Icma.az
close
up
RU
Azərbaycanın praqmatik xarici siyasəti dayanıqlı inkişaf, davamlı sabitlik və perspektivli əməkdaşlığa hədəflənib

Azərbaycanın praqmatik xarici siyasəti dayanıqlı inkişaf, davamlı sabitlik və perspektivli əməkdaşlığa hədəflənib

Icma.az, Newscenter.az saytına istinadən bildirir.


Tacikistanın paytaxtı Düşənbədə keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası üzv dövlətlər arasında siyasi dialoqun, iqtisadi əməkdaşlığın və qarşılıqlı etimadın daha da möhkəmlənməsinə xidmət edən mühüm platforma kimi yadda qalıb. Oktyabrın 10-da keçirilən bu mötəbər tədbir regionun gələcək təhlükəsizlik arxitekturası və birgə fəaliyyət istiqamətlərinin müzakirəsi baxımından əlamətdar hadisə olub. Azərbaycanı təmsil edən Prezident İlham Əliyev çıxışında birliyin qarşısında duran vəzifələrə, yeni əməkdaşlıq imkanlarına və humanitar sahədə reallaşan təşəbbüsləri diqqətə çatdırıb.
Müstəqil Dövlətlər Birliyi postsovet məkanında sabitlik, qarşılıqlı anlaşma və tərəfdaşlıq mühitinin qorunmasında mühüm rol oynayır. MDB-nin formalaşmasından ötən illər ərzində bu birlik üzv dövlətlər arasında iqtisadi, siyasi və humanitar əlaqələrin genişlənməsi üçün səmərəli çərçivə yaradıb. Azərbaycanın həmin təşkilatdakı fəallığı, müstəqil dövlət kimi balanslı və konstruktiv siyasət yürütməsi ilə seçilir. Dövlətimizin başçısı Düşənbədəki çıxışında məhz sözügedən istiqamətin davamı olaraq, həm əməkdaşlıq, həm də qarşılıqlı hörmət prinsiplərinə əsaslanan münasibətlərin vacibliyini önə çəkir.
Azərbaycanın MDB çərçivəsində iştirakının əsas məqsədi birliyin iqtisadi və humanitar məkanında qarşılıqlı faydalı əlaqələri dərinləşdirmək, regionda təhlükəsizliyi və dayanıqlı inkişafı təmin etməkdir. Dövlətimiz bütün formatlarda bərabərhüquqlu tərəfdaşlıq, qarşılıqlı maraqların qorunması və regional sabitliyin möhkəmləndirilməsi prinsipinə sadiq qalır.
Prezident İlham Əliyevin çıxışında xüsusi vurğulanan məqamlardan biri Azərbaycan ilə Tacikistan arasında ikitərəfli əlaqələrin dinamik inkişafı olub. Son illərdə iki ölkə arasında siyasi dialoq, iqtisadi əməkdaşlıq və mədəni-humanitar əlaqələr ardıcıl şəkildə genişlənib. Bu münasibətlər qardaşlıq, dostluq və qarşılıqlı etimad prinsiplərinə əsaslanır və böyük potensiala malikdir. Tacikistan ilə Azərbaycan arasında həyata keçirilən layihələr ticarət dövriyyəsinin artırılması, energetika, nəqliyyat və informasiya texnologiyaları sahəsində əməkdaşlığın dərinləşməsi istiqamətində mühüm nəticələr doğurur. Düşənbə görüşü iki dövlət arasında strateji tərəfdaşlıq xəttinin daha da gücləndirilməsi baxımından önəmli mərhələ kimi dəyərləndirilir.
Prezident İlham Əliyev çıxışında Laçın şəhərinin cari il MDB-nin mədəniyyət paytaxtı kimi seçilməsinə dair minnətdarlıq ifadə olunması həm simvolik, həm də siyasi baxımdan əhəmiyyət daşıyır. Dövlətimizin başçısı MDB liderlərinə bu qərarı dəstəklədiklərinə görə təşəkkürünü bildirib.
Laçın işğaldan azad edildikdən sonra qısa müddət ərzində dirçəliş və yenidənqurma prosesinin bariz nümunəsinə çevrilib. Cari ilin iyun ayında keçirilən “MDB-nin mədəniyyət paytaxtı İli”nin açılış mərasimi şəhərin qədim tarixini, zəngin mədəni irsini və müasir simasını bir daha nümayiş etdirib. Tədbir iştirakçıları Laçının necə sürətlə yenidən qurulduğunun, tamamilə dağıdılmış bir şəhərin qısa müddətdə yaşayış üçün ən gözəl məkanlardan birinə çevrildiyinin canlı şahidi olublar. Bu əlamətdar hadisə Azərbaycanın müasir bərpa siyasəti, planlı yanaşması və milli irsə hörmət prinsiplərinin parlaq təzahürüdür.
Düşənbə iclasında vurğulanan digər bir mühüm məqam sentyabrın 28-dən oktyabrın 8-dək Gəncə şəhərində keçirilən III MDB Oyunları ilə bağlı idi. Bu nüfuzlu tədbir MDB çərçivəsində humanitar əməkdaşlığın, dostluğun və qarşılıqlı anlaşmanın güclənməsinə xidmət edən nüfuzlu idman platforması kimi diqqət çəkir. Gəncə ilə yanaşı, Qəbələ, Göygöl, Yevlax, Mingəçevir, Xankəndi və Şəki şəhərlərində 13 ölkədən 1600-dən çox idmançının iştirakı ilə keçirilən yarışlar MDB məkanında birliyin təntənəsinə çevrilib. Bu Oyunlar bir tərəfdən xalqlar arasında mədəni yaxınlaşmanı dərinləşdirir, digər tərəfdən də gənclərin sağlam ruhda formalaşmasına, ortaq dəyərlərin təbliğinə mühüm töhfə verib.
Düşənbə sammitində səslənən fikirlər göstərir ki, MDB regionda qarşılıqlı anlaşma, təhlükəsizlik və iqtisadi tərəfdaşlıq üçün mühüm mexanizm olaraq qalır. Bu platformada Azərbaycanın fəal iştirakı, balanslı mövqeyi və təşəbbüskar fəaliyyəti birliyin gələcək inkişafında əhəmiyyətli yer tutur. Prezident İlham Əliyevin çıxışında vurğulanan strateji istiqamətlər – humanitar əməkdaşlığın genişləndirilməsi, mədəni irsin qorunması, idman və təhsil sahəsində birgə təşəbbüslərin dəstəklənməsi MDB-nin qarşıdakı illərdə fəaliyyətinin əsas vektorlarını müəyyənləşdirir.
MDB Dövlət Başçıları Şurasının iclası bir daha təsdiqlədi ki, MDB dövlətləri ortaq tarixi, mədəni dəyərləri və qarşılıqlı maraqları paylaşan tərəfdaşlardır. Azərbaycan bu birliyin səmərəli fəaliyyətində aparıcı mövqeyini qoruyur, regional sabitlik və əməkdaşlığa yönəlmiş siyasəti ilə həm təşkilat daxilində, həm də beynəlxalq səviyyədə etibarlı tərəfdaş statusunu möhkəmləndirir.
Mahir Süleymanlı
Milli Məclisin deputatı
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:115
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 13 Oktyabr 2025 10:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see290

Ən məqbul sülh planı Avropa İttifaqı liderlərinin irəli sürdüyü plandır ŞƏRH

26 Noyabr 2025 17:36see229

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see218

Konte: “Qarabağ”a qarşı oynamaq çətin idi”

26 Noyabr 2025 02:58see186

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see184

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see182

Tramp planı beynəlxalq hüquqa sığmır

26 Noyabr 2025 14:10see180

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see165

Keçmiş prezidentin 27 illik həbs həyatı başladı

26 Noyabr 2025 01:06see145

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see140

Xalq artisti dələduzluqla üzləşdi VİDEO

25 Noyabr 2025 23:28see139

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see138

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see138

Qazaxıstan Xəzərdə yeni dəniz limanı tikməyi planlaşdırır

25 Noyabr 2025 21:48see138

ÇL: Napoli fərqi 2 topa çatdırdı YENİLƏNİR

26 Noyabr 2025 01:29see136

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see136

“Azərbaycan ərazisi üçün seysmik təhlükənin qiymətləndirilmə və riskin xəritəsi mütləq şəkildə çözülməlidir”

26 Noyabr 2025 01:07see136

Antonio Konte: “Qarabağ” bu mövsüm Çempionlar Liqasında yaxşı nəticələr əldə edib

26 Noyabr 2025 03:11see128

Bloomberg : Hindistan Rusiya neftini almağın yolunu tapıb

26 Noyabr 2025 02:00see128

Tarixdə ən uzun il hansı olub və bu necə baş verib?

26 Noyabr 2025 17:38see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri