müsahibə verib. Həmin müsahibədə bir sıra mühüm bəyanatlar, hətta, sensasiyalı mesajlar var. Bunlardan biri də prezidentin yeni dünya nizamı haqqında söylədiyi fikirlərdir. Hətta bunlar, sadəcə, fikirlər də deyil, təkliflər, təşəbbüslərdir.

Prezident bu haqda belə deyib: "İndi heç kimə sirr deyil ki, yeni dünya nizamı formalaşdırılır. Hesab edirəm ki, biz bu prosesin başlanğıcındayıq, bir çox boşluqlar yaranmaqdadır və yaranacaq. İkinci Dünya müharibəsindən sonra yaranmış sistem artıq öz potensialını itirib. Bunu bir çox yerlərdə gedən proseslər, münaqişələr, müharibələr və sair hadisələr göstərir. Eyni zamanda, aparıcı Qərb ölkələrində siyasi və mənəvi böhran da göz qabağındadır. Yəni, bu gün Qərbin üzləşdiyi vəziyyəti ən çox tənqid edən Qərbin aparıcı ölkəsinin seçilmiş prezidentidir, haqlı olaraq tənqid edir. Çünki bu sistem artıq tükənib. Bunu mən demirəm. Bunu Amerikanın bir neçə gündən sonra Prezidenti olacaq cənab Tramp deyir. Təbii olaraq, bu boşluqlar daha da genişlənəcək və burada yeni aktorun, yeni, ciddi oyunçunun ciddi gündəliklə daxil olması zərurətdir".

Beləliklə, Prezident Avropada permanent siyasi-mənəvi böhran səbəbindən bu qitənin qlobal güc, cazibə mərkəzi rolunu itirməkdə olduğuna diqqəti cəlb edib. Buna həmçinin Rusiya ilə Ukrayna arasında müharibə, bu müharibədə Avropa qitəsinin Co Bayden administrasiyasının yedəyində getməsi də təsir edib. Avropanın öz razılığı ilə elə Avropanın öz mərkəzində elə bir müharibə başladılıb ki, bu, bütün dünyanı təhdid edir. Üstəlik Avropaya milyonlarla qaçqının axması, Rusiyaya, eləcə də, Çinə qarşı sanksiyalar qitənin özünü çətinə salıb.

Beləliklə, Avropa özü özünü geosiyasi dalana gətirib, çıxarıb. Dünyanın müxtəlif bölgələrində, eləcə də, öz daxilində problemlərə adekvat yanaşmaması, hətta ədalətsiz mövqe tutması Avropaya güvəni zəiflədib. Avropa bütövlükdə, Avropa strukturları da o cümlədən, artıq öz etimad kapitalını tükədib.

Xüsusilə, Donald Trampın yeni dönəmində ABŞ-Avropa münasibətlərinin heç də hamar olmayacağı, fikir ayrılıqlarının dərinliyi də deməyə əsas verir ki, Avropa kontinenti geopolitik cazibə mərkəzi rolunu daha da itirəcək. Bu kontekstdə ABŞ-ın mövqeyindən də çox şey gözlənilir; Azərbaycan prezidenti Avropadakı vəziyyəti təhlil edərkən, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın tənqidi fikirlərinə istinad edir. Eyni zamanda o, dünya nizamında yaranan boşluqları Türk Dövlətləri Təşkilatının və aparıcı müsəlman dövlətlərini birləşdirən və ilk genişlənmədə Azərbaycanı da öz sıralarına daxil etmiş D8 Təşkilatının uğurla dolduracağını önə çəkir.

Prezident deyib: "Türk Dövlətləri Təşkilatı dünya miqyasında ciddi güc mərkəzinə çevrilə bilər. Çünki burada geniş coğrafiya, insan resursları, təbii sərvətlər, nəqliyyat-kommunikasiya xətləri və birlik vardır. Hesab edirəm ki, D-8 də bu boşluğu doldura bilər və bu ölkələrdə yenə də deyirəm, 1 milyarddan çox, bəlkə də 1 milyard 300 milyon insan yaşayır. Müsəlman ölkələrinin iqtisadiyyatının 60 faizi D-8-dədir, əhalinin 60 faizi yenə də D-8 ölkələrindədir. Ona görə bu, bir fürsətdir. Bu fürsəti qaçırmaq olmaz, vaxt itirmək olmaz və biz bu gündəliklə bu təşkilata üzv oluruq. Hesab edirəm ki, bizim fikirlərimiz və təkliflərimiz diqqətlə nəzərə alınacaqdır".

Azərbaycan prezidenti bu təklifləri həm TDT-dəki, həm D8-dəki ölkələrə, həmçinin ABŞ-a ünvanlayıb. O, Donald Trampın yeni prezidentlik dönəmində ABŞ-Azərbaycan münasibətlərinin bərpa olunacağına və əvvəlki səviyyəsinə qayıdacağına ümid edir və xüsusi vurğu salır. Bu baxımdan, ABŞ-dan gözlənti təkcə Avropa mərkəzli siyasətə əsaslanan xəttin dəyişməsi, başqa bölgələrin də potensialına və artan roluna diqqət göstərilməsi olacaq. Prezidentin bu nöqtədə Donald Trampın mövqeyinə istinad etməsi də təbiidir və aydındır.

Prezident İlham Əliyevin fikirlərinin təhlili də göstərir ki, ABŞ-ın əvvəlki administrasiyaları Avropa mərkəzli geosiyasətə üstünlük verib. Avropada isə müəyyən tarixi-siyasi səbəblərdən intişar tapmış və daşlaşmış islamofobiya, ksenofobiya var. Buna görə də həmişə müsəlman ölkələri ilə konfrontasiya xətti yürüdüblər. Belə bir yanlış seçim isə milyardlarla insanın yaşadığı onlarla ölkəni - islam dininin daşıyıcılarını ABŞ-dan uzaqlaşdırır. Təkcə müsəlman ölkələrindən söhbət getmir; Bayden administrasiyası fərq qoymadan müstəqil dövlətlərin cəmiyyətlərinə, öz ənənələrinə söykənən xalqların dəyərlərinə də hücum edirdi. Amma Donald Trampın dəstək verdiyi, təbliğ etdiyi ailə dəyərləri, mənəvi dəyərlər Azərbaycanla eynidir. Prezident İlham Əliyevin də müsahibəsində vurğuladığı kimi, Azərbaycan cəmiyyəti məhz bu cür mənəvi-əxlaqi dəyərləri bölüşür. Yəni Azərbaycanla ABŞ nünasibətlərinin son 3-4 ildə soyuqlaşması, hətta pisləşməsi təkcə kimin o ölkədə prezident olması ilə, hakimiyyətdə kimlərin təmsil olunması ilə bağlı deyil (hərçənd bu faktorun da təsiri var; siyasətdə şəxsiyyətlərin rolu da önəmlidir, təbii ki). Əsas məsələ tərəflərin söykəndiyi dəyərlərdir. Aparılan real siyasətdir.

Bu mənada, prezidentin də vurğuladığı kimi,

Donald Trampın ikinci dönəmindən gözləntilər var. Ümidlər var. Eyni zamanda, təbii ki, tərəflərin Azərbaycanla ABŞ arasında siyasi münasibətləri də yaxşılaşdırmaq, "stratei əlaqələr səviyyəsinə yaxınlaşmaq" imkanları var. Prezident İlham Əliyev deyib: "Mən hesab edirəm ki, əgər hər iki tərəf maraqlı olsa, biz ABŞ-Azərbaycan əlaqələrini strateji səviyyəyə qaldıra bilərik".

Əlbəttə ki, prezidentin dediyi bütün fikirlər xüsusi şərh olunmağa layiqdir və geniş təhlil aparılması üçün əsaslarla doludur. Ancaq bəzi fikirləri, mesajları ümumiləşdirsək, belə qənaət hasil olur: Azərbaycan münaqişələrlə, müharibələrlə dolu bir dünyaya alternativ olaraq sülh, sabitlik və inkişaf, bərabərhüquqlu və qarşılıqlı faydalı tərəfdaşlıq modelinə əsaslanan bir dünya təklif edir. Azərbaycan özü yerləşdiyi çətin coğrafiyada, bu cür mürəkkəb şəraitdə həmin modelin kiçik miqyasda nümunəsini yaradıb. Başqa yazımda yazdığım kimi, Azərbaycan şimalda aktiv müharibə ilə, cənubda potensial, qərbdə revanşist müharibə ehtimalları ilə qonşudur. Ölkədə çoxmillətli, çoxkonfensiyalı bir cəmiyyət var. Eyni zamanda böyük güclərin, yumşaq desək, maraq rəqabətinin episentrində olan bir ölkədir Azərbaycan.

Belə şəraitdə həm öz maraqlarını qorumaq, o cümlədən və xüsusilə, hərbi-siyasi yolla öz ərazi bütövlüyünü, suverenliyini təmin etmək, həm də müəyyən xarici dairələrin hibrid hücumlarını dəf edərək sabitlik adası kimi qalmaq asan məsələ deyil. Azərbaycan bunu bacarıb. Belə bir modelin dünya miqyasında reallaşmasını təklif edir. Bununla da Azərbaycan öz daxili gündəminə qapanmış, ən yaxşı halda regional gündəliyə köklənmiş bir ölkə deyil. Azərbaycan artıq beynəlxalq səhnədə təsirli aktor roluna hesablanmış siyasət aparan bir dövlət kimi çıxış edir. Çünki çoxqütblü dünya düzəni reallığa çevrilməkdədir və hazırkı beynəlxalq siyasi narrativlər davam edərsə, bu fonda daha miqyaslı qlobal toqquşmalar qaçılmaz olacaq. Azərbaycan bu yanaşnanın dəyişməsinə çalışır. Bu baxımdan, ABŞ-la strateji tərəfdaşlığa da hazır olduğunu bildirir. Çünki dünyanın başqa geosiyasi qütbləri ilə -Türkiyə, Rusiya, Çin, eləcə də, dünya siyasətində öz təsirini artırmış başqa güclərlə strateji tərəfdaşlıq var, ABŞ-la da ola bilər; bunun mesajı verilir.

Başqa sözlə, prezidentin müsahibəsindən göründüyü kimi, Azərbaycan hamının hamı ilə vuruşduğu dünya düzəni əvəzinə hamının hamı ilə barışdığı bir dünya istəyir. Maraqlar toqquşmasından maraqların harmoniyasına keçid təklif edir. Zənnimcə, bu, bütövlükdə müsahibənin əsas ideyasıdır.

Bahəddin Həzi, bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:76
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 08 Yanvar 2025 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see275

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see253

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see250

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see216

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see213

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see184

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see183

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see181

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see175

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see169

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see169

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see158

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see156

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see143

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see143

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see139

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see139

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see134

Ermənistan Naxçıvanla sərhəddə gömrük postu tikəcək

14 Yanvar 2026 13:34see130

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri