Icma.az
close
up
RU
Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin genişlənməsi yeni geosiyasi identiklik modelini formalaşdırır Politoloq rəyi

Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin genişlənməsi yeni geosiyasi identiklik modelini formalaşdırır Politoloq rəyi

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 17 noyabr, Səbinə Əlizadə, AZƏRTAC

Son illərdə Mərkəzi Asiya dövlətləri ilə Azərbaycanın əlaqələrinin sürətlə genişlənməsi regionda yeni siyasi və iqtisadi reallıqların formalaşmasına səbəb olur. Bu dinamika, xüsusilə, Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Qələbədən sonra daha da güclənib və yeni regional konsepsiyaların aktuallaşmasına gətirib çıxarıb.

Bu barədə politoloq Rufiz Hafizoğlu AZƏRTAC-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, yaşanan proseslər fonunda Azərbaycanın həm Cənubi Qafqazda super dövlət, Yaxın Şərqdə vasitəçi, Avropada etibarlı enerji tərəfdaşı kimi çıxış etməsi, eyni zamanda Mərkəzi Asiya platformalarında paralel aktiv iştirakı artıq adi diplomatiya çərçivəsindən kənara çıxır. Politoloq bunu “ikiqat identiklik” adlandırılan yeni geopolitik model kimi qiymətləndirib.

“Azərbaycanın coğrafi mövqeyi onu tarixən həm Qafqaz regionunda, həm də Xəzər hövzəsi və Türk dünyası daxilində koordinasiya edən körpü dövlətinə çevirib. Bu amil ölkə rəhbərliyi tərəfindən strateji şəkildə və yüksək siyasi ustalıqla istifadə olunub. Artıq Azərbaycan, sadəcə, körpü rolunda çıxış etmir, regional sistemin identiklik və təsir gücünə sahib aktoruna çevrilib”, - deyə Rufiz Hafizoğlu vurğulayıb.

O qeyd edib ki, Vətən müharibəsindən sonra Azərbaycan Cənubi Qafqazda faktiki şəkildə yeni güc mərkəzidir. Eyni zamanda, Mərkəzi Asiyada və geniş mənada Türk dünyasında yalnız enerji və nəqliyyat baxımından deyil, siyasi və ideoloji baxımdan da birləşdirici funksiyanı yerinə yetirir.

“Türk Dövlətləri Təşkilatı, Türk İnvestisiya Fondu, türk zirvələri, sadəcə, mədəni əməkdaşlıq platformaları deyil, eyni zamanda, siyasi və iqtisadi koordinasiya mexanizmlərinin yaradılması istiqamətində strateji addımlardır. Azərbaycan bu prosesin ən aparıcı dayaqlarından biridir”, - deyə politoloq bildirib.

Onun sözlərinə görə, Çin-Mərkəzi Asiya-Azərbaycan-Türkiyə-Avropa xəttini birləşdirən Orta Dəhliz artıq təkcə nəqliyyat infrastrukturu deyil, “geosiyasi dəhliz” statusu qazanır və bu marşrutda Azərbaycanın rolu həlledicidir.

“Münaqişə ocağı” imicini arxada buraxan Azərbaycan, öz gücü ilə beynəlxalq hüququ bərpa edərək yeni regional şərtləri diktə edən dövlət statusu qazanıb. Bu, Bakı ilə əməkdaşlığı Mərkəzi Asiya ölkələri üçün daha da cəlbedici edir, eyni zamanda, Qərb üçün Azərbaycanın etibarlı tərəfdaş kimi rolunu gücləndirir.

Politoloq hesab edir ki, Azərbaycan Cənubi Qafqazı “lokal zona”dan çıxararaq daha geniş geosiyasi məkanlara inteqrasiya etdirə bilib ki, bu da ölkənin ən mühüm strateji nailiyyətlərindən biridir.

Rufiz Hafizoğlunun fikrincə, bu gün Azərbaycan Mərkəzi Asiya üçün həm Türkiyə ilə əməkdaşlığın platforması, həm də Rusiyadan asılılığın azaldılmasında alternativ siyasi vektordur. “Azərbaycanın Cənubi Qafqaz və Mərkəzi Asiya platformalarında paralel fəallığı “ikiqat identiklik” modelini nəzəri düşüncə olmaqdan çıxararaq real strateji xəttə çevirir”, - deyə o bildirib.

R.Hafizoğlu sonda qeyd edib ki, proses bu dinamika ilə davam edərsə, yaxın illərdə Azərbaycan təkcə Cənubi Qafqazın lideri deyil, bütün Türk dünyasında və Avrasiya məkanında sistemqurucu aktor kimi çıxış edəcək: “Bu halda “ikiqat identiklik” anlayışı, sadəcə, akademik termindən ibarət olmayacaq, Azərbaycanın yeni dövlət konsepsiyasının əsasını təşkil edəcək”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Noyabr 2025 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see236

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see229

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see193

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see186

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see161

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see150

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see150

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see147

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see144

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see143

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see142

Türkiyədə Fələstinə dəstək üçün 520 min nəfər Qalata körpüsündə toplaşıb FOTOLENT

01 Yanvar 2026 18:21see140

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see139

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see136

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see136

Putinə qarşı bu addım vəziyyəti ağırlaşdırdı Türkiyəli politoloq

01 Yanvar 2026 11:43see134

Türkiyə Çin vətəndaşları üçün vizanı ləğv edib

01 Yanvar 2026 17:48see132

Pensiya yaşı ilə bağlı QƏRAR VERİLDİ Bu ildən...

01 Yanvar 2026 09:53see130

Səhralar yaşıllaşacaq: Çinli alimlərdən inqilabi metod

02 Yanvar 2026 02:41see129

Qarabağı istəyən erməni müğənninin yolka sı FOTO

01 Yanvar 2026 13:12see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri