Icma.az
close
up
RU
Azərbaycanın Müstəqillik Günü və Üzeyir Hacıbəylinin 140 illik yubileyi Avstriyanın Forarlberq əyalətində təntənəli şəkildə qeyd olunub

Azərbaycanın Müstəqillik Günü və Üzeyir Hacıbəylinin 140 illik yubileyi Avstriyanın Forarlberq əyalətində təntənəli şəkildə qeyd olunub

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Vyana, 29 may, AZƏRTAC

Avstriyanın ən qərbində yerləşən Forarlberq federal əyalətində Azərbaycanın Müstəqillik Günü və Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə klassik musiqi axşamı və qəbul keçirilib. Tarixi XVI əsrə gedən çatan möhtəşəm Hohenems qəsrində ilk dəfə Azərbaycana həsr olunmuş və milli klassik musiqimizin səsləndiyi tədbir yerli rəsmilər və ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Avstriyadakı səfirliyinin təşkilatçılığı və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilən tədbirdə yerli hökumət və parlament rəsmiləri, iqtisadi dairələrin rəhbər şəxsləri, siyasətçilər, konsullar, yerli ictimaiyyətin təmsilçiləri və soydaşlarımız iştirak ediblər.

Hohenems qəsrinin sahibəsi qrafinya Ştefani Valdburq-Tsayl belə bir möhtəşəm tədbirə ev sahibliyi etməkdən qürur duyduğunu, gələcəkdə də bu regionda Avstriya və Azərbaycan arasında əlaqələrin möhkəmlənməsinə töhfə verəcək işlərin görüləcəyinə ümidvar olduğunu ifadə edib.

Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli əsası 107 il əvvəl qoyulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, fəaliyyət dövrü, qısa zamanda dövlət quruculuğunun müxtəlif sahələri üzrə əldə edilən tarixi nailiyyətlər barədə danışıb. Qeyd edilib ki, ömrü cəmi 23 ay davam etsə də, cümhuriyyətin siyasəti və islahatları dövrünə görə inqilabi idi. Müstəqillik Bəyannaməsindən ilhamlanaraq, həmin dövrdə 230-dan çox əsas qanun qəbul olunub və insan hüquqları və hüquq dövləti prinsiplərinə əsaslanan demokratik, dünyəvi dövlətin təməli qoyulub. Ən önəmlisi, Azərbaycan qadınlara seçki hüququ verən ilk müsəlman ölkəsi oldu – bu, qlobal miqyasda əlamətdar hadisə idi.

Həmçinin qeyd edilib ki, mədəni sahədə də tarixi nailiyyətlər əldə olunub, Azərbaycan dili rəsmi dil elan edilib, milli bayraq və himn qəbul olunub, milli valyuta buraxılıb. Müasir teatr və opera sənətinin yaradılması güclü mədəni oyanışın təzahürü idi. Azərbaycan Xalq Cümhuriyyətinin təşviq etdiyi ideallar və ənənələr bu il 30 illiyini qeyd etdiyimiz Azərbaycan Respublikasının Konstitusiyasında əksini tapıb.

Səfir çıxışında deyib: “Bu gün Azərbaycan tarixində heç vaxt olmadığı qədər güclüdür – fəal cəmiyyət, zəngin mədəni müxtəliflik, qürurverici tarix, dini dözümlülük və inkişaf etmiş siyasi sistem ilə. Biz regionun ən böyük iqtisadiyyatına sahibik və həm coğrafiyamızda, həm də beynəlxalq arenada mühüm rol oynayırıq. Azərbaycan dünyada multikulturalizm, mədəni və dini dialoq sahəsində tanınmış mərkəzlərdən biridir”.

Çıxışda həmçinin diqqətə çatdırılıb ki, bədii hissədə təqdim olunan konsert klassik musiqinin inkişafında mühüm rol oynamış iki görkəmli bəstəkara həsr olunub – bu il Azərbaycan klassik musiqisinin banisi Üzeyir Hacıbəylinin 140 illik və Avstriyanın sevimli bəstəkarı Yohann Ştrausun 200 illik yubileyi keçirilir. Müxtəlif coğrafiyalarda yaşayıb-yaradan bu bəstəkarları klassik musiqinin inkişafına verdikləri əvəzsiz töhfələr birləşdirir.

Məhz bu anlamda da Azərbaycanın dövlət bayramının Avstriyanın tarixi-mədəni inciləri sırasında yer alan Hohenems qəsrində keçirilməsi, musiqi proqramında iki dahi musiqiçinin əsərlərinə geniş yer ayrılması zəngin tarixə və mədəniyyətə malik iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin və mədəni mübadilənin inkişafının daha bir təzahürüdür.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev çıxışında təmsil etdiyi qurumun ölkələrimiz arasında əlaqələrin inkişafına diqqət göstərdiyini, xüsusilə soydaşlarımızın yerli cəmiyyətə inteqrasiyası və onun tam hüquqlu üzvləri olması və tarixi Vətənləri ilə bağlarının qorunub saxlanmasını dəstəklədiyini ifadə edib. Bildirilib ki, bu xüsusda xalqlar arasında anlaşmanı və mədəni mübadiləni ehtiva edən bu kimi tədbirlər yüksək qiymətləndirilməlidir.

Bədii hissədə tanınmış dirijor, professor, Xalq artisti, Əməkdar incəsənət xadimi Yalçın Adıgözəlovun rəhbərliyi ilə “Arpeccione” Kamera Orkestrinin ifasında Azərbaycan və Avropa klassik musiqi incilərindən ibarət proqram təqdim olunub. Konsertdə bəstəkarlar Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Vasif Adıgözəlov və Asəf Zeynallının əsərləri Azərbaycan klassik musiqi sənətinin möhtəşəmliyini bir daha nümayiş etdirib. Avstriyanın Forarlberq federal əyalətində ilk dəfə səsləndirilən Azərbaycan əsərləri tamaşaçılar tərəfindən böyük maraq və sürəkli alqışlarla qarşılanıb.

Konsertdən sonra tədbir iştirakçılarına ziyafət verilib.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 May 2025 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri