Icma.az
close
up
RU
Konstitusiya Məhkəməsinin nümayəndə heyəti Türkiyədə simpoziumda iştirak edib

Konstitusiya Məhkəməsinin nümayəndə heyəti Türkiyədə simpoziumda iştirak edib

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 28 aprel, AZƏRTAC

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti Türkiyə Respublikası Konstitusiya Məhkəməsinin sədri Kadir Özkayanın dəvəti ilə həmin ölkənin Konstitusiya Məhkəməsinin 63-cü ildönümü münasibətilə “XXI əsrdə Konstitusiya ədalət mühakiməsinin gələcəyi” mövzusunda keçirilmiş simpoziumda iştirak etmək üçün İstanbul şəhərində olub.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirin rəsmi hissəsində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Dolmabahçe Sarayında iştirakçıları salamlayıb və onlarla xatirə şəkli çəkdirib.

Simpoziumun əvvəlində Türkiyə Respublikası Konstitusiya Məhkəməsinin sədri Kadir Özkaya 34 ölkənin konstitusiya nəzarəti orqanlarının sədrlərini, hakimlərini və digər qonaqların iştirakı ilə keçirilən tədbirdə çıxış edib.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev tədbirdə çıxış edərək hüquq və ədalətin, insan hüquq və azadıqlarının müdafiəsi və konstitusiya prinsiplərinin aliliyinin təmin olunması sahəsində səylərinin davam etdirilməsinə əminliyini bildirib.

Simpoziumun praktiki hissəsində XXI əsrdə konstitusiya ədalət mühakiməsinin gələcəyi, rəqəmsal dövrdə konstitusiya ədalət mühakiməsi, konstitusiya ədalət mühakiməsində yeni çağırışlar və imkanlar, eləcə də digər hüquqi məsələlər üzrə məruzələr dinlənilib və geniş fikir mübadiləsi aparılıb.

Tədbirdə Türk Dünyası Konstitusiya Yurisdiksiyaları Konfransı (TÜRK-AY) Təşkilatına üzv olan ölkələrin Konstitusiya məhkəmələrinin iclasında Təşkilata müvəqqəti sədrlik səlahiyyətləri rəsmi olaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə verilib.

Səfər çərçivəsində xarici ölkələrin konstitusiya nəzarəti orqanlarının sədrləri və hakimləri ilə məhkəmə-hüquq sahəsində fikir mübadiləsi aparılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:162
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Aprel 2025 17:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see473

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see257

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see222

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see206

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see203

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see193

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see189

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see185

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see172

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see166

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see160

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see160

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see159

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see156

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see153

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see151

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see144

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see142

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see137

Hava kəskin soyuyur Bu ərazilərə qar yağacaq

28 Yanvar 2026 07:13see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri