Icma.az
close
up
RU
Azərbaycanın Mərkəzi Asiyada artan statusu Cənubi Qafqazda yeni bir geosiyasi balans yaradır Politoloq rəyi

Azərbaycanın Mərkəzi Asiyada artan statusu Cənubi Qafqazda yeni bir geosiyasi balans yaradır Politoloq rəyi

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 21 noyabr, Elmir Səftərov, AZƏRTAC

Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər artıq klassik diplomatiya sərhədlərini aşaraq strateji inteqrasiya mərhələsinə daxil olub. Bu yaxınlaşmanın əsasını üç ana xətt təşkil edir: enerji, nəqliyyat-dəhliz siyasətləri və iqtisadi inteqrasiya. Enerji sahəsində Azərbaycan həm Xəzərdəki hidrokarbon potensialı, həm də son illərdə sürətlə böyüyən yaşıl enerji layihələri ilə Mərkəzi Asiya dövlətləri üçün təbii tərəfdaşa çevrilib. Qazaxıstanın və Türkmənistanın Avropaya çıxmaq istəyən enerji strategiyasında Bakı artıq bir “keçid nöqtəsi” deyil, “strateji mərkəz” kimi mövqe qazanır.

Nəqliyyat sahəsində isə Orta Dəhlizin genişlənməsi, Zəngəzur dəhlizinin (TRIPP) real fəaliyyəti və Bakı–Aktau–Türkmənbaşı üçbucağı Türk dünyasını fiziki olaraq birləşdirən ən kritik arteriyalardır. Bu dəhlizlər Çindən Avropaya uzanan böyük ticarət xətlərinin Türk dünyası üzərindən yenidən formalaşmasına imkan yaradır.

Bunlara əlavə olaraq müdafiə, kibertəhlükəsizlik, kənd təsərrüfatı, rəqəmsallaşma və mədəni əlaqələr də sürətlə inkişaf edir. Əslində bu gün formalaşan mənzərə türk dövlətlərinin son strateji hədəfi olan ortaq bazar-ortaq enerji sahəsi-ortaq təhlükəsizlik çərçivəsi üçlüyünün təməl daşlarının qoyulduğunu göstərir. Yəni, bu birliyin adı təkcə “əməkdaşlıq” deyil, Türk dünyasının yenidən geosiyasi doğuşudur.

Bu sözləri AZƏRTAC-a açıqlamasında türkiyəli politoloq Nur Tuğba Aktay söyləyib.

Politoloq bildirib ki, Azərbaycanın Daşkənddə keçirilən toplantıda əldə etdiyi “tamhüquqlu iştirakı” statusu diplomatik jestdən qat-qat artıq məna daşıyır. Bu status Azərbaycanın artıq Mərkəzi Asiya əməkdaşlıq memarlığının formalaşdırılmasında bərabər söz hüququna sahib olduğunu və qərar qəbuletmə proseslərinin təbii tərəfdaşına çevrildiyini göstərir: “Bu qərar Türk dünyasının tarixi və mədəni inteqrasiya prosesinin siyasi təsdiqi kimi qiymətləndirilməlidir. Postsovet dövrdə türkdilli dövlətlər arasında tədricən görünməz divarlar yaranmışdı. İndi isə bu divarlar sürətlə aradan qalxır. Azərbaycanın bu formata tam üzv kimi qəbul edilməsi türk dövlətlərinin təkcə mənəvi coğrafiyada deyil, institusional strukturlarda da birləşməyə başladığını nümayiş etdirir. Azərbaycan artıq Mərkəzi Asiyada kənardan gələn dost ölkə deyil, bu ailənin əsas dövlətlərindən biridir. Bu, Türk dünyasının strateji gələcəyi baxımından yeni bir mərhələnin başlanğıcıdır”.

N.T.Aktay qeyd edib ki, yeni statusla birlikdə Azərbaycan təkcə liderlər səviyyəsində keçirilən görüşlərə deyil, bu formatın bütün institusional mexanizmlərinə müntəzəm və bərabər əsasda qatılacaq. Energetika nazirlərinin görüşləri, nəqliyyat və infrastruktur platformaları, iqtisadiyyat və sənaye komissiyaları, rəqəmsal təhlükəsizlik üzrə işçi qrupları və kənd təsərrüfatı forumları artıq Azərbaycanın təbii iştirak sahələrinə çevrilir. Bu, yalnız texniki genişlənmə deyil, həmçinin Türk dünyasının qərar mexanizmlərinin institusional inteqrasiya prosesidir. Xüsusilə 2026-cı ildən etibarən planlaşdırılan “Azərbaycan + Mərkəzi Asiya” mövzulu yeni yüksək səviyyəli formatlar Bakının artıq regional oyun planının mərkəzində yer aldığını göstərir.

Türk dövlətləri artıq bir-biri ilə dövri “ziyarət diplomatiyası” deyil, davamlı və institusionallaşmış qərar mexanizmləri üzərindən işləyəcək. Azərbaycan bu prosesin tam mərkəzində mövqe tutub. Azərbaycanın Mərkəzi Asiya formatında artan statusu Cənubi Qafqazda yeni bir geosiyasi balans yaradır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Noyabr 2025 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see433

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see215

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see205

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see179

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see168

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see164

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see160

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see158

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see150

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see148

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see146

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see143

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see142

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see136

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see135

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri