Icma.az
close
up
RU
Mərkəzi Asiya ilə əməkdaşlığın genişlənməsi Azərbaycanın strateji mövqeyini möhkəmləndirir ŞƏRH

Mərkəzi Asiya ilə əməkdaşlığın genişlənməsi Azərbaycanın strateji mövqeyini möhkəmləndirir ŞƏRH

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 17 noyabr, AZƏRTAC

Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə tamhüquqlü iştirakçı kimi qoşulması, ölkəmiz üçün yeni bir dövrün başlanğıcıdır. Bu addım yalnız diplomatik və siyasi qərar deyil, eyni zamanda bu, tarixi, mədəni, mənəvi bağların siyasi və iqtisadi müstəviyə daşınmasıdır. Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında əsrlər boyu formalaşan ortaq dəyərlər, ortaq tarix və mədəni kodlar bu gün institusional əməkdaşlıq çərçivəsində öz ifadəsini tapır. Artıq Mərkəzi Asiya yalnız beş dövlətin təşəbbüsü ilə müəyyən olunan məkan deyil, Azərbaycan da bu regionun ayrılmaz və tamhüquqlu iştirakçısıdır. Bu status Azərbaycanın regional siyasətdə mövqeyini gücləndirir, onun strateji əhəmiyyətini artırır və Avrasiya coğrafiyasında yeni siyasi və iqtisadi mərkəzin formalaşmasına imkan yaradır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov deyib.

O qeyd edib ki, Azərbaycanın bu formatda iştirakı onun Cənubi Qafqazda oynadığı rola zidd deyil. Ölkəmiz, eyni zamanda, həm Cənubi Qafqaz platformasında fəal iştirak edir, həm də Mərkəzi Asiya istiqamətində əlaqələrini genişləndirir. Bu paralel fəaliyyət Azərbaycanın həm regional, həm də qlobal strateji baxışının göstəricisidir. Cənubi Qafqazda Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən layihələr, o cümlədən nəqliyyat-logistika, enerji və tranzit layihələri bölgənin iqtisadi və siyasi sabitliyinə böyük töhfə verir. Eyni zamanda, Mərkəzi Asiya ilə əməkdaşlığın genişlənməsi Azərbaycanın strateji mövqeyini həm Avrasiya, həm də dünya səviyyəsində möhkəmləndirir.

“Mərkəzi Asiya coğrafi mövqeyinə görə, Avrasiyanın strateji mərkəzlərindən biridir. Azərbaycanın tamhüquqlu iştirakı bu məkanda onun mövqeyini daha da gücləndirir. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Xəzər dənizi yalnız regional deyil, qlobal miqyasda da birləşdirici element rolunu oynayır. Bu gün Azərbaycan Mərkəzi Asiya ölkələri və Xəzər hövzəsi dövlətləri arasında inteqrasiyanın real bir nümunəsini yaradır. Beləliklə, Xəzər hövzəsi yalnız təbii sərvətlər mənbəyi deyil, həm də strateji, iqtisadi və tranzit baxımından regionun birləşdirici mərkəzinə çevrilir”, - deyə Milli Məclisin deputatı vurğulayıb.

Avrasiyada yeni geostrateji mərhələ

A.Allahverənov Azərbaycanın Mərkəzi Asiyada tamhüquqlu iştirakçılıq statusunun vacibliyinə diqqət çəkib: “Bu uğur həm də region dövlətləri arasında strateji tərəfdaşlığın və hətta müttəfiqlik münasibətlərinin dərinləşməsinin göstəricisidir. Bu, yalnız siyasi dialoqun intensivləşməsi deyil, eyni zamanda, iqtisadi və enerji sahəsində böyük perspektivlərin açılması deməkdir. Nəqliyyat-logistika dəhlizləri, beynəlxalq yükdaşımaları, enerji daşıyıcılarının ötürülməsi, yaşıl enerji ixracı, rəqəmsallaşma və süni intellekt kimi sahələrdə yeni imkanlar yaranır. Azərbaycan artıq regionda tranzit və nəqliyyat baxımından əsas mərkəzlərdən biri kimi çıxış edir. Bu baxımdan ölkəmizin rolu yalnız regional deyil, qlobal səviyyədə də əhəmiyyətli hala gəlir. Həmçinin rəqəmsal transformasiya və süni intellekt sahəsində Azərbaycan–Mərkəzi Asiya əməkdaşlığı geniş perspektivlər açır. Bu əməkdaşlıq dövlətlərin rəqəmsal iqtisadiyyatlarını inkişaf etdirməyə, kibertəhlükəsizlik və innovativ texnologiyaların tətbiqini genişləndirməyə imkan verir. Həm dövlət qurumları, həm də özəl sektor bu yeni platformalardan faydalana bilər. Belə əməkdaşlıq, eyni zamanda, regionda innovasiya ekosisteminin qurulmasına şərait yaradır və dövlətlərarası texnologiya mübadiləsini sürətləndirir.

Türk dünyası xətti üzrə inteqrasiya da Azərbaycanın bu addımının mühüm tərkib hissəsidir. Mərkəzi Asiya ölkələrinin əksəriyyətinin Türk Dövlətləri Təşkilatının üzvü olması və Azərbaycanın tamhüquqlu iştirak statusu Türk dünyasında siyasi koordinasiyanın güclənməsini təmin edir. Bu isə vahid mövqedən çıxış etməyə, hökumətlərarası əməkdaşlığı daha sıx qurmağa və ortaq iqtisadi layihələrin daha sürətli reallaşmasına imkan verir. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən tranzit, enerji, nəqliyyat və kommunikasiya layihələri artıq yalnız region üçün deyil, qlobal miqyasda strateji əhəmiyyət kəsb edir. Bu layihələr Azərbaycanın mövqeyini gücləndirir və onu Avrasiyanın strateji güc mərkəzlərindən birinə çevirir.

Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə tamhüquqlu üzv kimi qoşulması, həm ölkəmiz, həm region, həm də bütövlükdə Avrasiya üçün yeni siyasi, iqtisadi və geostrateji imkanlar yaradır. Bu addım inteqrasiya meyillərini gücləndirir, strateji əməkdaşlığı dərinləşdirir və qarşıdakı illərdə region xalqlarının inkişafına töhfə verəcək böyük və uzunmüddətli layihələrin reallaşmasına şərait yaradır. Azərbaycan həm qlobal enerji və nəqliyyat xəritəsində, həm də Türk dünyası ilə inteqrasiya prosesində lider rolunu daha da möhkəmləndirmiş olur. Bu, yalnız Azərbaycan üçün deyil, həm də region ölkələri və beynəlxalq aktorlar üçün yeni əməkdaşlıq perspektivləri açan tarixi bir qərardır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Noyabr 2025 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see278

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see216

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see205

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see190

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see179

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see166

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see157

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see156

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see155

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see151

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see148

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see146

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see146

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see145

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see142

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see141

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see138

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri