Icma.az
close
up
RU
“Bu çıxış Azərbaycanın regional əməkdaşlıq və inkişafda oynadığı mühüm rolu bir daha təsdiqləyir”

“Bu çıxış Azərbaycanın regional əməkdaşlıq və inkişafda oynadığı mühüm rolu bir daha təsdiqləyir”

Icma.az, Xalqcebhesi saytına istinadən bildirir.

“7-ci ADA Siyasi Forumu, Azərbaycanın beynəlxalq siyasət və diplomatiya sahəsindəki mövqeyini gücləndirmək üçün mühüm bir platformadır. ADA Universiteti və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən bu tədbir, qlobal problemlərin müzakirəsi və həll yollarının axtarışı üçün beynəlxalq ekspertləri və düşüncə mərkəzlərinin nümayəndələrini bir araya gətirir. Forumun bu ilki mövzusu "Yeni dünya nizamına doğru" adlanır və qlobal geosiyasi dəyişikliklər, iqtisadi transformasiya və rəqəmsal inqilabın təsirləri kimi aktual məsələlərə həsr olunub. Tədbirdə 44 ölkədən 80-dən çox beynəlxalq ekspert və nümayəndə iştirak edir ki, bu da onun əhəmiyyətini daha da artırır”.

Bunu xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
Deputatın bildirdiyinə görə, bu forumun əhəmiyyəti həm də Azərbaycanın beynəlxalq arenada dialoq və əməkdaşlıq üçün mühüm bir mərkəz kimi tanınmasında özünü göstərir: “Forum Azərbaycanın qlobal problemlərin həllində fəal iştirakını və beynəlxalq tərəfdaşlıqlarını gücləndirmək üçün bir vasitədir. Eyni zamanda, bu cür tədbirlər ölkənin intellektual potensialını nümayiş etdirir və gənc nəsillər üçün ilham mənbəyi olur”.

N.Həmzəyev Prezident İlham Əliyevin beynəlxalq forumda çıxış edərək bir sıra mühüm məsələlərə toxunduğunu vurğulayıb: “Cənab Prezident Azərbaycanın Cənubi Qafqazın aparıcı ölkəsi olduğunu vurğuladı və ölkənin Qoşulmama Hərəkatındakı güclü mövqeyini, Mərkəzi Asiya ilə yaxşı əlaqələrini qeyd etdi. Prezident Azərbaycanın iqtisadi baxımdan güclü, enerji resurslarına malik və ordusunun döyüş meydanında sübut etdiyi gücü ilə fərqləndiyini bildirdi. O, Azərbaycanın ABŞ üçün mühüm tərəfdaş ola biləcəyini və bu əməkdaşlığın bölgə üçün vacib olduğunu ifadə etdi”.

Deputat əlavə edib ki, Prezident İlham Əliyev forumda Cənubi Qafqaz və regional layihələrə dair vacib fikirlər səsləndirdi: “Dövlət başçısı Azərbaycanın regionda əsas rol oynadığını vurğuladı və bəzi qüvvələrin Cənubi Qafqazda ayırıcı xətlər çəkmək cəhdlərinin uğursuz olacağını bildirdi. Prezident həmçinin Azərbaycanın strateji tərəfdaşlıq sazişləri vasitəsilə Mərkəzi Asiya və Avropa arasında əlaqələri gücləndirdiyini qeyd etdi. Bu çıxış Azərbaycanın regional əməkdaşlıq və inkişafda oynadığı mühüm rolu bir daha təsdiqləyir”.

Röya İsrafilova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 10 Aprel 2025 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see267

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see220

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see218

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see202

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see135

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see131

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see131

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see129

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see129

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see128

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri