Icma.az
close
up
RU
Azərbaycanın Mərkəzi Asiya ilə yaxınlaşması: Tarixi bağlar, logistika perspektivləri və yeni regional format MÜSAHİBƏ

Azərbaycanın Mərkəzi Asiya ilə yaxınlaşması: Tarixi bağlar, logistika perspektivləri və yeni regional format MÜSAHİBƏ

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Astana, 17 noyabr, AZƏRTAC

Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə bərabərhüquqlu iştirakçı kimi qəbul edilməsi haqqında qərar təkcə aktual siyasi dinamikanı deyil, həm də əsrlər boyu region ölkələrini birləşdirən dərin tarixi, mədəni və iqtisadi əlaqələri əks etdirir. Bu addımın açdığı perspektivlər, onun iqtisadi-ticari əməkdaşlığa, logistika marşrutlarının inkişafına və mədəni qarşılıqlı fəaliyyətin dərinləşməsinə təsiri barədə AZƏRTAC qazaxıstanlı politoloq Aman Mambetali ilə söhbət edib.

- Azərbaycanın Məşvərət Görüşünə bərabərhüquqlu üzv qismində qəbul edilməsi barədə qərarı necə qiymətləndirirsiniz və ölkələrimizin tarixi yaxınlığı bu addımı nə dərəcədə qanunauyğun edir?

- Azərbaycanın bizim regionla, yəni Mərkəzi Asiya ilə çox dərin tarixi bağları var. Əsrlər əvvələ nəzər saldıqda, çoxlu tarixi paralellər görmək mümkündür. Uzun müddət ərzində Azərbaycan türk mədəniyyətinin ayrılmaz hissəsi və Qafqazdakı əsas mərkəzi olub. XX əsrin əvvəllərində Mərkəzi Asiya liderləri – alaşordalılar və digərləri üçün Azərbaycan mədəniyyət nümayəndələri və siyasi elitası mənəvi baxımdan yaxın idi və fəal əlaqə saxlayırdılar. Daha da geriyə baxsaq, orta əsrlərə nəzər salanda, Qazax xanlığının da Azərbaycan dövlətləri ilə sabit münasibətləri mövcud idi.

Bütün bunlar sübut edir ki, Azərbaycan öz tarixi boyu Türk dünyasının, o cümlədən Mərkəzi Asiyanın mədəni məkanının ayrılmaz hissəsi olub. Buna görə də Azərbaycanın Məşvərət Görüşünə bərabərhüquqlu iştirakçı kimi qəbul edilməsi tamamilə məntiqli əsaslara söykənir və fikrimcə, bu formata daxil edilməsi tamamilə qanunauyğundur. Bu, əslində, qaçılmazdır, çünki dövlətlərimizin inteqrasiya prosesləri yalnız güclənir.

– Azərbaycanın bu formata qoşulması Mərkəzi Asiya ölkələri üçün hansı iqtisadi və logistika imkanlarını açır?

– Əslində, imkanlar olduqca genişdir. Ticarət münasibətlərimizə nəzər salsaq görərik ki, onlar çox dinamik şəkildə inkişaf edir. Həm Azərbaycan, həm Qazaxıstan, həm də bütövlükdə region üçün daha da artım potensialı yüksəkdir. İqtisadi əlaqələrimiz daha genişmiqyaslı və səmərəli ola bilər. Əməkdaşlığın genişlənməsi prosesi artıq gedir və getdikcə güclənir.

Bunu rəqəmlər də göstərir, tendensiya müsbətdir, baxmayaraq ki, göstəricilər hələ kifayət qədər yüksək deyil. Bu isə yalnız potensialın nə qədər böyük olduğunu və bu istiqamətlərin inkişaf etdirilməsinin nə qədər vacib olduğunu vurğulayır.

Azərbaycan üçün bu, şübhəsiz, türk qardaş dövlətləri ilə tarixi və mədəni körpü statusunun qorunması deməkdir. Bizim üçün isə Qafqaza və daha geniş bir regiona çıxış deməkdir. Azərbaycan ölkələrimiz üçün Qafqaza açılan əsas lider ölkə və qapıdır. Bütün logistika marşrutlarımız və imkanlarımız yalnız onun vasitəsilə həyata keçirilə bilər.

Bütün bunlar sabit bir Türk kəməri konsepsiyasını daha da gücləndirir. Müasir geosiyasi sarsıntılar və ənənəvi logistika marşrutlarının pozulduğu şəraitdə formalaşmaqda olan, Çin sərhədlərindən başlayıb Qazaxıstan və digər Mərkəzi Asiya ölkələri vasitəsilə Türkiyənin limanlarına uzanan Türk dəhlizi həqiqətən də böyük, dayanıqlı və strateji əhəmiyyətli bir kəmər yaradır.

– Azərbaycanın iştirakı Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) inkişafını necə gücləndirə bilər?

– Şübhəsiz, Azərbaycanın iştirakı beynəlxalq nəqliyyat marşrutlarının inkişafı kontekstində regionun mövqelərini əhəmiyyətli dərəcədə gücləndirir. Mən də məhz bunu demək istəyirəm ki, bu gün faktiki olaraq bu, yeganə sabit logistika dəhlizidir.

– Sizcə, Azərbaycanın formata daxil edilməsi haqqında qərar xalqlarımız arasında mövcud tarixi, mədəni və dil birliyini necə əks etdirir?

– Tarixi, mədəni və dil bağlarına gəldikdə, zənnimcə, burada əlavə sübuta ehtiyac yoxdur. Dediyim kimi, bu bağlar əsrlər boyu mövcuddur. Yalnız XX əsrdə, türk dövlətlərinin yaşadığı müəyyən sarsıntılar dövründə bu proses zəifləmişdi. Bu gün isə o, yenidən fəal şəkildə bərpa olunur və bu, açıq-aydın görünür. Belə ki, vətəndaşlarımızın çoxu Azərbaycanı ziyarət edir, mən də ölkəmizdə tez-tez azərbaycanlı vətəndaşlara rast gəlirəm. Bu, əlbəttə, sevindiricidir. Qarşılıqlı yaxınlaşma yalnız güclənir və bunun üçün tarixi zəmin çoxdan mövcuddur.

Dillər arasındakı fərqlər minimaldır. Mən Azərbaycanda olarkən artıq üçüncü-dördüncü gündə Azərbaycan xəbərlərini başa düşməyə başlamışdım, çünki türk dilləri bir-birlərinə son dərəcə yaxındır. Üstəlik, mentalitet də çox oxşardır. Biz regionu yenidən kəşf edirik və əminəm ki, azərbaycanlı vətəndaşlar üçün də bu, çox müsbət təcrübə olacaq.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Noyabr 2025 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see230

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see227

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see190

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see177

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see167

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see167

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see157

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see156

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see156

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see146

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see146

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see143

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see141

ABŞ qüvvələrindən qaçan Venesuela tankerinin üzərində Rusiya bayrağı..?

31 Dekabr 2025 20:19see138

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see137

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see135

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see134

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see132

Amazon arıları dünyada qanuni hüquqları olan ilk həşərat oldular

31 Dekabr 2025 21:46see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri