Azərbaycanın nümayəndəsi Filateliya İnkişafı üzrə Dünya Assosiasiyasının prezidenti seçilib EKSKLÜZİV
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 31 oktyabr, AZƏRTAC
Ümumdünya Poçt İttifaqı (ÜPİ) çərçivəsində fəaliyyət göstərən Filateliya İnkişafı üzrə Dünya Assosiasiyasının (World Association for the Development of Philately – WADP) prezidenti və İcraedici Komitəsinin 2026–2029-cu illər üçün üzvləri müəyyən edilib. ÜPİ-nin rəsmi saytında keçirilən onlayn səsvermənin nəticələrinə əsasən, Azərbaycan Filateliya İnkişafı üzrə Dünya Assosiasiyasının prezidenti vəzifəsinə seçilib.
“Azərpoçt” MMC-dən AZƏRTAC-a bildirilib ki, bu beynəlxalq təşkilatda Azərbaycanı “Azərpoçt” MMC-nin markalar şöbəsinin müdiri Sitarə Hüseynova assosiasiyanın prezidenti qismində təmsil edəcək.
Onlayn səsvermə nəticəsində 2026–2029-cu illər üçün WADP İcraedici Komitəsinin tərkibi aşağıdakı kimi formalaşıb: Avropa və MDB - Azərbaycan, Rumıniya; Afrika – Keniya; Ərəb regionu: - Tunis; Asiya-Sakit okean region - Çin, Hindistan; Şimali Amerika və Qərbi Avropa - Belçika, İspaniya; Latın Amerikası və Karib hövzəsi - Çili.
Qeyd edək ki, Azərbaycan Ümumdünya Poçt İttifaqının (ÜPİ) bütün strateji istiqamətlərində fəal şəkildə təmsil olunur və Poçt Əməliyyatları Şurasının (POC) üzvü, işçi qruplarından birinin həmsədri, həmçinin İnzibati Şuranın (CA) da üzvüdür. Növbəti dörd il ərzində Azərbaycan ÜPİ-nin bütün səviyyələrdə fəaliyyətində fəal iştirak etmək, milli maraqları təşviq etmək və ölkəmizin beynəlxalq arenadakı mövqelərini daha da möhkəmləndirmək imkanı əldə edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 31 Oktyabr 2025 15:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















