Icma.az
close
up
RU
Menu

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

Birbank ın bu xidməti niyə işləmir?

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

Qızılın bahalaşması davam edir

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

Tramp: Venesuela əməliyyatı Çinlə münasibətləri pisləşdirməyəcək

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

Azərbaycanın Mərkəzi Asiyada rolu və regional inteqrasiyaya töhfələri MÜSAHİBƏ

Azərbaycanın Mərkəzi Asiyada rolu və regional inteqrasiyaya töhfələri MÜSAHİBƏ

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 21 noyabr, Elmir Səftərov, AZƏRTAC

Gürcüstan Texniki Universitetinin Beynəlxalq münasibətlər üzrə professoru Valeri Modebadze AZƏRTAC-ın suallarını cavablandırıb.

-Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tamhüquqlu iştirakçısı kimi qəbul edilməsi regional ticarət əlaqələrinin inkişafına necə töhfə verə bilər?

-Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü üzv ölkələr arasında dialoqu və əməkdaşlığı təşviq edən regional forumdur. Bu təşkilat Mərkəzi Asiya ölkələrinin liderləri tərəfindən regional məsələlərin müzakirəsi və həlli, eləcə də müxtəlif sahələrdə (siyasət, iqtisadiyyat, təhlükəsizlik, mədəniyyət) sıx əlaqələrin qurulması üçün istifadə olunan platformadır.

Azərbaycan üçün tarixi əhəmiyyət kəsb edən son Məşvərət Görüşü bu il noyabrın 16-da Daşkənd şəhərində keçirilib. Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşünün tamhüquqlu üzvünə çevrilib. Görüş zamanı birgə bəyannamə qəbul edilib, regional təhlükəsizlik konsepsiyası hazırlanıb və Azərbaycanın bu formata üzvlüyü rəsmiləşdirilib. Yeddinci Məşvərət Görüşündə, həmçinin üzv dövlətlər arasında iqtisadi və ticarət əməkdaşlığının dərinləşdirilməsi, vahid investisiya məkanının yaradılması və birgə elektron ticarət platformalarının inkişaf etdirilməsi qərara alınıb.

Azərbaycanın tamhüquqlu üzv kimi regional biznes assosiasiyasının inkişafında mühüm rol oynaya bilməsi bir sıra strateji üstünlüklərlə bağlıdır. Ölkə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) əsas iştirakçılarından biri olaraq bu dəhlizin formalaşması və genişləndirilməsində xüsusi əhəmiyyət kəsb edir. Bunun üçün böyük maliyyə resursları və sıx əməkdaşlıq tələb olunur. Mərkəzi Asiya dövlətləri ilə tərəfdaşlıq çərçivəsində Azərbaycan iri infrastruktur layihələrinin - limanların, dəmir yollarının və avtomobil yollarının tikintisi və modernləşdirilməsi prosesində fəal rol oynaya bilər. Bu cür təşəbbüslər Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında ticarət dövriyyəsinin artmasına ciddi töhfə verəcək. Bundan əlavə, Azərbaycan ticarət prosedurlarının sadələşdirilməsi sahəsində də əhəmiyyətli addımlar ata bilər. Standartlaşdırılmış tariflərin tətbiqi, gömrük nəzarətinin elektronlaşdırılması və inteqrasiya olunmuş logistika xidmətlərinin inkişafı bölgədə ticarət və kommersiya fəaliyyətlərini daha da asanlaşdıracaq.

Azərbaycan öz təcrübə və resurslarından istifadə edərək Mərkəzi Asiya ölkələri ilə birgə iqtisadi layihələr həyata keçirə bilər. Birgə səylər nəticəsində rəqəmsal infrastrukturun qurulması və inkişafı mümkün olacaq. Vahid rəqəmsal məkanın formalaşdırılması transsərhəd ticarəti və kommersiya əlaqələrini əhəmiyyətli dərəcədə sadələşdirəcək. Azərbaycan Avropa ölkələri ilə enerji sahəsində əməkdaşlığını genişləndirərək Mərkəzi Asiya üçün Avropaya çıxış körpüsü rolunu gücləndirə bilər. Bu, xüsusilə Mərkəzi Asiya ölkələrinin şirkətlərinə Azərbaycan ərazisindən istifadə etməklə məhsullarını Avropa bazarlarına daha sürətlə və etibarlı şəkildə ixrac etmək imkanı yaradır. Eyni zamanda, Azərbaycan Mərkəzi Asiya biznes strukturları ilə Avropa tərəfdaşları arasında dialoqun qurulması və koordinasiyasında da mühüm vasitəçi kimi çıxış edə bilər. Bundan başqa, Azərbaycan yaşıl enerji təşəbbüslərində də əhəmiyyətli rol oynaya bilər. Ölkənin həyata keçirdiyi layihələr nəticəsində yaşıl enerji dəhlizlərinin formalaşdırılması, o cümlədən Günəş və külək enerjisinin Avropaya ötürülməsi mümkün ola bilər. Bu isə regionda enerji təhlükəsizliyinin gücləndirilməsinə və ekoloji davamlılığın təşviqinə mühüm töhfə verəcək.

-Bu status Azərbaycan ilə Mərkəzi Asiya arasında iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi üçün hansı imkanları təqdim edir?

-Ticarət və iqtisadi əlaqələrin, xüsusilə enerji sahəsində əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaranır. Azərbaycan və Mərkəzi Asiya ölkələri Transxəzər neft və qaz kəmərlərinin tikintisi üçün maliyyə və insan resurslarını səfərbər edə bilər. Transxəzər qaz və neft kəmərlərinin tikintisi mürəkkəb və resurs tələb edən prosesdir. Bu kəmərlər Azərbaycan ərazisindən keçərək Avropaya böyük həcmdə enerji resurslarının nəqlinə imkan verəcək. Layihənin uğurla həyata keçirilməsi həm Mərkəzi Asiya ölkələrinə, həm də Azərbaycana ciddi iqtisadi gəlir qazandıracaq və Azərbaycanı Qafqazın enerji və logistika mərkəzinə çevirəcək.

- Azərbaycanın Mərkəzi Asiya ilə siyasi və strateji əməkdaşlıq perspektivində hansı rolu ola bilər?

- Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə tamhüquqlu üzv kimi qoşulması regional siyasi və strateji əməkdaşlığın dərinləşdirilməsinə mühüm töhfə verə bilər. Bu potensial, ilk növbədə, ölkənin strateji coğrafi mövqeyi, zəngin enerji ehtiyatları və balanslaşdırılmış xarici siyasəti ilə bağlıdır. Azərbaycan Avropa ilə Mərkəzi Asiya arasında ən qısa quru marşrutunu təmin edən mühüm tranzit məntəqələrindən biri kimi enerji və nəqliyyat axınlarının əlaqələndirilməsində strateji rol oynaya bilər. Azərbaycan, həmçinin Mərkəzi Asiya və Cənubi Qafqaz regionları arasında inteqrasiyanın gücləndirilməsinə dəstək verərək vahid iqtisadi məkanın yaradılmasına təkan verə bilər. Bu cür inteqrasiya daha geniş, rəqabətqabiliyyətli və cəlbedici regional bazarın formalaşmasına imkan yaradacaq.

Təhlükəsizlik sahəsində Azərbaycan terrorizm, ekstremizm və transmilli cinayətkarlıqla mübarizədə birgə səylərin gücləndirilməsinə töhfə vermək imkanına malikdir. Enerji infrastrukturlarının qorunması üçün təhlükəsizlik əməkdaşlığının genişləndirilməsi, sərhəd və kibertəhlükəsizlik sahəsində təcrübə mübadiləsi region üçün xüsusi əhəmiyyət daşıyır. Bununla yanaşı, Azərbaycan Mərkəzi Asiya ölkələrinin silahlı qüvvələrinin modernləşdirilməsi, hərbi kadrların hazırlanması və birgə təlimlərin təşkili istiqamətində də dəstək göstərə bilər. Enerji əməkdaşlığı sahəsində isə Azərbaycan Avropa ölkələri ilə uzunmüddətli tərəfdaşlıq təcrübəsini Mərkəzi Asiya ilə bölüşərək onların Avropa bazarlarına çıxış imkanlarını genişləndirə və regional enerji inteqrasiyasını gücləndirə bilər. Bu, həm də Mərkəzi Asiya ölkələrinin enerji ixrac marşrutlarını şaxələndirməsinə və daha dayanıqlı enerji əməkdaşlığı qurmasına şərait yaradacaq.

-Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığının gələcəkdə nəqliyyat, logistika və enerji layihələrinə mümkün təsiri nə ola bilər?

-Birgə nəqliyyat, logistika və enerji layihələrinin uğurla həyata keçirilməsi üçün Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri arasında sıx əməkdaşlıq zəruridir. Bu baxımdan Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsi və Trans-Əfqan dəmir yolu xüsusi strateji əhəmiyyət daşıyır. Bu layihələr “Bir kəmər, bir yol” təşəbbüsünün mühüm hissəsidir və regionlararası əlaqələrin möhkəmlənməsinə xidmət edir.

Orta Dəhlizin inkişafı və onun ötürücülük qabiliyyətinin artırılması region ölkələri arasında koordinasiyalı fəaliyyət və birgə resursların səfərbər olunmasını tələb edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Noyabr 2025 16:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see394

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see226

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see203

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see178

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see173

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see155

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see150

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see147

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see145

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see145

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see144

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see140

Tramp: Venesuela əməliyyatı Çinlə münasibətləri pisləşdirməyəcək

05 Yanvar 2026 09:58see139

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see137

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see136

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see136

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see135

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

05 Yanvar 2026 13:46see133

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri