Icma.az
close
up
RU
Azərbaycanın mina problemi BMTnin Cenevrə ofisində müzakirə olundu VİDEO Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Azərbaycanın mina problemi BMTnin Cenevrə ofisində müzakirə olundu VİDEO Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Icma.az, Azxeber.com saytına istinadən bildirir.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşkilatçılığı ilə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının (OHCHR) 2024-cü il Sosial Forumu çərçivəsində "İnkişaf naminə minalardan təmizləmə” adlı yan tədbir keçirilib.

40-dan çox beynəlxalq təşkilat və hökumət nümayəndəsinin qatıldığı tədbirdə minaların və Müharibənin Partlamamış Qalıqlarının (MPQ) səbəb olduğu qlobal böhranın həlli üzrə məsələlər, mina probleminin 18-ci Dayanıqlı İnkişaf Məqsədi (DİM) kimi qəbul edilməsi təşəbbüsü, minaların insan hüquqlarına və insanların sosial-iqtisadi həyatına təsiri məsələləri müzakirə olunub.

BAMF-in prezidenti Umud Mirzəyev tədbirdə çıxış edərək Forumun fəaliyyəti və Azərbaycanın mina probleminin ciddiliyi haqqında danışıb, dövlət rəhbərlərini, beynəlxalq təşkilatları və vətəndaş cəmiyyəti qurumlarını mina probleminin həllini davamlı inkişaf kontekstində prioritet kimi qəbul etməyə, bu istiqamətdə 18-ci DİM təşəbbüsünü dəstəkləməyə, minalara "yox” deməyə çağırıb.

Sonra tədbir iştirakçılarına "DİM18 niyə vacibdir?” adlı videotəqdimat nümayiş etdirilib. Minalarla bağlı kampaniyaya dəstək xarakterli müxtəlif çağırışların yer aldığı videoda mina probleminin statistik aktuallığı da öz əksini tapıb.

Tədbirin moderatoru - Cenevrə Geostrateji Araşdırmalar Mərkəzinin Baş Katib müavini Ventzlav Sabev mina aksiyası proqramında çalışan panelistləri təqdim etdikdən sonra panel müzakirələri açıq elan olunub.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Beynəlxalq Əlaqələr şöbəsinin direktor müavini Nəriman Qasımov çıxışında ANAMA-nın gücləndirilmiş fəaliyyəti ilə bağlı əsas istiqamətlər və Azərbaycanın minatəmizləmə statistikası barədə məlumat verib, xüsusilə 2020-ci ilin noyabrından indiyədək baş verən mina insidentlərini və mina qurbanlarının sayının çoxluğunu vurğulayıb.

Sonra Beynəlxalq Hüquq və İnkişaf İnstitutunun (IRDG) idarə heyəti üzvü Nidal Səlim, Piyadaəleyhinə Mina Qadağası Konvensiyasının İcra Dəstəyi Bölməsinin direktoru Xuan Karlos Ruan, Beynəlxalq Minaların Qadağan Edilməsi Kampaniyası (ICBL) nümayəndəsi Kasia Derlicka, kampaniyanın Azərbaycan üzrə rəhbəri Hafiz Səfixanov, Humanitar Minatəmizləmə üzrə Cenevrə Beynəlxalq Mərkəzinin (GICHD) Proqram Əməkdaşı Beatris Presutti və Nüvə Silahlarının Ləğv Edilməsi üzrə Beynəlxalq Kampaniyanın (ICAN) Tərəfdaşlıq üzrə mütəxəssisi Floryan Eblenkamp  və digərləri çıxış ediblər.

Çıxış edənləri guya yalan məlumatlar verməkdə günahlandıran Ermənistanın Cenevrədəki BMT və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyinin birinci katibi Hambardzum Minasyan mina məsələsində ölkəsinin günahsız olduğunu və 2021-ci ildə Azərbaycana mina xəritələrinin təqdim edildiyini bildirib.

BAMF-in prezidenti Umud Mirzəyev ittihamlara cavab olaraq müzakirələr zamanı səsləndirilən fikirlərin faktlara əsaslandığını və reallıqları əks etdirdiyini vurğulayıb, minadan zərər çəkən şəxslərin portretlərini göstərərək onların Ermənistanın basdırdığı minaların qurbanı olduqlarını və özünün yaşadığı evin də Ermənistan silahlı qüvvələri tərəfindən dağıdıldığını diqqətə çatdırıb. Həmçinin qeyd edib ki, Ermənistanın mina xəritələri adı ilə verdiyi materiallardakı informasiyaların 80%-i saxta çıxıb. 

Yan tədbir BAMF-in Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirdiyi "Minasız dünya təşəbbüsü - BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 18-ci məqsədi kimi" adlı layihə çərçivəsində baş tutub.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 06 Noyabr 2024 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri