Icma.az
close
up
RU
Azərbaycanın nümayəndə heyəti Türkiyədə davamlı meyvə və üzüm tinglərinin istehsalı üzrə seminarda iştirak edib

Azərbaycanın nümayəndə heyəti Türkiyədə davamlı meyvə və üzüm tinglərinin istehsalı üzrə seminarda iştirak edib

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 14 oktyabr, AZƏRTAC

Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin, eləcə də özəl sektor nümayəndələrinin iştirakı ilə Türkiyənin Antalya, İzmir, Bursa və Manisa şəhərlərində davamlı meyvə və üzüm tinglərinin istehsalı üzrə silsilə seminarlar keçirilib. Seminarlarda və təşkil olunmuş sahə səfərlərində Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərlinin rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, nümayəndə heyəti seminarlarda iştirak edərək ölkəmizin meyvəçilik və tingçilik sektorunda həyata keçirilən tədbirlər, xüsusilə son dövrlər iqlim dəyişikliyi və təbii resursların azalması fonunda fermerlərin daha səmərəli və innovativ metodlardan istifadəsinin zəruriliyi, meyvəçilikdə müasir texnologiyalar, damcı suvarma sistemləri, torpaq analiz sensorları, genetik seleksiya üsullarının tətbiq edilməsi yolu ilə məhsuldarlığın artırılmasına nail olunması, həmçinin bu sahədə süni intellektin tətbiq olunması barədə tədbir iştirakçılarına məlumat verib.

Tətbiq olunan yeniliklərin fermerlərin işinin asanlaşdırılması, bazarlara daha uzunmüddətli saxlama qabiliyyətinə malik, ekoloji cəhətdən təmiz və keyfiyyətli məhsullar çıxarmağa imkan verməsi, eləcə də tingçilik təsərrüfatlarında klonlaşdırma üsulu ilə virusdan azad bitki çoxaldılması və ting istehsalı barədə məlumat tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Daha sonra nümayəndə heyətinin rəhbəri ilə Türkiyə, Qazaxıstan və Macarıstan nümayəndələri arasında meyvəçilik və tingçilik sektorunda yeni sortların yaradılması, mütərəqqi texnologiyalardan istifadə, bazar tələbləri, bu sahədə dayanıqlı həllər və yeni əməkdaşlıq modelləri ilə bağlı müzakirələr aparılıb.

Səfər çərçivəsində Eğirdir, Manisa və Bursanın meyvəçilik və üzümçülük elmi tədqiqat institutlarında elmi araşdırmalar, intensiv tingçilik təsərrüfatları, müasir texnologiyalarla təchiz olunmuş laboratoriyalar, avtomatlaşdırılmış xüsusi istixana kompleksləri, eləcə də tinglərin adaptasiya məqsədilə köçürüldüyü açıq sahələrlə tanışlıq həyata keçirilib.

Bununla yanaşı, səfər çərçivəsində nümayəndə heyətinin rəsmisi Azad Cəfərli ilə Türkiyənin Kənd Təsərrüfatı və Meşə Nazirliyinin Avropa Birliyi və Xarici Əlaqələr idarəsinin müdiri Fərhad Çolak arasında keçirilmiş məsləhətləşmələr zamanı kənd təsərrüfatı və aqrar tədqiqat sahəsində beynəlxalq müqavilələrin hazırlanması, imzalanmış Niyyət Bəyannamələrinin icrası, aqrar tədqiqat, müasir texnologiyalar, heyvan sağlamlığı və torpaq infrastrukturu sahəsində İşçi qruplarının yaradılması, Kənd Təsərrüfatı İcra Komitəsinin növbəti iclasının keçirilməsi və bununla bağlı protokolun və onun əlavəsi olan Fəaliyyət Planının hazırlanması, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq aspektləri müzakirə edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:110
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Oktyabr 2025 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see196

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see194

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see181

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see178

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see168

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see164

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see163

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see162

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see161

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see157

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see156

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see150

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see147

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see145

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see144

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see141

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see139

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see139

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see137

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri