Icma.az
close
up
RU
Azərbaycanın qadın karateçisi: Şəhid övladı, qəhrəman qızı olmaq mənə böyük güc verir MÜSAHİBƏ

Azərbaycanın qadın karateçisi: Şəhid övladı, qəhrəman qızı olmaq mənə böyük güc verir MÜSAHİBƏ

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 30 oktyabr, AZƏRTAC

V İslam Həmrəyliyi Oyunları və böyüklər arasında Avropa çempionatının bürünc mükafatçısı, III MDB Oyunlarının qalibi olan Azərbaycanın qadın karateçisi Mədinə Sadıqova AZƏRTAC-a müsahibə verib.

- Karateyə necə başlamısınız? Bu idman növünü seçməyinizdə nə rol oynadı?

- Uşaqlıqdan ən böyük arzum polis olmaq idi. Məhəlləmizdə qonşumuz və dostum Musa hər dəfə kimono geyinib karate məşqinə gedirdi. Onu gördükcə içimdə böyük maraq yaranırdı. Beləcə, mən də karate ilə məşğul olmağa qərar verdim.

- İlk medalınızı qazananda hansı hissləri keçirdiniz?

- Mənim ilk məşqçim Seymur Xuduyev olub. İlk yarışa da məni məhz o aparmışdı. Yarışda iki qız və bir oğlan iştirak edirdik. Karateyə yeni başlamağıma baxmayaraq, çox yüksək performans göstərdim. Turnirdən sonra müəllimim valideynlərimə yolumun açıq olduğunu, çox böyük uğurlar qazana biləcəyimi söylədi. Bundan əlavə, gənclərin Avropa çempionatında finala çıxmışdım. Bu, karyeramda ən böyük uğur idi. Çempion olur, tarix yazırdım. Finalda Rusiya idmançısını 5:2 hesabı ilə məğlub edirdim. Son saniyədə gözlənilmədən ayaq zərbəsi ilə məni üstələdi və nəticədə yarışı ikinci pillədə başa vurdum.

- İslam Oyunları və Avropa çempionatında qazandığınız bürünc medallar sizin üçün nə ifadə edir?

- İlk dəfə böyüklərin respublika çempionatında döyüşdüm. Orada çempion oldum. Daha sonra seçim mərhələsində rəqiblərimi üstələyərək Avropa çempionatına vəsiqə qazandım. Böyüklərdə ilk çıxışım olmasına baxmayaraq, çox güclü idmançılara qalib gələrək üçüncü yeri tutdum. İslam Oyunlarında da yaxşı nəticə göstərərk bürünc mükafata sahib çıxdım. Bu, mənim üçün böyük sınaq idi.

- Azərbaycanda keçirilən III MDB Oyunlarında qızıl medal qazanmaq necə təcrübə idi?

- Karate yarışlarında ölkəmizə ilk qızıl medalı mən gətirdim. Açığı, bunu gözləmirdim. İki dəfə MDB Oyunlarında iştirak etmişəm və hər ikisində üçüncü yeri tutmuşam. Ölkəmizdə təşkil olunan MDB Oyunlarına uzun müddət hazırlıq keçdik. Bizim üçün çox əhəmiyyətli yarış idi. Azərbaycan karatesi həmişə nüfuzlu turnirlərdə öz sözünü deyib. Ona görə istəyirdik ki, burada da nəticələrimiz yüksək olsun. Mənim üçün böyük uğur, idman karyeramın ən böyük zirvəsinə gedəcək yol idi.

- Qarşıda sizi Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində təşkil olunacaq VI İslam Həmrəyliyi Oyunları gözləyir. Həmin yarışda şanslarınızı necə dəyərləndirirsiniz?

- İslamiadada 6 idmançı ilə iştirak edəcəyik. Bundan öncəki yarışlarda böyük uğurlar qazandığım üçün bu dəfə də hazır olduğumu hiss edirəm. Təbii ki, bu, idmandır. Məğlub olmaq da, qalib gəlmək də mümkündür. Amma əlimdən gələnin ən yaxşısını edəcəyəm ki, bürünc medalı qızıla çevirim.

- Yarışlara psixoloji baxımdan necə hazırlaşırsınız?

- Mənə ən çox dəstək olan insan şəxsi məşqçimdir. Həmişə mənə çox güclü idmançı olduğumu xatırladır. Bizim şəxsi psixoloqumuz da var. Onun dəstəyi ilə özümü yarış öncəsi yaxşı motivasiya edə bilirəm.

- Məğlubiyyətlə üzləşəndə motivasiyanızı necə qoruyursunuz?

- Məğlub olduğum döyüşlərdən sonra ailə üzvlərim və məşqçilərim mənə çox dəstək olurlar. Döyüşləri analiz edir və səhvlərimi görürəm. Özümə söz verirəm ki, gələn dəfə bu səhvləri etməyim. Bununla da növbəti turnirlərdə uğurlar əldə edə bilirəm.

- Şəhid övladı olmağınız sizə əlavə güc və məsuliyyət hissi verirmi?

- Heç bir yerdə şəhid övladı olduğumu bildirməmişəm. Amma bu, mənə böyük güc verir. Qəhrəmanın qızı olmaq və belə tanınmaq insana qürur hissi verir.

- Hər dəfə tatamiyə çıxanda ağlınızda və ürəyinizdə nə olur?

- Qazandığım hər nəticənin arxasında ağır zədələr, böyük əziyyət dayanır. Tatamiyə çıxmadan öncə nə qədər zəhmət çəkdiyimi xatırlayıram. Ailəmi, məşqçilərimi fikirləşərək xalçada özümü daha güclü hiss edirəm. Əldə etdiyim heç bir uğur təsadüfi olmayıb. Qalib gəlməsəm belə, dərs çıxarıram, yeni tərcübə qazanıram.

- Qadın karateçilərin inkişafı barədə nə düşünürsünüz? Bu sahədə qadınlara münasibət dəyişirmi?

- Ölkəmizdə qadınlar arasında karate çox da inkişaf etməyib. Bəzi qızlarımız məsuliyyət götürmək, əziyyət çəkmək istəmirlər. Onlara demək istəyirəm ki, böyük arenalarda döyüşmək üçün özünüzü inkişaf etdirməli, çalışmaqdan boyun qaçırmamalısınız. Prinsipial olmaq da əsas şərtlərdəndir. Bir dəfə nüfuzlu yarışda iştirak edəndə bunun nə dərəcə gözəl hiss olduğunu başa düşürsünüz.

- Azərbaycan karatesinin hazırkı səviyyəsini necə qiymətləndirirsiniz?

- Karateçilərimiz hər zaman mötəbər multiidman yarışlarında öz sözlərini deyiblər. Dünya və Avropa çempionatlarında da ölkəmizi layiqincə təmsil edirik. Təbii ki, bundan da yaxşısı ola bilər. Belə olan halda insanların da dəstəyi çox önəmlidir. Mən xalqımızı karateçilərimizin yanında olmağa, daim onların uğurlarını alqışlamağa səsləyirəm.

- Necə düşünürsünüz, millidə komanda ruhu necə formalaşır?

- İdmançını irəliyə aparan, daim dəstəkləyən elə öz komanda yoldaşları olur. Bu da təbii olaraq həm motivasiya, həm də ruh yüksəkliyi yaradır.

- Gələcəkdə hansı yarışlarda iştirak etmək və hansı hədəflərə çatmaq istəyirsiniz?

- Bir həftə öncə Fransanın Paris şəhərində dünya çempionatına seçim turniri keçirilmişdi. Orada mundiala lisenziya qazandım. Ən böyük hədəfim dünya çempionu olmaqdır. Çünki Azərbaycanda bu ada sahib çıxan yerli qadın karateçimiz yoxdur. Ona görə də tarix yazmaq və Azərbaycan qadınının gücünü bütün dünyaya göstərmək istəyirəm. Bunu bacaracağıma əminəm. Çünki özümə güvənirəm.

- Bəs, kumiriniz varmı?

- Ayxan Mamayev və Asiman Qurbanlının adlarını çəkə bilərəm. Onlardan çox şey öyrənmişəm. Üzərimdə əziyyətləri də çox olub. Belə bir məsəl var ki, yaxşı idmançı yaxşı idmançını tanıyar. Xüsusilədə A. Qurbanlı mənə montivasiya mənbəyi olmuşdu. Qadın karateçimiz, ikiqat dünya çempionu İrina Zaretskayanı da özümə örnək götürürəm. Onun döyüşlərini izləmək mənə zövq verir. Hətta tatamiyə çıxmadan öncə onun döyüşlərindən qısa videoroliklər izləyib özümü motivasiya edirəm.

- Karate karyeranızdan sonra özünüzü hansı sahədə görürsünüz?

- Özümü hələ ki, başqa sahədə təsəvvür edə bilmirəm. Çünki karate ilə böyümüşəm. İdmançı karyeramı bitirdikdən sonra fəaliyyətimi məşqçi kimi davam etdirə bilərəm. İstəyirəm ki, karate ilə məşğul olmaq istəyən qızların inkişafında rolum olsun. Karate məktəbi yaratmaq və yığmanın məşqçisi olmağı arzulayıram. Arzularımı reallaşdıracağıma inanıram.

- Sizə motivasiya verən musiqi, film və ya fəaliyyət varmı?

- Musiqi dinləməyi çox sevirəm. Yarışa çıxmadan öncə mütləq şəkildə musiqi dinləməliyəm. İsinmə hərəkətləri edən zaman da mahnıya qulaq asıram. Bu, mənim ruhumu sakitləşdirir.

- Uğur qazandığınız anlarda ilk kimə zəng edirsiniz?

- İlk olaraq, şəxsi məşqçimə zəng edirəm. Daha sonra anam və bütün uğurlarımda yanımda olan dayımla danışıram. Hətta bir çox hallarda dayım məni qabaqlayır. Uğurlarımı onunla bölüşürəm. Uşaqlıqdan karateni bu qədər sevməyimdə dayım böyük rol oynayıb. Hazırda onun qızı da karate ilə məşğul olur. Mən də bu yolda ona köməklik göstərirəm.

- Azarkeşlik etdiyiniz futbol klubu varmı?

- Yerli komandalardan “Qarabağ”a azarkeşlik edirəm. Kevin Medinanı futbolçu olaraq bəyənirəm. Atamın sevimli klubu isə Türkiyənin “Qalatasaray” komandası olub. Atam sayəsində mənim də uşaqlıqdan bəri bu kluba qarşı böyük sevgim var. Bu komandanın matçlarını izləyərək böyümüşəm.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Oktyabr 2025 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see502

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see229

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see221

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see208

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see207

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see199

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see198

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see195

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see193

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see183

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see179

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see176

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see173

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see171

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see155

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see154

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see151

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see149

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see143

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri