Icma.az
close
up
RU
Vüqar Rəhimzadə: Güclü, qüdrətli Azərbaycana qarşı yönələn istənilən məkrli plan iflasa məhkumdur

Vüqar Rəhimzadə: Güclü, qüdrətli Azərbaycana qarşı yönələn istənilən məkrli plan iflasa məhkumdur

Xalqcebhesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Radikal müxalifətin və ölkəmizin əleyhinə fəaliyyət göstərən dairələrin 44 günlük Vətən müharibəsi və tarixi Zəfərimizdən keçən beş il müddətində ölkəmizin maraqlarına qarşı bədnam əməlləri sosial media platformaları üzərində davam edir. Radikal müxalifət yenə də öz ampluasında olaraq xalqın, dövlətin deyil, ölkəmizin güclənməsini, qüdrətlənməsini istəməyən dairələrin maraqlarına xidmət edir. Anti-Azərbaycan dairələrin sifarişlərini yerinə yetirən “sapı özümüzdən olan” radikal müxalifət dövlətimizin əleyhinə fəaliyyəti saxta “demokratiya” pərdəsi ilə manipulasiya etməyə çalışırlar. Bu üzüqara işdə “fəal” olan və vaxtilə öz liderinə xəyanət edən AXCP sədri kərimov əlinin xəmiri xəyanətlə yoğrulduğundan bu mərəzindən heç cür vaz keçə bilmir. Ölkəmizin heç bir uğurunu, qələbəsini həzm edə bilməyən kərimov əli üçün Azərbaycana qarşı mübarizə həyat amalına çevrilib. Hər fürsətdə anti-Azərbaycan dairələrin tezislərini, sifarişlərini bu işdə onun şəriki olan antimilli ünsür qənimət zahidin “YouTube” kanalında səsləndirən kərimov əli nə qədər cılız duruma düşdüyünün fərqində deyil. Bəlkə də fərqindədir. Amma xəyanətlə nəfəs aldığından dövlətə, onun maraqlarına qarşı mübarizədən utanmır. Bu xəyanətkar mövqeyinə görə xalqın gözündən o qədər düşüb ki, sosial media platformasından başqa bir yerdə söz deməyə, xəyanətini pərdələdiyi manipulyasiyalarını sırımağa başqa yeri qalmayıb. Xalqımız onu da, şəriklərini də, sifarişlərini yerinə yetirdiyi dairələri də yaxşı tanıyır. Hər fürsətdə ölkəmizdəki ictimai-siyasi sabitliyə, əmin-amanlığa kölgə salmağa çalışan qondarma “Milli Şura”nın qondarma rəhbəri olan cəmil həsənli, fuad qəhrəmanlı, qənimət zahid, sevinc osmanqızı və bu kimi xəyanətkarlar ölkəmizin əleyhinə nə qədər yalan, böhtan kampaniyaları aparsalar da öz çirkin məqsədlərinə nail ola bilmirlər. Çünki xalqımız onları yaxşı tanıyır.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, tarixi Qələbəmizə, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunmasına sevinə bilməyənlərin xalqımızın gözündə heç bir qəpiklik də dəyəri yoxdur. Onlar nə tarixi Zəfərimizi, nə dövlətimizin gücünü, nə də həyata keçirilən uğurlu siyasəti həzm edə bilmirlər. Bu səbəbdəndir ki, Azərbaycanın şərtlərinin qəbul olunduğu sülh müqaviləsinə, Zəngəzur dəhlizinə qarşı çıxırlar. Ümumiyyətlə, ölkəmizin maraqlarına nə uyğundursa, mütləq şəkildə ona qarşı çıxırlar. Bu üzdəniraqlar o qədər marginallaşıb, zombiləşiblər ki, elementar tənqidə belə dözüm göstərə bilmirlər. Sosial media platformasında onların ünvanına adi tənqid səslənən kimi iç üzlərini, əsl riyakar simalarını ortaya qoyurlar. Bəs, harada qaldı söz, fikir azadlığı, tənqidə dözümlülük? Tənqidə dözümlülük göstərə bilmirlər, çünki fəaliyyətlərinin əsasında pozuculuq və avantüra dayanır.

Vüqar Rəhimzadə vurğulayıb ki, istər ölkə daxilində, istərsə də müxtəlif ölkələrdə mühacir adı ilə məskunlaşan anti-milli ünsürlərin sosial media platformaları üzərində həyata keçirdikləri yalan, böhtan kampaniyasının tezisləri onların eyni mərkəzdən və ya mərkəzlərdən idarə olunduqlarını təsdiq edir. Erməni lobbisi və Azərbaycanın müstəqil siyasətini həzm edə bilməyən dairələrin pərdə arxasından idarə etdikləri bu qaragüruhçuların bütün fəaliyyətləri ölkəmizin maraqlarına qarşı yönəlib. Müstəqil siyasət həyata keçirərək, beynəlxalq münasibətlər sistemində nüfuzu, qlobal proseslərə təsir imkanları artan güclü, qüdrətli Azərbaycan həmin dairələrin maraqlarına uyğun deyil. Ona görə də öz çirkin niyyətlərini reallaşdırmaq üçün məlum antimilli ünsürlərdən istifadə edirlər. Amma ölkəmizə qarşı həyata keçirilən bu anti-milli fəaliyyət heç bir halda uğur qazana bilməz. Çünki bu ünsürlərin təbliğat kampaniyaları yalan, böhtan, qarayaxma üzərində qurulub. Güclü, qüdrətli Azərbaycana qarşı yönələn istənilən məkrli plan iflasa məhkumdur. Çünki ölkəmizdə mövcud olan xalq-iqtidar birliyi, xalqa arxalanan Lider dövlətçiliyi qorumağa qadirdir. Ulu Öndərin və Onun layiqli davamçısı Prezident İlham Əliyevin yenilməz siyasi iradəsi nəticəsində indiyədək dövlətimizə və dövlətçiliyimizə qarşı yönələn bütün xəyanətkar planlar ifşa edilmiş və dövlət çevrilişlərinə cəhdlərin qarşısı qətiyyətlə alınmışdır və şübhəsiz ki, bundan sonra da alınacaqdır.

Milli Məclisin deputatı vurğulayıb ki, bu günlərdə Prezident Administrasiyasının sabiq rəhbəri ramiz mehdiyevin dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər, dövlətə xəyanət və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma ittihamları ilə haqqında 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilməsi bunun bariz nümunəsidir. Ramiz mehdiyev də daxil olmaqla Azərbaycan dövlətinə qarşı xəyanət yolunu tutan, onun sabitliyini, təhlükəsizliyini, nüfuzunu özünün xain xislətinə qurban verməyə cəhd edən heç bir şəxs layiq olduğu cəzadan yayına bilməyəcək. Ramiz mehdiyev, kərimov əli və bu kimi xəyanətkarlar qanunun aliliyi, dövlətin ali iradəsi və qətiyyəti qarşısında iflasa məhkumdurlar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:78
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 25 Oktyabr 2025 22:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see242

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see187

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see185

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see183

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see178

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see177

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see171

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see152

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see148

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see146

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see143

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see143

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri