Azərbaycanın MMA döyüşçüsü: Bayrağımızı beynəlxalq arenada qaldırdığım üçün qürur duyuram
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 13 sentyabr, AZƏRTAC
Ölkəmizin bayrağını beynəlxalq arenada qaldırdığım üçün özümlə fəxr edirəm.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Qazaxıstanın Çimkənd şəhərində keçirilən "Alash Pride FC 111" MMA turnirində qələbə qazanan Azərbaycan idmançısı Ruslan Tağıyev deyib.
77 kiloqram çəki dərəcəsində çıxış edən döyüşçü güclü rəqiblə qarşılaşdığını bildirib: “Tacikistanlı rəqibim Nurex Raxmonovun da mənim kimi karyerasında məğlubiyyəti olmamışdı. Ona görə mənim üçün çox çətin idi. Qalib gələcəyimə əmin deyildim. Bir qədər həyəcan da var idi. Şükürlər olsun ki, qələbə qazandım”.
“Neftçi” klubunun təmsilçisi qarşıdakı hədəflərindən də danışıb: “Növbəti döyüşüm noyabr ayında Avropada olacaq. Nəticənin necə olacağını indidən demək çətindir. Ümid edirəm ki, oradan da Vətənə qələbə ilə qayıdaram”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 13 Sentyabr 2025 17:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















