Azərbaycanın NATOdakı təmsilçisi slovakiyalı həmkarı ilə Bratislavanın əlaqələndirici səfirlik rolunu müzakirə edib
Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycanın NATO yanında nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə slovakiyalı həmkarı Marek Varqa ilə Mərkəzi Avropa ölkəsinin Bakı üçün NATO-nun əlaqələndirici səfirliyi rolunu müzakirə edib.
Gununsesi.info “Report” -a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın alyansdakı nümayəndəsi sosial şəbəkədə yazıb.
C.Hüseynzadə görüşə isveçli həmkarının da qatıldığını bildirib: “Slovakiyanın NATO-dakı daimi nümayəndəsi səfir Marek Varqa ilə Slovakiyanın Azərbaycan üçün NATO-nun əlaqələndirici səfirliyi rolunu müzakirə etmək üçün İsveçin NATO-dakı daimi nümayəndəsi ilə birlikdə görüşməkdən məmnun oldum”.
“Biz Sülh Naminə Tərəfdaşlıq (SNT) Proqramı çərçivəsində Azərbaycan – NATO tərəfdaşlığı, Azərbaycanın NATO-nun başçılıq etdiyi sülhməramlı əməliyyatlara töhfəsi, enerji təhlükəsizliyinə dəstəyi, Azərbaycanın ev sahibliyi etdiyi COP29-un uğurlu nəticəsi, regional normallaşma prosesinin hazırkı vəziyyəti, həmçinin Azərbaycan – NATO tərəfdaşlığı çərçivəsində əlaqələndirici səfirliyin rolu barədə səmərəli müzakirə apardıq”, – o qeyd edib.
Gununsesi.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 07 Dekabr 2024 00:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















