Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

İsrailə yeni qırıcılar verildi

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Əməkdaşlığın inkişafı: Azərbaycanın dünya birliyinə verəcəyi töhfələr hələ irəlidədi

Əməkdaşlığın inkişafı: Azərbaycanın dünya birliyinə verəcəyi töhfələr hələ irəlidədi

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

6.3.6. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Hər kəsə məlumdur ki, bu gün Azərbaycanda həyata keçirilən siyasətin əsas məqsədlərindən biri də dünya birliyinə inteqrasiya,eyni zamanda beynəlxalq təşkilatlarla münasibətlərin daha da genişləndirilməsi və qarşılıqlı əməkdaşlığa əsaslanan inkişaf platforması formalaşdırmaqdan ibarətdir. Bu kontekstdə ölkəmiz bu gün düyanın aparıcı bir neçə beynəlxalq qurumunda kifayət qədər fəal iştirakı ilə seçilir.

Azərbaycanın beynəlxalq təşkilatlar, o cümlədən BMT ilə əməkdaşlığı bütövlükdə milliliyin inkişaf hədəflərinə uyğun olaraq iqtisadiyyatın formalaşmasına, hədəflərin qurulmasına, qeyri-neft sektorunun inkişaf fəaliyyətinin genişləndirilməsinə təsirsiz ötüşmür. Bu, eyni zamanda Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərində də öz əksini tapıb. Azərbaycanda gedən inteqrasiya proseslərində əldə edilən uğurlar, hər şeydən öncə Heydər Əliyevin fenomenal siyasi lider amilinə əsaslanıb. Bu bir faktdır ki, Azərbaycanın qazandığı uğurların təməlində Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi daxili və xarici siyasət strategiyası dayanır.

Ümummilli lider Heydər Əliyevin başçılığı ilə xarici siyasətimizdə əldə olunan uğurlardan ən böyüyü beynəlxalq ictimai rəyin Azərbaycanın xeyrinə dəyişdirilməsi, Ermənistanın işğalçı dövlət kimi rəsmi sənədlərdə tanıdılması və dünya birliyini Azərbaycanın milli maraqlarına, ərazi bütövlüyünə və müstəqil siyasətinə həssaslıqla yanaşmağa inandıra bilməsi olub. Növbəti dövrlərdə isə Azərbaycan regionda və dünyada dinamik inkişafın lideri kimi tanınır. İnkişaf templərinə görə beynəlxalq reytinq agentliklərinin, ekspertlərinin diqqət mərkəzində olan Azərbaycana bu maraq prezident İlham Əliyevin fəaliyyəti ilə bağlıdır. Bundan başqa, milli mədəniyyətimiz, mənəvi dəyərlərimiz, folklorumuz, milli musiqimiz Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın fəaliyyəti nəticəsində qlobal miqyasda təbliğ olunur.

Xəqani Cəfərli: Azərbaycan cəmiyyətinin faydalana biləcəyi əməkdaşlığın inkişafına ehtiyac var

Ölkəmizin dünya birliyinə inteqrasiyasının əhəmiyyəti ilə bağlı politoloq Xəqani Cəfərli Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Azərbaycanın beynəlxalq münasibətlərdəki yerini və dövlətlərlə münasibətini unikal hesab etmək olar. Rusiyanın Ukraynaya qarşı işğalçılıq müharibəsi dünyanı iki cəbhəyə ayırsa da, Azərbaycan özünəməxsus mövqeyini qoruyub saxlaya bilib.

Onun sözlərinə görə, bu mövqe Ukraynanın suverenliyinin, müstəqilliyinin və ərazi bütövlüyünün dəstəklənməsindən, Rusiya ilə münasibətləri gərginləşdirməkdən yayınmaq siyasətindən ibarətdir ki, Azərbaycanın həyati əhəmiyyətli maraqlarına cavab verir:

"Azərbaycanın həm İsraillə, həm də İsrailin varlığını tanımayan, onunla diplomatik münasibətlər yaratmayan Pakistanla strateji tərəfdaşlıq münasibətlərinə malik olması unikal hal hesab oluna bilər. Bu, Azərbaycana Türkiyə ilə İsrail arasında vasitəçiliyə imkan verir. Azərbaycanın beynəlxalq münasibətlərdə yeri dövlətin ərazisi, əhalisinin sayı və iqtisadi gücü ilə müqayisədə daha üstün mövqedədir. Bu isə Azərbaycanın bütün tərəfdaşları üçün etimadlı tərəfdaş olması ilə bağlıdır. Bu beynəlxalq münasibətlərin hazırkı vəziyyətində çox önəmli məsələdir. Həmçinin Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyində önəmli rol oynamaqla yanaşı, Çinlə yüksək səviyyəli münasibət yarada bilib. Böyük Britaniya ilə sıx əməkdaşlıqla yanaşı, Rusiya ilə də tərəfdaşlıq münasibətləri qorunub saxlanır".

X.Cəfərli vurğulayıb ki, sadalanan hallar ilk növbədə, Azərbaycanın təhlükəsizliyinin təmin olunmasında müstəsna rol oynayır. İkincisi, bu münasibətlər iqtisadi, humanitar və elmi əməkdaşlıqlar üçün imkanlar yaradır.

"Bəşəriyyətin yeni texnoloji əsrə daxil olduğu bir zamanda beynəlxalq münasibətlər, aparıcı dövlətlərlə etimadlı münasibət həyati əhəmiyyət daşıyır. Texnoloji cəhətdən inkişaf etmiş dövlətlərlə etimadlı münasibət olmasa, texnologiyanın paylaşılmasına ümid etmək olmaz. İqtisadi cəhətdən inkişaf etmiş dövlətlə etimadlı münasibət olmasa, sərmayə qoyuluşuna nail olmaq mümkün deyil. Çox nəhəng sərvətlərə, əlverişli coğrafiyaya malik onlarla dövlət var ki, sərmayə və texnologiya cəlb edə bilmir. Bu məqam göstərir ki, müasir dövrdə beynəlxalq münasibətlərdə etimad məsələsi həlledici amilə çevrilib. Azərbaycanın beynəlxalq münasibətlərdəki yeri, ayrı-ayrı dövlətlərlə münasibətləri dövlətin maraqlarını qorumaq və təmin etmək üçün çox münbit şərait yaradıb", - müsahibimiz əlavə edib.

Siyasi şərhçinin fikrincə, Azərbaycan cəmiyyətinin faydalana biləcəyi əməkdaşlığın inkişafına ehtiyac var:

"Məsələn, təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlıq dövlətlərlərarası münasibətlərdən geri qalır. Misal üçün, Azərabycan-İsrail, Azərbaycan-İtaliya münasibətlərinə baxmaq yetərlidir. Strateji sahədə dövlətlərarası münasibətlər yüksək səviyyədə olsa da, bütövlükdə cəmiyyətlərin qarşılıqlı faydalanacağı səviyyədə işbirliyi yoxdur. Cəmiyyətlərarası əlaqələrin inkişafı xüsusilə təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlıq dövlətlərarası münasibətlərin daha güclü təməllər üzərində formalaşmasına səbəb olar. Mədəni və elmi bağlar siyasi bağların davamlılığı üçün önəmli faktordur".

Azər Qasımov: Əməkdaşlıqlar Azərbaycana siyasi dividentlər, beynəlxalq portnyorlara etibarlı tərəfdaş vəd edir

Politoloq Azər Qasımov isə öz növbəsində Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, yeni dünya düzəni Azərbaycanın 44 günlük Qarabağ müharibəsi ilə özünün həlledici məqamına daxil oldu. Bu, əslində güc yolu ilə beynəlxalq qanunların yerinə yetirilməsi prosesi idi və Azərbaycan bunun öhdəsindən layiqincə gəldi. Amma sonrakı proseslər isə güc yolundan imtina və düşmən dövlətlə sülh üçün mübarizə yolu idi ki, bütün dünya birliyi bu yolu bəyəndi və qəbul etdi:

"Regional səviyyədə 3+3 formatı, beynəlxalq nəqliyyat layihələri, beynəlxalq enerji layihələri, Avropa İttifaqı ilə qaz alımı müqaviləsi, son dövrlər yaşıl enerji istehsalı Azərbaycanın strateji əhəmiyyətinin bariz nümunəsi idi. Azərbaycan dünya birliyinə inteqrasiyasını tək iqtisadi layihələr üzərindən deyil, ikitərəfli və beynəlxalq təşkilatlar üzərindən də inkişaf etdirir. Azərbaycanın regional səviyyədə fəaliyyəti artıq Cənubi Qafqaz regionundan kənara çıxaraq Yaxın Şərq regionuna kimi yayılıb. İsrail-Türkiyə, İsrail-Livan, Suriya-İsrail münasibətlərinin tənzimlənməsi Azərbaycanın bilavasitə iştirakı ilə baş verir. Azərbaycan danışıqlar üçün platformaya çevrilir. Məhz bu platforma Azərbaycanın qələbəsi fonunda yaratdığı durumun beynəlxalq siyasətə inikasıdır".

A.Qasımovun sözlərinə görə, Azərbaycan BMT-nin dörd qətnaməsini həyata keçirməklə, Təhlükəsizlik Şurasının verdiyi qərarları hörmətə mindirdi. Əslində 30 ilə yaxın BMT öz qərarlarının həyata keçməsinə hörmət və əməl etməyi Ermənistan kimi kiçik ölkəyə qəbul etdirə bilmirdi. Azərbaycan bunu bacardı. Bununla da BMT-nin TŞ-nın verdiyi qərarların həyata keçirilməsi üçün səbrlə iş aparılmasını bu kimi problemləri olan ölkələrə də başa saldı.

"Azərbaycan İƏT, TDT ilə birlikdə müsəlman dünyasında fəaliyyət yürüdürsə, Aİ ölkələri, ŞƏT ilə əməkdaşlıqla Avropadan Çinə kimi bir çox ölkələrlə qarşılıqlı hörmət daxilində fəaliyyətlərini genişləndirir. Çinlə strateji müttəfiqlik münasibətləri haqda müqavilələr imzalayır. Göründüyü kimi, Azərbaycanın beynəlxalq münasibətləri çoxnövlü və çox vektorludur. Bir-birinə qarşı qütblərlə işləmək bacarığı isə Azərbaycanın dünya siyasi arenasında əsas uğuru kimi qəbul edilir. Hətta bu qütblərin özləri belə bunu xüsusi qabiliyyət tələb edən fəaliyyət kimi dəyərləndirirlər. Qərb mediasında "necə olur ki, bunu Azərbaycan bacarır" deyə açıq şəkildə bildirirlər. Bunu bilavasitə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğuru adlandırırlar. Hesab edirəm ki, Azərbaycanın dünya birliyinə verəcəyi töhfələr hələ irəlidədir", - deyə politoloq vurğulayıb.

Müsahibimiz son olaraq qeyd edib ki, Azərbaycanın potensialı bundan çoxuna qabildir. Əməkdaşlığın inkişafı Azərbaycana beynəlxalq arenada tək iqtisadi qazanc yox, eyni zamanda, siyasi dividentlər vəd edirsə, beynəlxalq portnyorlara etibarlı tərəfdaş vəd edir. Dost və qardaş ölkələrə isə güclü Azərbaycan vəd edir.

Gülşən Şərif

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə hazırlanıb

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 05 İyun 2025 13:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see305

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see210

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see193

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see187

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see177

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see173

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see172

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see164

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see156

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see155

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see153

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see153

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see153

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see150

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see148

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see145

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see141

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see141

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see139

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri