Azərbaycanın patronaj modeli beynəlxalq konqresdə I yerə layiq görülüb
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 30 sentyabr, AZƏRTAC
Türkiyənin Ankara Universiteti və Türkiyə İnkişaf Pediatriyası Dərnəyinin təşkilatçılığı ilə keçirilən 3-cü İnkişaf Pediatriyası Konqresində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) nümayəndələri iştirak ediblər.
TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən AZƏRTAC-a verilən məlumata görə, konqresdə “Azərbaycan Respublikasında Universal Proqressiv Ev Ziyarəti Modelinin Tətbiqi” mövzusunda Respublika Pediatriya Mərkəzinin nəzdindəki Uşaq Bərpa Mərkəzinin həkim-nevroloqu Təranə Seyid-Məmmədova təqdimatla çıxış edib. Təqdimatda hamilə və zahı qadınlara, eləcə də 0-3 yaşlı uşaqlara göstərilən patronaj modelinin inkişafı, ilkin pilot mərhələdən milli səviyyədə genişləndirilməsinə qədər keçdiyi yol, ilkin qiymətləndirmənin nəticələri, eləcə də modelin uşaqların sağlamlığı və erkən inkişafının, ailələrin və hamilə qadınların dəstəklənməsində rolu təqdim olunub.
Təqdimat konqresin “Modellər” kateqoriyasında I yerə layiq görülüb. Bu nəticə TƏBİB tərəfindən ana və uşaq sağlamlığı, eləcə də erkən uşaq inkişafı sahəsində göstərdiyi xidmətlərin və görülən işlərin beynəlxalq elmi platformada təqdim olunması və yüksək qiymətləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Konqres çərçivəsində əldə olunan elmi və peşəkar təcrübənin, eləcə də Azərbaycanda hamilə və zahı qadınlara və 0-3 yaşlı uşaqlara göstərilən patronaj xidmətin 2027-ci ilin dekabr ayında İnkişaf Pediatrları Beynəxalq Assosiasiyasının 7-ci Konqresində təqdim olunması planlaşdırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 30 Sentyabr 2026 15:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















