Icma.az
close
up
RU
“Azərbaycanın prinsipial mövqeyi Moskvanı dialoqa məcbur etdi” Politoloq

“Azərbaycanın prinsipial mövqeyi Moskvanı dialoqa məcbur etdi” Politoloq

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Azərbaycan bütün dövlətlərlə, o cümlədən qonşu və tərəfdaş ölkələrlə həmişə diplomatik etiket qaydalarına önəm verib, eyni zamanda dövlətlərarası münasibətlər sistemində ədalətə, beynəlxalq hüquqa və etimada söykənən addımlar atıb. Təbii ki, buna görə də Azərbaycan beynəlxalq siyasi səhnədə etibarlı və güvənli tərəfdaş imici qazanıb. Bu da Azərbaycanın indiyə qədər yürütdüyü siyasətin nəticəsi olaraq dəyərləndirilməlidir".

Bu fikirləri Redaktor.az-a Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevin rusiyalı həmkarı Vladimir Putinlə təkbətək görüşündən bəhs edən Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, politoloq Əli Zülfüqaroğlu bildirdi.

Onun sözlərinə görə, Azərbaycan Rusiya ilə də münasibətlərində səmimi siyasət yürüdüb və bu münasibətləri qonşuluq, dostluq prinsiplərinə əsaslandırıb:

"Azərbaycanın da haqlı tələbi, təbii ki, adekvat münasibət görməkdir. İndiyə qədər Azərbaycanla Rusiya arasında münasibətlərdə həm yaxınlaşma, həm də bəzi dövrlərdə soyuqluq müşahidə olunub. Məlum olduğu kimi, AZAL-a məxsus təyyarənin vurulmasından sonra Azərbaycan Prezidenti konkret olaraq tələb etdi ki, Rusiya tərəfi üzr istəməli, günahkarlar cəzalandırılmalı və zərərçəkmiş ailələrə təzminat ödənilməlidir. Rusiya Prezidenti İlham Əliyevlə telefon danışığında üzr istəsə də, istintaqın uzadılması, günahkarların cəzalandırılmasının yubadılması və zərərçəkmiş ailələrə təzminatın ödənilməsinin gecikdirilməsi iki ölkə arasındakı münasibətlərdə problemlərə səbəb oldu".

Politoloq həmçinin əlavə etdi ki, Rusiyada yaşayan azərbaycanlılara qarşı atılan addımlar da iki ölkə arasındakı gərginliyin pik nöqtəsinə çatmasına gətirib çıxardı:

"Lakin Azərbaycan haqlı tələblərində prinsipiallığını nümayiş etdirdi. Bildiyiniz kimi, Vətən müharibəsi və ondan sonrakı dövrlərdə, istər Fransa, istərsə də Bayden administrasiyası tərəfindən Azərbaycana ciddi təzyiqlər olmasına baxmayaraq, ölkəmiz öz mövqeyindən bir addım da geri çəkilmədi və bu prinsipiallıq nəticəsini verdi. Azərbaycan Rusiya və digər ölkələrlə münasibətlərdə milli maraqların qorunmasını daim prioritet hesab edir və atdığı addımlar da məhz bu məqsədə xidmət edir.

Hesab edirəm ki, iki ölkə arasındakı münasibətlərin normallaşması həm Azərbaycanın, həm də Rusiyanın maraqlarına cavab verir. Regionda münasibətlərin və ümumilikdə dövlətlərarası əlaqələrin müsbət tendensiya üzrə davam etməsi bütövlükdə region üçün də müsbət amildir. Bu baxımdan hesab edirəm ki, Prezident Putinin İlham Əliyevlə görüşündə üzr istəməsini xatırlatması, eləcə də günahkarların cəzalandırılması və təzminatın ödənilməsi ilə bağlı verdiyi açıqlamalar iki ölkə arasındakı münasibətlərin inkişafı və normallaşması baxımından çox önəmlidir. Düşünürəm ki, bundan sonra da Azərbaycanla Rusiya arasındakı əlaqələrdə müsbət məqamlar daha çox yadda qalacaq".

Nuriyyə NATİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 10 Oktyabr 2025 16:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yeni dərman zavodu açıldı

24 Noyabr 2025 09:43see304

Fahişəliklə məşğul olanlar 500 manat cərimə ediləcək KONKRET

24 Noyabr 2025 10:37see243

1 ay əvvəl ana olan aktrisa boşanır

24 Noyabr 2025 09:53see236

Facebook un zərərli sosial şəbəkə olduğu üzə çıxıb

24 Noyabr 2025 18:03see160

Əhməd Rəcəblidə partlayış oldu

24 Noyabr 2025 09:35see153

Masazırda yayılan kəskin qaz qoxusunun SƏBƏBİ açıqlandı RƏSMİ

24 Noyabr 2025 16:21see142

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see140

“Asan İmza” indi “Azercell” tətbiqində

24 Noyabr 2025 12:05see138

Dekabrda Prezident Administrasiyasının vətəndaş qəbulu CƏDVƏLİ

24 Noyabr 2025 18:33see134

İki əsrə aid bina hər an çökə bilər Sakinlər TƏHLÜKƏDƏ VİDEO

24 Noyabr 2025 23:22see133

Karvan Yevlax ın baş məşqçi postundan istefa verməmişəm Azər Həşimov

25 Noyabr 2025 00:02see133

Samir Abasov Neftçi dən qalmaqallı şəkildə ayrıldı o, klubdan tam həcmli kompensasiya tələb edib!

24 Noyabr 2025 22:11see132

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see131

İstəsəm, 20 yaşında qız alaram, yeməyim qaymaq, baldır

24 Noyabr 2025 15:53see130

“Bu axşam bunu etmək mümkün olmayacaq” Vitaliy Borisovun ə AÇIQLAMASI

24 Noyabr 2025 15:26see127

Hikmət Hacıyev: Çoxşaxəli əməkdaşlıq aparır KONKRET

24 Noyabr 2025 13:41see127

Serbiyadan Azərbaycana birbaşa aviareyslər açılacaq

25 Noyabr 2025 01:22see126

Azərbaycanda Peşəkar Mühasib Sertifikatı əldə edənlərin sayı 6,2 mini keçib

24 Noyabr 2025 15:52see126

“Çelsi”nin keçmiş müdafiəçisi: “Liverpul” dağılıb”

25 Noyabr 2025 01:11see125

Ali Məhkəmə həbs edilmiş xəzinədarla bağlı qərarı ləğv etdi

25 Noyabr 2025 17:01see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri