Icma.az
close
up
RU
Azərbaycanın mina problemi BMTnin Cenevrə ofisində müzakirə olundu VİDEO Yeni Çağ Media

Azərbaycanın mina problemi BMTnin Cenevrə ofisində müzakirə olundu VİDEO Yeni Çağ Media

Icma.az, Yenicag saytına istinadən bildirir.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşkilatçılığı ilə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının (OHCHR) 2024-cü il Sosial Forumu çərçivəsində “İnkişaf naminə minalardan təmizləmə” adlı yan tədbir keçirilib.

Yenicag.az xəbər verir ki, 40-dan çox beynəlxalq təşkilat və hökumət nümayəndəsinin qatıldığı tədbirdə minaların və Müharibənin Partlamamış Qalıqlarının (MPQ) səbəb olduğu qlobal böhranın həlli üzrə məsələlər, mina probleminin 18-ci Dayanıqlı İnkişaf Məqsədi (DİM) kimi qəbul edilməsi təşəbbüsü, minaların insan hüquqlarına və insanların sosial-iqtisadi həyatına təsiri məsələləri müzakirə olunub.

BAMF-in prezidenti Umud Mirzəyev tədbirdə çıxış edərək Forumun fəaliyyəti və Azərbaycanın mina probleminin ciddiliyi haqqında danışıb, dövlət rəhbərlərini, beynəlxalq təşkilatları və vətəndaş cəmiyyəti qurumlarını mina probleminin həllini davamlı inkişaf kontekstində prioritet kimi qəbul etməyə, bu istiqamətdə 18-ci DİM təşəbbüsünü dəstəkləməyə, minalara “yox” deməyə çağırıb.

Sonra tədbir iştirakçılarına “DİM18 niyə vacibdir?” adlı videotəqdimat nümayiş etdirilib. Minalarla bağlı kampaniyaya dəstək xarakterli müxtəlif çağırışların yer aldığı videoda mina probleminin statistik aktuallığı da öz əksini tapıb.

Tədbirin moderatoru – Cenevrə Geostrateji Araşdırmalar Mərkəzinin Baş Katib müavini Ventzlav Sabev mina aksiyası proqramında çalışan panelistləri təqdim etdikdən sonra panel müzakirələri açıq elan olunub.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Beynəlxalq Əlaqələr şöbəsinin direktor müavini Nəriman Qasımov çıxışında ANAMA-nın gücləndirilmiş fəaliyyəti ilə bağlı əsas istiqamətlər və Azərbaycanın minatəmizləmə statistikası barədə məlumat verib, xüsusilə 2020-ci ilin noyabrından indiyədək baş verən mina insidentlərini və mina qurbanlarının sayının çoxluğunu vurğulayıb.

Sonra Beynəlxalq Hüquq və İnkişaf İnstitutunun (IRDG) idarə heyəti üzvü Nidal Səlim, Piyadaəleyhinə Mina Qadağası Konvensiyasının İcra Dəstəyi Bölməsinin direktoru Xuan Karlos Ruan, Beynəlxalq Minaların Qadağan Edilməsi Kampaniyası (ICBL) nümayəndəsi Kasia Derlicka, kampaniyanın Azərbaycan üzrə rəhbəri Hafiz Səfixanov, Humanitar Minatəmizləmə üzrə Cenevrə Beynəlxalq Mərkəzinin (GICHD) Proqram Əməkdaşı Beatris Presutti və Nüvə Silahlarının Ləğv Edilməsi üzrə Beynəlxalq Kampaniyanın (ICAN) Tərəfdaşlıq üzrə mütəxəssisi Floryan Eblenkamp  və digərləri çıxış ediblər.

Çıxış edənləri guya yalan məlumatlar verməkdə günahlandıran Ermənistanın Cenevrədəki BMT və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyinin birinci katibi Hambardzum Minasyan mina məsələsində ölkəsinin günahsız olduğunu və 2021-ci ildə Azərbaycana mina xəritələrinin təqdim edildiyini bildirib.

BAMF-in prezidenti Umud Mirzəyev ittihamlara cavab olaraq müzakirələr zamanı səsləndirilən fikirlərin faktlara əsaslandığını və reallıqları əks etdirdiyini vurğulayıb, minadan zərər çəkən şəxslərin portretlərini göstərərək onların Ermənistanın basdırdığı minaların qurbanı olduqlarını və özünün yaşadığı evin də Ermənistan silahlı qüvvələri tərəfindən dağıdıldığını diqqətə çatdırıb. Həmçinin qeyd edib ki, Ermənistanın mina xəritələri adı ilə verdiyi materiallardakı informasiyaların 80%-i saxta çıxıb.

Yan tədbir BAMF-in Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirdiyi “Minasız dünya təşəbbüsü – BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 18-ci məqsədi kimi” adlı layihə çərçivəsində baş tutub.

www.yenicag.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:149
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 06 Noyabr 2024 15:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri